IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatdı

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatdıMərasimdə Azərbaycanın və İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində sülh və ümid haqqında universal hekayət təqdim edilib, İslam sivilizasiyasının böyük töhfələri nəzərə çatdırılıb.

Sonxeber.az Apa-ya məlumatına görə, nümayiş etdirilən videoçarxda Azərbaycanın əsrlər boyu formalaşmış mədəniyyətindən qaynaqlanan hekayətdə maraqlı bilik və ixtira səyahətinə çıxmış Mina adlı kiçik qız və onun çərpələngindən bəhs edilib.

Qobustanın qayaüstü rəsmləri ekranda göstərildiyi zaman Mina spiral strukturlardan asılan, ipək zolaqları ilə dövr edən digər dörd səhnə ustası ilə havaya qalxıb. Alim Qasımov minarənin zirvəsində azan oxuyub. Mina Heydər Məscidinə yollanıb. Əllərində fənər tutan yüzlərlə insan ona qoşulub. Hərəkət edən fənərlər sayəsində gözəl şəkildə işıqlandırılmış bəzəklər formalaşıb. Gündəlik həyatın bir hissəsi olan ənənələrinə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film ekranda nümayiş olunub. Çəkilişlər Azərbaycan, Avstraliya və Filippində aparılıb. Sonra yeni macəra başlayıb. Mina keçmiş zamana yollanıb və dünyanı gəzib dolaşıb, dahi şairləri görüb, planetimizdən kənar kainatı seyr edib. Mərasimin bu hissəsində 40-dan artıq heyvandan – atlar, dəvələr və ulaqlardan istifadə olunub. 70-dən artıq iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, qartal və şahin fiqurlarından ibarət səhnə göz qarşısında canlanıb. Mina ağ atın belində səhnəyə daxil olub. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarxı formalaşdırb və sonra atlar paralel
olaraq yan-yana keçiblər. Öz çərpələngini daşıyan Mina karvansaralarda tacir və səyyahlarla söhbət edib. Səhnədə nümayiş etdirilən böyük ölçülü kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlaməti olaraq göstərilib. Səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət günəş sisteminin böyük modeli yaradılıb. Uçan çərpələngində əyləşmiş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atıb və fil saatı işə düşüb. İlan aşağı əyilərək, mexanizmi hərəkətə gətirib və "Bilik" mərasimi bununla bitib.

Birdən birə qopan fırtına səhnədəki hər şeyi süpürüb aparıb Mina öz yolundan azıb. Simurqun lələyi Minanın köməyinə gəlib və onun dostları ildırım surəti ilə aşağı enərək, qızın imdadına yetişiblər. Mina öz çərpələngində Bakı üzərindən uçub, öz doğma şəhərinin yeni simasını görüb. Tanışlığa Xəzər dənizinin sahilində yerləşən Xalça Muzeyi ilə başlanıb. Ağ geyimdə səhnə ustası Heydər Əliyev Mərkəzinin hamarkonturlarını canlandırıb Şəhərdəki ondan artıq gözəl memarlıq nümunəsini gördükdən sonra görüntülər Bakı Olimpiya Stadionu ilə başa çatıb. Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçub. Yüz minlərlə kiçik altıbucaq çərpələng auditoriya üzərində dalğalanıb Yerdə və havada "yanar çarx" fişəngi alovlanıb və fırlanıb, stadion üzərində gecə səmasında atəşfəşanlıq başlayıb.

Hekayət başladığı məkana – sakit Filarmoniya bağına qayıdıb. Mina ürəkdolusu sevinclə babası ilə görüşərək babasına təşəkkür edib, çərpələngini yeni səyahətə yollayıb ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxıb və səmaya uçub. Mərasim stadion və Bakı Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitib


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1437   Tarix: 13 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yusif Abdullayev: "2022-2023 cü illərlə müqayisədə xalça ixracımız 30 faiz artıb"

"2022-2023-cü illərlə müqayisədə xalça ixracımız 30 faiz artıb". xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki

4 may
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Mono Liza niyə "terror" olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur "Mona Liza" tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. "Frans Press" agentliyi məlumat yayıb. "Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda "Mon

30 yanvar
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral