Azərbaycanda biznesmen arvadı və baldızı ilə bağlı elə xəbər yayıldı ki...

Azərbaycanda biznesmen arvadı və baldızı ilə bağlı elə xəbər yayıldı ki...Saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası davam edib.

Sonxeber.az Lent.az-a istinadən məlumat verirki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Söz dövlət ittihamçısı Sabir Abdinova verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən Təyminə Abdullayeva özünü təqsirli bilməyib.

Prosesdə ilk əvvəl zərərçəkmişlərin dindirilməsi ilə bağlı qərar qəbul edilib.

Vəkil Janna Bağırova vəsatətlə çıxış edərək bu işin iki hissəyə ayrılmasını istəyib. O, bildirib ki, əvvəlcə saxta sənəd düzəltmək və dələduzluq ittihamı üzrə araşdırılma aparılsın, daha sonra polisə müqavimət ittihamına baxılsın.

Təyminə Abdullayevanın digər vəkili Vasif İsarfilov da vəsatətin təmin edilməsini tələb edib: "İndiyə qədər müdafiə tərəfinin verdiyi vəsatətlər təmin edilməyib. Müdafiə tərəfinin vəsatəti təmin edilsin ki, açıq-aydın müdafiə tərəfinin sübutları araşdırılsın".

Vəsatət təmin edilməyib.

Daha sonra Janna Bağırova prosesin video-görüntü ilə aparılması ilə bağlı vəsatət verib. Lakin bu vəsatət də hakimlər tərəfindən təmin edilməyib.

Daha sonra prosesdə zərərçəkmiş polis əməkdaşı Oqtay Məmmədov ifadə verib. O ifadəsində bildirib ki, 17-ci Polis Bölməsinin əməkdaşıdır: " Hadisə iyunun 17-də olub. Bölmədə idik. İş yoldaşım Orxan Babayevlə bizə bildirdilər ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Təyminə Abdullayevanı saxlamaq əmri verilib. Bölmədə qadın barəsində məcburi gətirilmə haqda qərar vardı. Biz də onun yaşadığı mənzilə getdik. Sonra Təyminə Abdullayeva yaxınlaşdıq. Özümüzü təqdim etdik. Vəsiqəmizi göstərdik. O, bizlə getməyəcəyini dedi. Etiraz elədi. Qollarından tutduq. Bacısı və bacısı qızı da üstümüzə hücum çəkdi. Təyminə Abdullayeva dırnaqları ilə qollarıma xəsarət yetirdi. Təyminənin bacısı Rəna da Orxana müqavimət göstərib, ona yumruq vuraraq xidmətini aparmağa imkan vermirdi".

Digər zərərçəkmiş şəxs Orxan Babayev də Oqtay Məmmədovla oxşar ifadə verib.

Təqsirləndirilən şəxsin vəkillərinin suallarına cavab verən Orxan Babayev bildirib ki, artıq polis sıralarından çıxıb: "Şəxsi məsələlərə polis sıralarından çıxmışam. Həmin vaxtı da bölmədə Təyminə Abdullayeva ilə bağlı rəsmi olaraq məcburi gətirilmə haqqında qərar vardı. Bizə də rəis tapşırıq vermişdi gedib, icra etmişik"

Təyminə Abdullayevin vəkili Janna Bağırova məhkəməyə sənəd təqdim edib. Sənəddə vəkil 17-ci polis bölməsinə yolladığı sorğunun nəticəsini məhkəməyə verib. Sorğuda bildirilir ki, heç zaman Təyminə Abdullayeva barəsində polis bölməsində məcburi gətirilmə haqda qərar olmayıb.

Orxan Babayev bildirib ki, həmin sənədi Oqtay Məmmədovun əlində görüb.

Polis əməkdaşı vəkillərin suallarının bir çoxuna cavab verə bilməyib.

Məhkəmə prosesi mayın 24-də davam edəcək.

Xatırladaq ki, T.Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb və barəsində heç yerə getməməklə bağlı iltizam tədbiri seçilib.

Qeyd edək ki, T.Abdullayeva həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında saxlanılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan sonra əldə etdikləri yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib və bunu şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Onun sözlərinə görə, bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək, ona 890 min manat məbləğində ziyan vurub.

Ərinin iddialarına cavab olaraq Təyminə Abdullayeva isə bildirib ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən "Vesta" Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonunun sahibi kimi təqdim edərək oranı T.Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. S.İsmayılovanın təklifi əsasında T.Abdullayeva evini girov qoyaraq "Faktor Lizing" MMC-dən kredit götürüb həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən, aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınmasının və pulun yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib. Buna görə də, digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra T.Abdullayevaya pul ödəmədən evi S.İsmayılovaya satıb.

Onu da qeyd edək ki, Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3268   Tarix: 19 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021