Prezident xəbərdarlıq etdi, tikinti dayandı! — "Ovçular evi"ndən son fotolar

Prezident xəbərdarlıq etdi, tikinti dayandı! — "Ovçular evi"ndən son fotolarXəbər verdiyimiz kimi, Bakının Mətbuat prospektində, "Ovçular evi" kimi tanınan məşhur binanın ətrafında 54 çoxillik şam ağacı kütləvi şəkildə məhv edilərək yerində yaşayış-biznes kompleksinin tikintisinə başlanılmışdı.
Lakin ötən gün prezident İlham Əliyevin müdaxiləsindən sonra tikinti dayandırıldı və tikinti işlərini həyata keçirən şirkət barəsində cinayət işi açıldı. Habelə şirkət ağacların kəsilməsinə görə 130 min manat cərimələndi.

Virtualaz.org əməkdaşları bu gün həmin ünvanda olsalar da, ərazinin mühafizəçiləri çəkiliş aparmağa icazə verməyiblər. Ərazini hazırda Milli Məclisin mühafizə xidməti qoruyur. Özünü Milli Məclisin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən şəxsin sözlərinə görə, prezidentin göstərişi ilə ötən gündən etibarən bu ünvanda tikinti dayandırılıb. Ərazidə tikintini aparan şirkətin lövhəsinə isə rast gəlmədik. Lövhə artıq sökülmüşdü.

"Mən tikintini hansı şirkətin apardığını bilmirəm. Bizə tapşırılıb əraziyə heç kimi buraxmayaq. Burada çəkilişə icazə verilmir. Hazırda tikinti də getmir, prezidentin göstərişi ilə dayandırılıb", - deyə mühafizəçi bildirdi.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, onlar hələ bir neçə il əvvəldən "Ovçular evi"nin ərazisində çoxmərtəbəli yaşayış binasının tikiləcəyini eşidiblər. Lakin bir neçə il ərazi baxımsız qalıb. Yalnız 3 gün öncə, gecə saatlarında buldozerlər əraziyə daxil olaraq "Ovçular evi"nin həyətini xarabalığa çevirib.

Sakinlərin sözlərinə görə, bu ünvanda deputatlar üçün "Böyük Plaza" yaşayış kompleksinin tikintisi planlaşdırılıb və tikintidə birliyin rəhbəri Füzuli Əşrəfovun da adı hallandırılır. Həmçinin tikiləcək binada yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacağı bildirilir.

Tikintini işlərini həyata keçirən şirkətin tikintiyə başlamaq və "Ovçular evi"ni sökmək üçün hansı sənədlərə malik olduğu da məlum deyil. Həmçinin sökülən binada yerləşən dükan sahiblərinin də aqibətini heç kim bilmir.

Lakin "İlahiyyat" məscidinin həyətindən keçərək yuxarıdan "Ovçular evi"nin həyətinin xarabalıqlarını çəkə bildik. Tikinti dayandırılsa da, buldozerlər hələ də həyətdən çıxarılmamışdı. Fotoşəkillərdən də görünür ki, "Ovçular evi"nin bir hissəsi uçurulub, yeni tikilən bina üçün qazılan dərin özül binanın qalan hissələrini də zədələyib.

Ərazidə yalnız hasarın kənarında əkilmiş, tikintiyə mane olmayan bir neçə ağac qalmışdı ki, onlar da yəqin ki, kökləri zədələndiyindən quruyacaq. Kəsilən ağacların isə izini də itirmişdilər.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, onlar hələ bir neçə il əvvəldən "Ovçular evi"nin ərazisində çoxmərtəbəli yaşayış binasının tikiləcəyini eşidiblər. Lakin bir neçə il ərazi baxımsız qalıb. Yalnız 3 gün öncə, gecə saatlarında buldozerlər əraziyə daxil olaraq "Ovçular evi"nin həyətini xarabalığa çevirib.

Sakinlərin sözlərinə görə, bu ünvanda deputatlar üçün "Böyük Plaza" yaşayış kompleksinin tikintisi planlaşdırılıb və tikintidə birliyin rəhbəri Füzuli Əşrəfovun da adı hallandırılır. Həmçinin tikiləcək binada yaşayış evlərindən əlavə, alış-veriş və əyləncə mərkəzi də olacağı bildirilir.

Tikintini işlərini həyata keçirən şirkətin tikintiyə başlamaq və "Ovçular evi"ni sökmək üçün hansı sənədlərə malik olduğu da məlum deyil. Həmçinin sökülən binada yerləşən dükan sahiblərinin də aqibətini heç kim bilmir.

Prezidentin göstərişindən sonra Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib , fakt üzrə cinayət işi açılıb.

Xatırladaq ki, "Ovçular evi"ində 2010-cu ildə bilinməyən səbəblərdən yanğın baş verib, içərisində ov silahları da olmaqla mağazanın bir hissəsi yanıb. "Ovçular evi" "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyinin balansında olub, bu ictimai birliklə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında neçə vaxtdır qalmaqal yaşanırdı. Nazirlik ictimai birliyi saxta ovçuluq vəsiqələri verməkdə və ovçuluqla bağlı qanunları pozmaqda günahlandırıb. Nəhayət 2014-cü ildə təşkilatla ovçuluq təsərrüfatlarının idarə edilməsinə dair bağladığı müqaviləni ləğv edib.

Qeyd edək ki, bu paytaxtda yaşıllıqların məhvi ilə bağlı ilk belə hadisə deyil. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib. Lakin buna baxmayaraq bəzi oliqarxlar və məmurlar hələ də Bakının müxtəlif ərazilərində onsuz da az qalan yaşıllıqları, çoxillik ağacları qəddarcasına məh
Prezident xəbərdarlıq etdi, tikinti dayandı! — "Ovçular evi"ndən son fotolarPrezident xəbərdarlıq etdi, tikinti dayandı! — "Ovçular evi"ndən son fotolarPrezident xəbərdarlıq etdi, tikinti dayandı! — "Ovçular evi"ndən son fotolar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2602   Tarix: 16 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021