VƏSSALAM! Manatla bağlı həlledici an - Dollar bu aylarda...

"Manatın dollara nisbətən məsənnəsinin dəyişməsi növbəti dövrlərdə daha çox Mərkəzi Bankın manat bazasını necə dəyişməsindən asılı olacaq". Bu sözləri "Qaynarinfo"ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Ekspert hesab edir ki, avqust və dekabr aylarında dollara tələbat artacaq. Bu səbəbdən Mərkəzi Bankın məzənnəni qoruyub-saxlaması çətin olacaq:

"Nəzərə alsaq ki, Mərkəzi Bank depozit hərraclarını davam etdirir, bu, manatın dövriyyədən çıxarılmasına gətirib çıxardır. Yalnız bu ilin birinci rübündə 600 milyon manat dövriyyədən çıxarılıb və manat bazası 6,8 milyard manata qədər azalıb. Manat bazasının ümumdaxili məhsuldakı payı 13 faizdirsə, qonşu Rusiya, Gürcüstan və Qazaxıstanda bu rəqəm 40 faizdən çoxdur. Bu baxımdan manat bazasının kiçilməsi və qıtlığı dollara olan tələbin də azalmasına gətirib çıxardır. Çünki, dollara tələbin olması üçün manat bolluğu olmalıdır. Mərkəzi Bank tərəfindən də bu, məhdudlaşdırıldığı üçün dollara olan tələb müşahidə edilmir. Gələcəkdə dolların məzənnəsinin necə dəyişməsi isə birbaşa manat bazasından və nağdlaşdırılma ilə bağlı limitlərin səviyyəsindən asılı olacaq.

İndi bank hesablarında olan vəsaitlərin nağdlaşdırılması ilə bağlı müəyyən limitlər və çətinliklər var. Bu da dövriyyədə nağd manat kütləsinin azalmasına və manat qıtlığının yaranmasına səbəb olub ki, nəticə etibarilə manatın dollara nisbətən məzənnəsinə təsir göstərib. Bu baxımdan gələcəkdə də məzənnənin dəyişməsi birbaşa Mərkəzi Bankdan asılı olacaq. Bununla belə yaxın aylarda dollara tələbat artacaq. Biz avqust və dekabr aylarında dollara tələbatın artacağını proqnozlaşdırırıq. Çünki, avqustda yeni tədris ilinin başlaması, dekabrda isə bayramla əlaqədar idxal artır. Buna görə avqust və dekabr aylarının Mərkəzi Bank üçün məzənnənin qorunub saxlanılması baxımından çox çətin keçəcəyi güman olunur. Amma yenə də bu müddətdə manatın məhdudlaşdırılması prosesi davam etdiriləcəksə, manat qıtığı ilə məzənnəni qoruyub-saxlamaq mümkün olacaq".

Ekspert turist axınının iqtisadiyyatın inkişafında müəyyən qədər rol oynadığını bildirsə də, hazırda bunun manatın stabilliyinə təsir göstərəcək səviyyədə olmadığını qeyd edib:

"Əlbəttə turist axını ölkə iqtisadiyyatına müəyyən qədər təsir göstərir. Əgər Gürcüstanda milli valyutanın stabil olmasının və ya volatilliyin aşağı olmasının səbəbi ölkəyə il ərzində 6 milyon turistin gəlməsidirsə, bizdə də gələcəkdə ölkəyə gələn turistlərin sayında artım olsa bu, məzənnə stabilliyinə müsbət təsir göstərə bilər. Amma hələlik ölkəyə gələn turistlərin sayında kəskin artım olmasına baxmayaraq bu, məzənnəyə təsir göstərəcək səviyyədə deyil".
VƏSSALAM! Manatla bağlı həlledici an - Dollar bu aylarda...VƏSSALAM! Manatla bağlı həlledici an - Dollar bu aylarda...VƏSSALAM! Manatla bağlı həlledici an - Dollar bu aylarda...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2679   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

3 may
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

3 may
.

Bakıda gənc qızı avtomobil vurub

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Maştağa yolunda qeydə alınıb. 1998-ci il təvəllüdlü Məryəm Xanzadə qızı İlqarzadəni yolu keçərkən avtomobil vurub. Yaralı sağ baldır sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktl

3 may
.

Gəncədə əməliyyat keçirildi: 364 min manatlıq mənimsəmə üzə çıxdı

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Ba

3 may
.

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? - RƏSMİ CAVAB

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızı

3 may
.

İlahiyyatçı qadınların qaş almalarından danışdı: "Tam kökündən qazıyıb, yerinə yeni qaş düzəltmək Allaha üsyandır"

"İslam dininə görə, bədən əzalarını təhrif etmək doğru hesab olunmur. Ancaq hansısa əzanı, saçı, saqqalı, qaşı səhmana salmaq, tənzimləmək, əcaib görkəmdən normal duruma gətirmək icazəlidir. Din bəzi məsələləri adətin ixtiyarına buraxır. Qaş almaq da belədir. Bəzi məsələlər var ki, doğru sayılmır

3 may
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

3 may
.

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürəcək. Qaynarinfo xəbər verir ki, Avropa Gimnastikasının təşəbbüsü ilə ilk dəfə baş tutacaq yarışa 34 ölkə təmsilçiləri qatılacaq. Milli Gimnastika Arenasında yeni formatda təşkil olunacaq turnir üç gün davam edəcək. Avropa Kubokunda mükafatçıla

3 may
.

Zəngəzur dəhlizinin inşası artıq BAŞLAYIB? - İlin sonuna kimi AÇILIR? - ŞƏRH

Erməni politoloq Artur Xaçikyan Zəngəzur dəhlizi ilə bağlı bir sıra fikirlər səsləndirilib. O deyib ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra, Vardenisdən (Basarkeçər) 10, Sünikdən (Zəngəzur) isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi barədə məlumatlar yayılır. Onun sözlərinə görə, Zəngəzur dəhliz

3 may