Rezidenturaya qəbulun II mərhələsi baş tutacaq

Rezidenturaya qəbulun II mərhələsi baş tutacaqTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək.

Sonxeber.az bildirir ki, Komissiyadan verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.

Rezidentura səviyyəsinə ərizə qəbulu internet vasitəsilə 2015-ci il fevralın 16-dan 23-dək aparılıb və 1245 namizəd elektron ərizə doldurub təsdiq etmişdi. Onlardan 1001 nəfər imtahanın I mərhələsində (15 mart 2015-cü il) 30 və daha yüksək bal toplayaraq imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İştirakçılardan 494 nəfəri cari ilin, 507 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 748 nəfəri qız, 253 nəfəri isə oğlanlardır. 852 namizəd Azərbaycan bölməsi, 149 namizəd isə rus bölməsi üzrə imtahan verəcəkdir. Namizədlərin 11 nəfəri xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 976, Naxçıvan şəhərində isə 25 namizədin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 16 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 10-dan 14-dək aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili istiqamətinə uyğun (bitirdiyi fakültəyə müvafiq) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsi iyulun 6-da, II mərhələsi isə iyulun 7-də keçiriləcəkdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 451   Tarix: 03 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Restorandakı yanğın söndürüldü - Video - Yenilib

Sumqayıtda "Siyans" hoteli yanır. "Report"a istinadən xəbər verir ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. *. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən

19 dekabr
.

"Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb" - Vüqar Qurbanov

"TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da 2024-cü il ilə müqayisədə 11 faiz artım göstərir". xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqd

19 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

"BİG Media" MMC-nin direktoru Emil Əkbərov "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edildi

"BİG Media"MMC-nin direktoru Emil Əkbərov Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib. Bununla bağlı -a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbəro

19 dekabr
.

"Behin məbləğindən asılı olmayaraq, beh haqqında razılaşma yazılı formada bağlanmalıdır" - AÇIQLAMA

"Beh öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Beh anlayışı Mülki Məcəllənin 491-ci maddəsi ilə tənzimlənir. Bu normaya əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlə

19 dekabr
.

Şəhid qızının məzarlıqda atasına ünvanladığı sözlər ürəkləri dağladı - VİDEO

Şəhid Onur Çapanın azyaşlı qızının atasının məzarı başında söylədiyi sözlər sosial şəbəkələrdə dərin təsir yaradıb. türk mediasına istinadən xəbər verir ki, atasına səslənən uşaq, "Ata, qərar verə bilmirəm, əsgər olum, yoxsa müəllim…" sözləri ilə həm arzularını, həm də ona olan həsrətini dil

18 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

"Xəstələndiyini məhz hospitalda öyrəndik, ağır vəziyyətdə idi" - Əsgər atası

Hərbi Prokurorluqda Azərbaycan Ordusunun 21 yaşlı əsgəri Əli Cəfərovun ölümü ilə bağlı araşdırmalar davam edir. -a istinadən xəbər verir ki, bu barədə mərhum əsgərin atası, Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərov bildirib. O qeyd edib ki, oğlunun xəstə olduğunu ailə son ana qədər bilməyib

18 dekabr
.

21 yaşlı əsgər hospitalda vəfat edib - Rəsmi

Hərbi Prokurorluqda 21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır. Bu barədə -a Hərbi Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda 15.12.2025-ci il tarixdə vəfa

18 dekabr