Qızına 400 minlik toy edən "tros oğru"su çıxan azərbaycanlı məmurla bağlı elə xəbər yayıldı ki...

Qızına 400 minlik toy edən "tros oğru"su çıxan azərbaycanlı məmurla bağlı elə xəbər yayıldı ki...Qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barəsində araşdırma başladılıb.

Bu barədə məlumat hüquq-mühafizə orqanlarından daxil olub. Məlumata görə, günlərdir keçmiş həyat yoldaşından ayrılaraq yenidən ailə quran və özünə dəbdəbəli nikah-toy mərasimləri təşkil edən və bunu nümayişkaranə şəkildə internetdə yerləşdirən məmur övladı Aysel Şükürovanın qalmaqalı artıq ən üst dairələrin də diqqətini çəkib.

Qızın yeni həyat yoldaşı ilə bahalı həyat tərzi sürməsinə məhz atası, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun məmur kimi qazandığı pulların səbəb olması ilə bağlı ittihamlar onun barəsində araşdırmaların başlamasına səbəb olub.

Belə ki, artıq Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər və hansı qaydalarla qurlaşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib.

Məlumat üçün bildirək ki, Şükürovun keçmiş kürəkəni, onun qızından ayrılan Elşən Əsgərli bu ailənin haqqında olduqca sərt ittihamlar səsləndirib, qızın atasının korrupsiya ilə məşğul olduğunu və topladığı misilsiz var-dövlətlə xüsusi qoçu dəstələrini saxladığını deyib. Hər iki tərəfin bir-birilərinə qarşı ağır ittihamları olub. Aysel və onun yeni həyat yoldaşı Oqtay xanımın keçmiş əri Elşən Əsgərlinin narkotik dispanserdə qeydiyyatda olduğunu və normal həyat tərzi keçirmədiyini iddia ediblər.

Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda yüksək rütbəli məmur övladlarının dəbdəbəli həyat tərzi, bahalı toy-ad günü mərasimləri ilə dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıqlar edilib, məmur övladlarının harın həyat tərzinə görə onların cəzalandırılacağı qeyd olunub. Bununla bağlı kifayət qədər nümunələr də mövcuddur. Belə görünür ki, indi növbə qızı Aysel və kürəkəni Oqtayın "sayəsində" ölkənin baş "liftyoru" Qüdrət Şükürovundur…

Mənbə: Qafqazinfo


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3273   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021