Ev almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUYUN - Artıq...

Ev almaq istəyənlər bu xəbəri MÜTLƏQ OXUYUN - Artıq...Bir müddət əvvəl kommersiya bankları ipoteka kreditlərini dayandırsa da, hazırda bəzi banklarda kredit verilişi bərpa olunub. Modern.az-ın məlumatına görə, "PAŞA Bank" ASC, "UniBank" KB ASC"Kapital Bank" ASC, "AtaBank" ASC, "Bank Respublika" ASC, "Bank of Baku" ASC , "Muğanbank" ASC, "Yapı Kredi Bank" QSC, "Xalq" Bank ASC, "Bank BTB" öz müştərilərinə ipoteka kreditləri təklif edən banklar sırasındadırlar. İlkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən başlayır.

Maraqlı məqam budur ki, ipoteka kreditlərinin verilməsi bərpa olunsa da, vətəndaşların buna marağı olduqca aşağıdır.

İqtisadçı Vüqar Bayramov Modern.az-a bunun səbəblərini açıqlayıb. O deyib ki, ipoteka kreditlərinə marağın azalmasının ilkin səbəbi sosial ev layihəsilə bağlıdır:
"Birincisi, vətəndaşların bir qismi sosial ipotekadan deyil, sosial evdən faydalanmaq niyyətindədir. O baxımdan sosial evlərə müraciətlə bağlı qeydiyyatı gözləyirlər. Yəni əvvəllər ipoteka krediti ilə evə sahib olmaq istəyənlərin hazırda sosial ev almaq istəyi sosial ipotekaya müraciət sayının azalmasına gətirib çıxarıb.
İkinci səbəb mənzil bazarındakı qiymətlərdə olan durğunluqla bağlıdır. Xüsusilə də ipoteka götürüb ev almaq istəyən vətəndaşlar qiymətlərin daha da ucuzlaşacağını güman etdiklərindən gözləmə mövqeyindədirlər. Onlar bir növ qiymətlər düşdükdən sonra ipoteka kreditlərinə müraciət etmək niyyətindədirlər. 2014-cü ildən ucuzlaşma müşahidə edildiyini nəzərə alsaq, bazarda qiymətlərin daha da ucuzlaşacağı ilə bağlı proqnozlar ipoteka krediti alanların gözləmə mövqeyinə üstünlük verməsinə gətirib çıxarır.
Üçüncü səbəb kredit tarixçəsilə bağlıdır. Xüsusilə də ipoteka kreditlərinə müraciət etmək imkanı olan vətəndaşların bir qisminin xarici valyutada götürdükləri kreditləri qaytarmaqda çətinlikləri var. Bu baxımdan onların ipoteka kreditlərinə müraciət imkanları xeyli məhdudlaşır. Nəticədə bu da ipoteka kreditlərinə marağın azalmasına səbəb olur".

Ekspertin sözlərinə görə, istehlak bazarında baş verən bahalaşma da ipoteka kreditlərinə marağın azalmasına təsir edən amildir:

"Sonuncu səbəb özəl sektorda iş yerlərinin azlaması ilə bağlıdır. Əvvəlki illərdə özəl sektorda çalışanlar ipoteka kreditlərindən faydalana bilirdilər. Neftin qiyməti düşdükdən sonra real sektorda da durğunluq hiss olunur ki, bu iş yerlərinə, eləcə də əmək haqlarına təsir göstərir. Eyni zamanda istehlak bazarında xərclər artıb. Hətta bəzi iş yerlərini itirməyən vətəndaşlarımızın xərci həddindən çoxdur. Onlar cari xərclərlə yanaşı ipoteka kreditlərini ödəmək iqtisadrında deyillər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1687   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda nərə balığından hazırlanan qara kürünün həcmi açıqlanıb. Bu barədə -a Dövlət Statistika Komitəsindən bildirilib. 2024-cü ilin ilk üç ayında Azərbaycanda 103,1 kq nərə balığı kürüsü istehsal edilib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü il

24 aprel
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib

1 may
.

Xiyarın qiyməti kəskin azaldı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərd

23 aprel
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel