Azərbaycanda tükürpədici olay! Ata-anası dəhşətli qəzada ölən 2 aylıq Yunusu...FOTO

Azərbaycanda tükürpədici olay! Ata-anası dəhşətli qəzada ölən 2 aylıq Yunusu...FOTOÖtən yay Kürdəmir rayonunda ata ilə ananın qəzada ölməsindən sonra onlardan yadigar qalan 2 aylıq körpəni qudaları məhkəmə önünə çıxarıb. Belə ki, 2016-cı il avqustun 5-də həkim Əli Əkbərovun idarə etdiyi "KİA" markalı minik avtomobil "VAZ" markalı maşınla toqquşub. Nəticədə, Ə.Əkbərov və həyat yoldaşı Leyla Salahova vəfat edib. 2 aylıq ovladları Yunus isə yaralansa da, xilas edilib.

Mərhum Ə.Əkbərovun atası Əsəd Əkbərov "Qafqazinfo"ya müraciət edərək bildirib ki, 2 aylıq körpənin hansı tərəfdə qalması aylardır davam edən məhkəmə çəkişmələrinə səbəb olub: "Qəzadan 12 gün sonra Yasamal rayon icra hakimiyyətinə müraciət edib nəvəmin mənim qəyyumluğuma verilməsi barədə razılıq aldım. Sonra Sabirabad rayonunda yaşadığım kəndə gəldim. Qızım var, 8 ildir ailə qurub, amma övladı olmur. Təzə ev də tikmişdik. Evi də, nəvəmi də qızıma verdim. Doqquz aydır uşağı qızım saxlayır. Rəhmətlik gəlinimin bacısı İradə Salahova sonradan Yasamal icra hakimiyyətinə müraciət etdi ki, qəyyumluq düzgün verilməyib. Orada iş yenidən araşdırıldı və qərarın düzgün verildiyini qeyd edildi. Onlar icra hakimiyyətinin sərəncamını ləğv etdirmək üçün 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etdilər. Məhkəmə sərəncamı qüvvədə saxladı. Bu vaxt qızım Sabirabad rayon məhkəməsinə müraciət edərək nəvəm Yunusu övladlığa götürmək istədiyini bildirmişdi. Qəyyumluq idarəsi qızımın maddi vəziyyətini yoxlayandan sonra uşağın övladlığa verilməsinin mümkünlüyü barədə rəy verdi. Bunun ardınca İradə Salahova da uşağı övladığa götürmək üçün müraciət etdi. Onun mənzil şəraiti ilə bağı arayış verildi, qeyd olundu ki, onun yaşadığı mənzil 2 otaqlı, 41 kvadratdır, su da qrafiklə verilir. Mənzildə İradə Salahova, onun əri və 5 yaşlı qızı yaşayır. Övladlığa götürülmənin mümkün olub-olmadığı barədə rəy verilmədi".

Ə.Əsədov iddia edir ki, prosesin sonuna yaxın hansısa vəzifəli şəxs işə müdaxilə edib və qanunsuz qərar çıxarılmasına səbəb olub: "Bizim məhkəməmiz bir neçə ay davam etdi. Hakimə kimlərsə təzyiq edirdi ki, uşaq xalasına verilsin. Hakim Namiq Qarayev qərar verməyə çətinlik çəkirdi. Çünki qanun mənim tərəfimdə idi. Hakim məhkəməni uzatdı ki, bəlkə mən ona təzyiq edən adamlara çıxa biləm, onu da edə bilmədim. Sabirabad rayon icra başçısı Nizami Süleymanovla görüşdüm, o mənə hakimlə danışıb köməklik edəcəyini dedi. Amma danışsa da, kömək edə bilmədi. Göstərişi verən daha yuxarı vəzifəli şəxs idi. Mayın 15-də məhkəmə uşağın İradə Salahovanın övladığına verilməsi barədə qərar verdi".

Ə.Əkbərov qeyd edib ki, qərarda qeyd olunub ki, Ə.Əkbərovun qızının ailəsinin daimi gəliri yoxdur, İ.Salahova isə aylıq maaş alır: "İradə Salahovanın əri sahibkardır, özü isə Müdafiə Sənayesi Nazirliyində işləyir".

Hazırda uşağın onlarda olduğunu deyən Ə. Əkərov apelyasiya şikayəti verdiyi üçün məhkəmə qərarınn icra olunmadığını qeyd edib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3068   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

2 may
.

Sevgilisinin körpə qızını qaçırıb vəhşicəsinə öldürdü

Hindistanda bir kişi qisas məqsədi ilə bir yaş yarımlıq qızı qaçıraraq vəhşicəsinə qətlə yetirib. Qatil sevgilisinin qızın atası ilə onu aldatdığından şübhələnib. xarici mediaya istinadən xəbər verir ki, ana qızı özü ilə yatızdırsa da, ayılanda uşağı tapmayıb. Ertəsi gün körpənin meyiti çoxsaylı xəsarətlərl

20 aprel
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

5 may
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27 aprel