Ət alanlar bu xəbəri mütləq oxuyun

Azərbaycanda satılan ətlər cəmiyyət tərəfindən sorğulanmağa başlanılıb.

Lakin bu ticarətin arxasında sadəcə bir şəxs dayanmır. Qaldırılmış problemin əhəmiyyətini nəzərə alaraq, ölkənin ət və ət məhsulları istehsalı və satışı ilə məşğul olan ən böyük şirkətlərindən biri Səhliyalı (Markası: "1000 bərəkət, Halal nemət", "Russkiy Vkus" və s.) "haqqın. az" jurnalistlərinin müraciətlərini qəbul edib.

Onlar ət məhsullarının necə hazırlanmasının, saxlanılmasının və paketləşdirilməsinin şahidi olublar. Təkcə bu texnologiya bütün bu işi yerinə yetirə bilir. Nəzarət bütün istehsal boyu müşahidə olunur. Baytarlar Şamaxı, Ağsu, Sabirabad və digər bölgələrdən gələn heyvanların sağlamlığını yoxlayır. Növbəti mərhələdə artıq ət məhsulları laboratoriyalarda hazır məhsullara çevrilir. Bu məhsul istehlakçılar üçün sadəcə etibarlı deyil, həm də sanitar filtr müayinəsindən keçir.

Laboratoriyanın idarəedicisi İradə Süleymanova bizə məhsulları hazırlayan texnologiyanı, ət və süd məhsullarının necə hazırlandığını göstərib.

O bildirib: "Hazırlanan məhsulların hamısına biz yenidən bu texnologiya sayəsində baxış keçiririk. Məhsullarda olan mikrobollara baxırıq. Onlarda olan, salmonella, stafilokok, brusellyoz xəstəliyinin viruslarını yoxlayırıq. Bunun sayəsində hazır məhsullarda ət antibiotiklərin olması və nitrit səviyyəsinə infeksiyanın qarşısını alırıq. Hazırlanmış ət və süd məhsullarının tərkibini öyrənirik. Ət məhsullarını istehsal və istehlak edən Səhliyalı Alman şirkətinin son "Freund" avadanlıqları ilə təmin olunub.

Bu texnologiyanın işlənməsinə bir o qədər də güc lazım deyil. Hər bir küncdə şlanqlar var. Gün ərzində işçilər tərəfindən bu şlanqlar 25 bar təzyiq altında su ilə yuyulurlar.

Hətta bıçaqlar belə, alman şirkətinə məxsusdur. Filtrlər, yəni havatəmizləyən texnologiyalar sayəsində temperaturun səviyyəsi tənzimlənir. Məhsulların təmizliyi və keyfiyyəti naminə texnologiya güclü olmalıdır, Səhliyalı da olduğu kimi. Məhsulların gigiyenik cəhətdən təmiz olması böyük əhəmiyyət kəsb edir. Burada Basf şirkətinin örtüklərindən istifadə olunur, o da natəmizliyin daxil olmasına şərait yaratmır.

İstehsal olunmamışdan qabaq ət məhsulu 4 dərəcə temperaturda saxlanılır. Uzunmüddətli saxlanılması üçün isə xüsusi olaraq dondurulur. Ət soyuducu kamerasında 30 dərəcə temperaturda 6 saat saxlanılır. Mütəmadi olaraq temperatur 8 dərəcyə endirilir. Bunun sayəsində əti 12 ay mənfi 18 dərəcə temperaturda saxlamaq mümkündür.

Həmçinin ət islam qaydalarına uyğun olaraq kəsilir və halal məhsuldur. Burada onlayn rejimində kamera fəaliyyət göstərir, bunun sayəsində Standartlaşma Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsində hər an istehsalı izləmək mümkündür.

Burada İslamın qaydalarına uyğun olaraq hər şeyə xüsusi diqqət göstərilir. Məhsulların istehsalı bötöv bir sistem tərəfindən həyat keçirilir. Buna görə də burada digər ət məhsulları istehsal edən yerlərdən fərqli olaraq, tullantılara rast gəlmək mümkün deyil.

Tullantılar yenidən istehsal olunaraq dəriləri quşçuluq üçün yenidən emal olunur. Şirkətdə bu yaxınlarda dönər istehsalına da başlayıblar.

Dönər ətinin istehsalı üçün Almaniyadan "Yarpaq dönər" adlı avadanlıq gətirilib. Bu texnologiya sayəsində dönər üçün ət istehsalı prespektivli və digər ölkələrə yaxşı ixrac məhsulu, "fast food" ola bilər. Fransız, türk və alman aşpazları bilir ki, Azərbaycanda istehsal olunan ət ən dadlı ətdir. Bu da Azərbaycanın yüksək dad keyfiyyətlərinə malik olduğunu göstərir.

Kolbasa və sosiskaların hazırlanmasında da eyni texnologiya tətbiq olunur. Ekspertlərin dediyi kimi, məhsulların hazırlanmasında yalnız təbii vasitələrdən istifadə olunur.

Gigiyenaya və təmizliyə xüsusi fikir verilir. Böyük çoxfunksiyalı maşın olan "Uçmaq" adı ilə tanınan mexanizm sayəsində kolbasa və sosiskalar hazırlanır. İş gününün sonunda mexanizm yuyucu və isti su ilə təmizlənir. Həmçinin işçilərin sağlamlığına da xüsusi nəzarət edilir, buna görə də onlar tez-tez müayinə olunurlar.

Avropa ölkələrində olduğu kimi ət mağazalar şəbəkəsinə paketləşmiş və növbənöv gəlir. Ətin qəssab tərifindən hazırlanması artıq Böyük Britaniya, Fransa, Almaniya, hətta Türkiyə kimi ölkələrdə də yoxdur. Müasir dövrdə məhsulların təmizlik dərəcəsi nəzərə alınaraq məhsullar paketləşmiş vəziyyətdə mağazalarda satılır. Buna artıq Azərbaycan da hazırdır.
Ət alanlar bu xəbəri mütləq oxuyunƏt alanlar bu xəbəri mütləq oxuyunƏt alanlar bu xəbəri mütləq oxuyunMənbə: A24.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2352   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - Video

Bu gün ölkədə taksi fəaliyyəti ilə məşğul olan çox sayda şirkət var. Məlumdur ki, Nazirlər Kabinetinin yeni qərarından sonra buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilmir. Bu da, avtomobillərin tədricən azalması ilə nəticələnib. Daha ucuz qiymətə xidmət göstərən taksilər

7 may
.

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb

7 may
.

17 yaşlı qızın ölümündə günahkar kimdir?

Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb. Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub. Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasını

6 may
.

Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirə

7 may
.

Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb. Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olub. İnsanlar hesab edirlər ki, Bakının bu gözəl nəqliyyat növü əlçatmaz olmamalıdır. yayılan xəbəri şərh etmək üçün Bakı Şəhə

7 may
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Ermənilər QORXUDA: Azərbaycan xüsusi təyinatlıları Kirants ərazisindədir...Əslində isə... - VİDEO

Azərbaycan xüsusi təyinatlıları Tavuş vilayətinin Kirants (Güney) ərazisindədirlər. xəbər verir ki, bu barədə məlumat və görüntülər erməni telegram kanallarında yayılıb. Qeyd olunub ki, Azərbaycan xüsusi təyinatlıları Kirants (Güney) tarlalarına çatıb. "Demarkasiya prosesi Tsaxkavana çatıb"

7 may
.

Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO

Keşlə bazarının söküntüsü həyata keçiriləcək. xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Səbəb olaraq isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasını göstəriblər

7 may