DƏHŞƏT! Bu ölkədə dini kitab oxumaqla porno izləməyin cəzası eynidir
Sərt qanunların və ağır rejimin hökm sürdüyü Şimali Koreya dövləti hər kəs üçün bir az sirli, bir az da qorxulu görünür. Çünki ölkə lideri Kim Jongun qoyduğu qaydalara görə, turistlər ölkəyə rahat şəkildə girib özbaşına gəzə, ölkə haqqında yaza, foto çəkə bilməz. Yerli əhali üçün də internetdən istifadəyə və xarici ölkələrə səyyahətdə ciddi məhdudiyyətlər qoyulub. Bu da ölkəni ətraf aləm üçün sirli-sehirli məkana çevirib.
A24.Az Şimali Koreya ilə bağlı 18 maraqlı məlumatı təqdim edir:
Şimali Koreya arxeoloqları ölkədə "unicorn" (təkbuynuzlu at) yuvası olduğunu deyirlər. Hətta arxeoloqların iddialarına görə, bu təkbuynuzlu atlar digər "unicorn"lardan fərqlənir. Onların başı əjdəha başı formasındadır. Hələ tarixi liderlərinin bu atlara mindiyi də söylənilir.
Çoxlarının bilmədiyi faktlardan biri də odur ki, dünyanın ən böyük stadionu Şimali Koreyadadır. Koreyadakı "Rungrado 1 May" stadionu 150 min nəfərlikdir.
Qonşuları ölkəyə cəlb eləmək məqsədi ilə Cənubi Koreya ilə sərhəd bölgəyə Kijong-dong adlı şəhərcik salınıb. Amma şəhərcikdə yaşayış yoxdur.
Ölkə prezidenti Kim Jong əmisini edam etdirib. Bu edam üçün xəstə fantaziyalarını işə salan Kim, əmisini lüt qəfəsə qoyub və üstünə 150 ac it buraxdırıb.
Şimali Koreyada "İncil" oxumaqla porno izləməyin cəzası eynidir- edam.
Şimali Koreya əhalisinin 71% -i ateistdir və ölkə də rəsmi olaraq ateist ölkədir.
1968-ci ildə Amerikanın 1 ədəd müharibə gəmisini ələ keçirilib. O hazırda ölkənin hərbi qüvvəsinə daxildir.
Şimali Koreyada marixuana qadağan deyil. Bu, ölkədə uyuşdurucu maddə hesab edilmir.
Son 60 ildə 23.000-ə yaxın qadın Cənubi Koreyaya sığınıb. Amma Cənubi Koreyadan isə son 60 ildə cəmi 2 nəfər qaçıb.
Şimali Koreyada 28 saç kəsimi modeli var. Bunun 18-i qadınlar, 10-u isə kişilər üçün nəzərdə tutulub. Nəzərdə tutulmuş saç kəsimi formalarından başqa saç formasına ölkədə icazə verilmir. Əhali bu saç kəsimi formalarından birini seçmək məcburiyyətindədirlər.
Şimali Koreyada yalnız qara rəngdə cins şalvar geyinməyə icazə verilir. Başqa rəngli cins şalvarlar isə qadağan olunub.
Bu ölkə özünü kommunist adlandırmır. Ölkədə "Juche" adı verilən ideologiya hakimdir.
NASA qədər olmasa da, kosmos proqramına sahib nolan ölkədir. Adı isə NADA-dır.
Yanvarın 1-i dünya 2017-ci ilə girdi, Şimali Koreya isə 105-ci ilə. Çünki təqvimləri "əbədi lider"ləri Kim İl-Sungun doğum ilindən (1912) hesablanır.
Şimali Koreyanın imicini zədələdiyi əsas göstərilərək, ölkədə kasıb insanların fotolarını çəkmək qadağan edilib.
Ölkənin oxuma-yazma səviyyəsi 100%-dır. 15 və daha yuxarı yaşı olan hər kəs oxuma-yazma bacarığına sahibdir.
Ölkədə işlək vəziyyətdə olan işıqforların sayı barmaqla sayılacaq qədər azdır. Ölkədə çox maşın olmadığı üçün yol polisi bu işi həll edir.
Mənbələri məhdud olduğuna görə, əkinçilikdə insan nəcisindən gübrə kimi istifadə olunur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO