"AMAY Abdulla": "Aygünü işdən çıxardım"

"AMAY Abdulla": "Aygünü işdən çıxardım"Özünü "MTN-in ən gənc qadın polkovniki" kimi təqdim edərək 1 milyona yaxın dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimovanın cinayət işi üzrə məhkəmə davam etməkdədir.

Məhz iş üzrə zərərçəkənlərin məhkəmədə səsləndirdikləri fikirlərində Aygün Akimovanın tanınmış iş adamı Abdulla Abdullayevin qeyri-rəsmi həyat yoldaşı olması iddia edilir. Hətta Abdulla Abdullayevin Aygün Akimovadan 2 uşağı olmasını da bildirirlər.

Aygün Akimova isə məhkəmədə buna etiraz edib və ərinin kim olmasının onlara heç bir dəxli olmadığını deyib.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, həmin cinayət işi üzrə adı çəkilən iş adamı Abdulla Abdullayev istintaq dövründə dindirilib. Və bu iddialar barəsində maraqlı faktlar səsləndirib.

İttiham aktına əsasən, şahid qismində dindirilən Abdulla Abdullayev bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadın onun iş yerinə gəlib: "Seyid nəslindən və işçim Dünyaxanım Əliyevaya borcu olduğunu dedi. Məndən pul istədi, köməklik elədim. Sayını xatırlamıram, amma Dünyaxanıma bir neçə dəfə pul vermişəm".

Abdulla Abdullayev bildirib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi istismar olduğunu deyib: "Dilarə xahiş elədi ki, həmin şəxsə təzyiq edim ki, onun qızı ilə evlənsin. Razılaşmadım. Daha sonra Dilarə məndən xahiş etdi ki, qızı Aygünün xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Və bu işin üstü açılmasın. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm. Ona 300 manat maaş verirdim".

İş adamının istintaqa dediyinə görə, bir müddət sonra işçilərindən Aygünün hamilə olduğunu eşidib: "Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində ata kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam. Qadının daha sonra bir qız uşağı da olub. Onun da doğum şəhadətnaməsinə ata kimi adımın yazılmasına etiraz etmədim".

A.Abdullayev daha sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutduğunu deyib: "İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin videoları Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxardım. Bundan sonra, Aygünü görməmişəm və telefonla da danışmamışam. Hətta 2012-ci ildə məhkəməyə müraciət etdim ki, Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adım çıxarılsın. Lakin həmin vaxt xaricə getdim, daha sonra həbsə düşdüm".

Abdulla Abdullayev Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu deyib həmçinin bildirib ki, şirkətinə Aygünün nəzarət etməsi, ona maşın, ev alması haqda deyilənlər yalandır: "Rəhbərlik etdiyim şirkətin İdarə Heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün də bir müddət xadimə olaraq işləyib. Ona heç vaxt Cadiillas Escalades markalı maşın almamışam. Həmin qadın sadəcə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsi üçün çox az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır'.

Qeyd edək ki, Aygün Akimovanın işi hazırda Bakı Ağır Cinayətlər hakim Əlövsət Abbasovun sədrliyi ilə Məhkəməsində baxılır.

A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.

Onlara Cinayət Məcəlləsinim 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1763   Tarix: 20 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021