Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA
8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.
Bəs keçmiş məcburi köçkünlər xaricində, Şuşada vətəndaşlar öz fərd yaşayış evini tikə bilər? Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sonxeber.az-a açıqlama verib:
"Şuşa elə şəhərlərdəndir ki, orada torpaq sahəsi məhdud saydadır. Yəni mövcud torpağın üzərində planlaşdırılan şəhər quruluşu istənilən kimi, arzuolunan şəkildə qurulmur. Bu baxımdan orada çoxmənzilli binalar tikirlər. Yəni kimin o vaxtı fərdi evi var idisə, onları bina evlərinə toplayırlar. Bu şəhərdə torpağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada alınması fərqli olacaq. Yəni burada ənənəvi üsul tətbiq olunmayacaq. Amma hansı formada olacaqsa, bu ancaq kommersiya tipli və daşınmaz əmlak ola bilər. Vətəndaşların istəyi üzrə fərdi evlərin tikintisinə imkan yaradılacağını düşünmürəm".
"Qaçqınkom"dan verilən məlumata görə, "Böyük Qayıdış" proqramı uğurla icra olunur. 2024-cü ildə Şuşadan başqa daha 5 şəhərimizə qayıdış planlaşdırılıb və artıq bu planın realllaşdırılması prosesi gedir. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri demək olar ki, başa çatıb. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə 450 mənzil var. Bununla yanaşı, şəhərdə 17 binadan ibarət 2-ci yaşayış kompleksi də inşa edilir. 4,25 hektar ərazidə yerləşən kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1485 Tarix: 02 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabr