Dolları olanların diqqətinə! Bu xəbəri mütləq oxuyun

Dolları olanların diqqətinə! Bu xəbəri mütləq oxuyunBelə bir fikir formalaşıb ki, ölkəmizdə keçiriləcək beynəlxalq yarışlar bitəndən sonra dollar 2 manatadək bahalaşacaq. Ötən gün Milli Məclisin deputatı Vahid Əhmədov da bildirib ki, manat sentyabr ayından etibarən kəskin dəyər itirə bilər.

Onun sözlərinə görə, Azərbaycanda İslam Oyunları, "Formula 1" yarışları keçiriləcək, gələn turistlərin sayı həddindən artıq çox olacaq: "Dolların ucuz olması bizə sərf edir ki, turistlərdən dollar ucuz qiymətə alınsın. Amma ümumi götürəndə real sektorun inkişafı üçün, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır. Hesab edirəm ki, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək, ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq".

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət" qəzetinə bildirib ki, iqtisadiyyatın terminologiyasında da, nəzəriyyəsində də milli valyutanın məzənnəsini formalaşdıran konkret amillər var:

"Bir var şayiə buraxasan ki, beynəlxalq oyunlardan sonra dollar ucuzlaşacaq, yaxud möhkəmlənəcək. Bunlar əsassız fikirlərdir. Ümumiyyətlə, bu nəzəriyyəyə iqtisadi elmin əsasları ilə yanaşanda, o amillər manatın xeyrinə deyil. Bu nöqteyi-nəzərdən tam əminliklə deyə bilərəm ki, manat hələ öz layiqli yerini tapmayıb. Bura idxal, ixrac əməliyyatları, makroiqtisadi göstəricilər də daxildir.Əgər biz bu məsələ ilə bağlı institusional səviyyədə yanaşmalarımızı düzgün etsək, vəziyyətdən çıxmaq mümkündür. Bu gün Vahid Əhmədovun da, eləcə də digər iqtisadçı həmkarlarımızın da fikirləri ilə tamamilə razıyam. O baxımdan ki, manat kəskin dəyər itirə bilər. Manatın məzənnəsinin hazırkı vəziyyətini daha çox Mərkəzi Bankın stimullaşdırıcı alətləri hesabına saxlanılır. Bu, faktdır".

İqtisadçı onu da qeyd edib ki, makroiqtisadi səviyyədə irəliləyiş olmasa, dolların 2 manatı keçməsinə heç bir şübhə qalmır:

"Hökumətin əlində müxtəlif təsiredici alətlər var. Ola bilər ki, 1.80 manatdan yuxarı qalxmağa imkan verməsinlər və uzun müddət makroiqtisadi tarazlığı bərpa edənə qədər də bunu saxlasınlar. Ancaq bunu öz axarına buraxsaq ki, manat öz məzənnəsini tapsın, onda dolların 2 manatı keçməsinə heç şübhəniz olmasın. Hesab edirəm ki, qısa zamanda iqtisadiyyatımız özünü tənzimləyəcək.Hansısa stimullaşdırıcı alətlərdən istifadə edib iqtisadiyyatdakı sağlam mühiti bərqərar etmək olar. Əgər dollar 2 manatdan yuxarı qalxarsa, sosial narazılıqla qarşılaşa bilərik.Çünki ölkənin ərzaq məhsullarına olan tələbatı idxal amilindən asılılığı yüksək səviyyədədir".

Fuad İbrahimovun qənaətincə, valyutanın möhkəm olmasının iqtisadiyyata dərindən xeyri yoxdur:

"Manatın 0.78 qəpik olan dövrlərində peşəkar iqtisadçılar təklif edirdilər ki, manatın yumşalmasını təmin etmək lazımdır. Məsələn, dollarla olan prioritet yaransaydı, bu, bizimin iqtisadiyyata stimullaşdırıcı amil kimi təsir edərdi.Buna görə də, optimal rəqəm götürülməlidir. Hesab edirəm ki, əgər bizim iqtisadiyyatımız sağlamlaşdırılsa, daxili istehsal gücləndirilsə, ərzaq təhlükəsizliyi bərqərar edilsə və eyni zamanda insanların əməkhaqqısı standartlara uyğun olsa, manatın hazırkı məzənnəsi müstəqillik dövründə ən sağlam və optimal səviyyə ola bilər. Ancaq bu amillər olmadığı halda şübhəsiz ki, manatın bu məzənnəsi əlverişsizdir".

Ekspert beynəlxalq yarışlar ərəfəsində dolların ucuz olmasının ölkə iqtisadiyyatına sərf edən məqamlarına da toxunub: "Turistlərin dolları ucuz qiymətə alması və daha sonra məzənnənin qalxması ciddi fikir deyil. Dolların məzənnəsinin qalxması da, enməsi də elə bir məna daşımır.Şübhəsiz ki, bu, gələn qonaqlara sərf edir.Onlar nə qədər valyuta dəyişəcəksə, o qədər da çox milli valyuta əldə edəcək.Əgər o dövrdə xidmət haqları artmayacaqsa, şübhəsiz ki, daha çox imkanlar əldə edəcəklər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1689   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021