Azərbaycan almasını Ermənistana APARANLAR TAPILDI: İrəvan qarışdı - YENİLƏNDİ - FOTO

Azərbaycan almasını Ermənistana APARANLAR TAPILDI: İrəvan qarışdı - YENİLƏNDİ - FOTOAzərbaycan istehsalı olan almaların İrəvan bazarında satışa çıxarılması Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Əsas müzakirə mövzusu bu almanların Ermənistana necə aparılması və hakimiyyət orqanlarının buna göz yummasıdır.

Erməni jurnalist Tavos Artakyan Azərbaycan alması ətrafında yaranmış ajiotajı araşdırıb.

Jurnalist yazır ki, İrəvan sakinləri bazardan Azərbaycan almalarını rahat şəkildə alırdılar: "Onlar bu almanların Azərbaycan istehsalı olduğunu bilsələr də, yenə də ona üstünlük verirdilər. Bazarlardakı satıcılar deyirlər ki, alıcıların çoxu bu almalara xüsusi üstünlük verirmiş. Hətta hakimiyyət orqanları bu almaları toplayıb məhv edəndən sonra da, bir çox alıcı bazarda Azərbaycan almasını axtarıb. Bu, ermənilərin vətənpərvər hissləri bir kənara qoyduqlarının göstəricisidir. Lakin burada əsas məsələ bu almaların necə gəlməsi və gömrük xidmətinin buna bilərəkdən göz yummasıdır".

Erməni jurnalist qeyd edir ki, Azərbaycan almaları Rusiyadan Ermənistana gətirilib.

"Onu gətirənlər arasında rus sahibkarları da var, erməni sahibkarlar da. Məlumatlar var ki, gömrük işçiləri rüşvət alaraq, bu məhsulların idxalına icazə veriblər. Deməli, bu almaları ölkəyə gətirən əsas qüvvə elə hakimiyyətin özüdür", - deyə o bildirib.

Lakin jurnalist bazarlarda aşkarlanan Azərbaycan almalarının kütləvi sürətdə məhv edilməsinə qarşı çıxıb: "Ermənistanda uşaqlar var ki, onlar ömürləri boyu nadir hallarda alma yeyirlər. Çünki valideynlərinin bunu almağa imkanı yoxdur. Misal üçün, Gümrüdə yarımtikililərdə yaşayan ailələrin uşaqlarının böyük ehtiyacı var. Bəs nə üçün bu almalar ehtiyacı olanlara verilmədi? Halbuki, onların sayı on minlərlə, bəlkə də daha çoxdur".
***
17:27
Şirkətin direktoru Rasim Pirimov Publika.az-a açıqlamasında məhsullarının Ermənistan bazarında satılmasına bu cür əsaslandırdı:
"Bu xəbər barədə məlumatım var. Bizim məhsullar Gürcüstana idxal edilir. Ola bilər ki, Ermənistana da məhsul oradan idxal edilib".
***
14:28
Ermənistan bazarlarında Azərbaycan almaları satışa çıxarılıb.

Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə dövlət xidməti İrəvan bazarlarında yoxlama keçiriblər.

Yoxlamaq nəticəsində məlum olub ki, Azərbaycan məhsulu olan "DAD" almaları İrəvanın bazarlarında satışa çıxarılıb.

Bu almaların "Erməni bazarı N-1" bazasında bazarlara paylanıldığı deyilir.

Azərbaycan məhsullarının Ermənistana necə gedib çıxması ilə dəqiq bilinmir.

Qeyd edək ki, "DAD" şirkəti Quba rayonunda meyvələrin yetirişdirilməsi və xarici ölkələrə ixracı ilə məşğuldur. Xüsusilə məhsullar Rusiya bazarlarına göndərilir. Ehtimal olunur ki, almalar Ermənistana məhz Rusiya bazarlarından aparılıb.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4789   Tarix: 26 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

2 may
.

Bazarda min bir dərdin dərmanı olan yabanı bitkilərin QİYMƏTİ - VİDEO

Yolotu, qazayağı, gicitkən, cincilim, çiriş, dombalan, qulançar, boyana, əməköməci. Say, say bitmir. Bütün bunlar yaz mövsümündə yabanı halda bitən, sonra bazarların piştaxtalarına yol açan min dərdin dərmanı olan bitkilərdir. Hansı ki, bir çoxlarının onlardan xəbəri belə yoxdur. Baku TV-nin əməkdaş

2 may
.

Sabiq icra başçısına məxsus olduğu bildirilən klinika cərimələnir

"Vimay-med" MMC-yə inzibati protokol tərtib edilib. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fizik

2 may
.

Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - ANBAAN VİDEO

Dünən Bakıda iki yük maşınının alışaraq yanması barədə məlumat vermişdik. -in "qaynar xətti"nə daxil olan görüntüdən məlum olur ki, yanan TIR-ların birində yatan sürücü son anda xilas olub. Belə ki, kənardan TIR-ın alışdığını görən digər sürücü yanan yük maşınında yatan sürücünü oyadıb. Bunda

2 may
.

Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağı

2 may
.

Bu qurumlarda da korrupsiya əməliyyatı keçiriləcək -AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublik

2 may
.

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? - Komissiya üzvü

"Bu günə kimi Əfv Komissiyasında 400-ə yaxın müraciətə baxılıb". Bunu Qaynarinfo-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı may ayının sonlarına yaxın imzalana bilər:. "Çünkü iclaslarımız həl

2 may
.

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi "Karat Holdinq" şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilə ərzaqlıq buğdanın saxlanma xidmətinin satın alınması ilə bağlıdır. "Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapital

2 may
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

2 may