Aygünün sevgilisi ilə bağlı elə xəbər yayıldı ki...

Aygünün sevgilisi ilə bağlı elə xəbər yayıldı ki...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Səidə Əliyeva bildirib ki, Aygün Akimovaya qızının diplomunu almaq üçün 5 min manat verib:

"Aygün Akimovanı 2010-cu ildən tanıyıram. Rəfiqəm Afət Hüseynovanın mağazasında bir neçə dəfə görmüşəm. Bir gün söhbət əsnasında qızımın Beynəlxalq Universiteti bitirdiyini, amma diplomunu ala bilmədiyini dedim. Həmin vaxt Aygün bu işi həll edəcəyini, universitetdə qohumlarının, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu dedi. Amma konkret olaraq heç kimin adını çəkmirdi. MTN-də yüksək vəzifəsinin olduğunu bilirdik. Mən də qızımın diplomu üçün 5 min manat pul verdim. Nə pulumu qaytardı, nə də diplomu aldı. Bu işi bir həftəyə həll edəcəyini demişdi".

Səidə Əliyevanın sözlərinə görə, pulunu ala bilmədiyi üçün 2015-ci ildə polisə müraciət edib:

"İş alınmayandan sonra mən Aygünlə danışmamışam. Pulu şəxsən Afətin mağazasının qarşısında ona vermişəm. Amma sonra onunla danışmamışam. Afətdən soruşurdum. O da deyirdi ki, həll edəcəyəm. Sonra gördüm ki, bu məni də, Afəti də aldadır".

Aygün Akimova isə zərərçəkmişin dediklərinin yalan olduğunu deyib: "Bunların hamısı absurddur. Onun özü nazirlikdə işləyirdi. Mən isə siravi vətəndaş idim. Mən onun işini necə həll edə bilərdim?".

Aygün Akimovanın bu sözləri iş üzrə ən çox zərərçəkmiş şəxs kimi tanınan Afət Hüseynovanı qəzəbləndirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb.

Aygün Akimova Afət Hüseynovaya "bomj olmusan" deyib. Hakim tərəflərə xəbərdarlıq edib.

Daha sonra ifadə verən digər zərərçəkmiş, Aygün Akimovanın evində dayəlik edən Rita Həsənzadə bildirib ki, Aygün Akimovaya borc olaraq 28 min dollar verib, ancaq pulunu geri ala bilməyib:

"Həmin ərəfədə mən ev satmışdım, oğluma iş qurmaq istəyirdim. Aygün Akimova hər işlə məşğul olduğunu deyirdi. Elə bilirdim ki, bina tikir, zavodu var. Mənə dedi ki, 20 min manat ver, fəhlələrə verim. Ərinin xaricdə olduğunu, qayıdanda 1 milyon gətirəcəyini, mənim pulumu da artıqlaması ilə verəcəyini söylədi. Sonra dedi ki, Gənclikdə tikilən binanın birinci mərtəbəsindən mənə qarşılıqsız yer verəcək. Mən də guya orada oğluma klinika açacaqdım".

Zərərçəkmişin sözlərinə görə, Aygün Akimovanın evində işlədiyi müddətdə aylıq almalı olduğu 600 manatını ona verməyib:

"9 ay yanında işləmişəm. Hər ay 600 manat almalı idim. Bircə dəfə bacım xaricə gedəndə onun təyyarə biletinə 639 manat verib. Qalan pulumu da ala bilmirdim. Verdiyim borcu da qaytarmadığı üçün yanında qalmağa məcbur idim. Məni dəli olmaq dərəcəsinə çatdırmışdı".

Zərərçəkmiş Amay Abdullanın sevgilisi kimi tanan Aygün Akimovanın xərclədiyi pullardan da danışıb:

"Onun xərclədiyi pulun sayı-hesabı yox idi. Hər dəfə restorana gedəndə 300-500 manat pul xərcləyirdi. "Porşe" və "Mersedes" sürürdü. Bahalı paltarlar geyinir, evə yüksək səviyyədə bazarlıq edirdi. Deyirdi ki, bu yaxında 1 milyon pul gələcək, sənin də pulunu qaytaracağam. Aygün istəsəydi, mənim pulumu yarım saata da qaytara bilərdi. Onun dəqiq nə işlə məşğul olduğunu deyə bilmərəm. Evdəki çantasında çoxlu sayda şəxsiyyət vəsiqələri var idi. Telefonla danışanda deyirdi ki, "filan vəsiqəni gətir". Həmin çantanın yanından keçməyə imkan vermirdi".

Proses mayın 25-də davam edəcək.

Aygün Akimova və İlham Baxışov Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

İttihama görə, Aygün Akimovanın 6 nəfərə qarşı dələduzluq edib. Onlardan ən çox zərərçəkəni isə Afət Hüseynovadır. İttiham aktında yazılır ki, Aygün Akimova mağaza sahibi olan Afət Hüseynova ilə yaxın münasibət qurduqdan sonra ona dələduzluq edib. İlham Baxışov isə Aygün Akimova ilə bir neçə epizod üzrə dələduzluq əməllərində iştirak edib.

İstintaq sənədlərinə görə, Afət Hüseynovanın 1 milyon 750 min manat, Sona Əliyevanın 5 min manat, Kamil Abbasovun 2400 manat, Natavan Şahverdiyevanın 35 min manat, Rita Həsənzadənin 28 min 500 dollar, Elçin Axundzadənin isə 39 min manat pulu ələ keçirilib.

Zərərçəkmişlərdən biri Aygün Akimovanın uşaqlarının atasının "Abdulla müəllim" olduğunu ifadəsində bildirib. Məlumat üçün bildirək ki, zərərçəkmiş "Abdulla müəllim" dediyi iş adamı, bir müddət əvvəl həbsdən çıxan AMAY-ın sahibi Abdulla Abdullayevi nəzərdə tutur.

Əldə etdiyimiz məlumata görə, bu iş üzrə AMAY Abdulla istintaqda şahid kimi ifadə verib. O, Aygün Akimova ilə evli olmadığını, ancaq Aygünün uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi onun adının yazıldığını deyib.

Mənbə:teleqraf.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2898   Tarix: 18 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021