Rusiyaya müharibə ELANI...

Rusiyaya müharibə ELANI..."Rusiya cəbhə boyu Ukraynaya genişmiqyaslı hücum etməyəcək. Amma Kiyevi hərbi vəziyyətin tətbiqinə təhrik edə bilər. Bu isə Rusiyaya müharibə elanı anlamına gələcək".
Bunu Ukrayna müdafiə nazirinin sabiq müavini Yevgeni Marçuk müdafiə və təhlükəsizlik üzrə II Ukrayna forumunda deyib.
Donbas böhranı üzrə Üçtərəfli əlaqə qrupunun təhlükəsizlik üzrə yarımqrupunda Ukraynanın nümayəndəsi olan Marçukun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəddə ciddi hərbi strukturları cəmləyib.
"Rusiya genişmiqyaslı hücuma keçməyə bilər. Amma Kiyevi hərbi vəziyyətin tətbiqinə təhrik edə bilər. Rusiya üçün bu gün əsas məsələ Krıma quru dəhlizi açmaqdır. Bunun üçün isə Mariupol alınmalıdır. Rusiya bunu planlaşdırırdı və gizlətmirdi. Turçinov (Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov-red.) da bunu deyib və hərbiçilər də yaxşı bilirlər ki, Rusiya bizimlə sərhəddə ciddi hərbi strukturları cəmləşdirib", - o deyib.
Marçuk qeyd edib ki, Rusiya Ukrayna sərhədində hərbi hospitallar yerləşdirib: "Ukrayna ilə sərhəddə üç səhra hospitalı yerləşdirilib. Hərbi mütəxəssislərə aydındır ki, onlar çoxlu yaralının olduğunu nəzərdə tuturlar".
Müdafiə nazirinin sabiq müavini Rusiya tərəfindən Mariupol və Nerson istiqamətində hərbi xarakterli kiçik hərəkətlərin edilməsini mümkün sayır. Onun sözlərinə görə, məqsəd Xarkovdan Nerson və Nikolayevə qədər hərbi vəziyyət tətbiqinə Ukraynanın siyasi rəhbərliyini təhrik etməkdir.
O bildirib ki, hərbi vəziyyətin tətbiqi Ukraynadan təcavüzkar ölkənin göstərilməsini tələb edir:
"Zaxarçenko və ya Plotnitski təcavüzkar deyil. Hərbi vəziyyət tətbiq edilərsə, bu Ukraynanın Rusiyaya qarşı müharibə elanı anlamına gələcək".
Marçuk daha əvvəl bildirib ki, Donbas bölgəsindəki mövcud vəziyyət Rusiyanın burada "sürünən işğal"a başlaya biləcəyini göstərir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3505   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Almatıda keçiriləcək görüş, aparılan danışıqlar prosesinə müsbət təsir göstərəcək" - Politoloq

Xəbər verdiyimiz kimi, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyanla Ceyhun Bayramov Almatıda görüşəcəklər. Bununla bağlı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Bununla belə, görüşün konkret tarixi açıqlanmayıb. Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazad

1 may
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel
.

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini

29 aprel
.

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlind

26 aprel
.

Azərbaycan və İran generalları görüşdülər

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini

3 may
.

TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir

Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir. "Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib. Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir

5 may
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

4 may
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel