Zəngəzur dəhlizinin inşası artıq BAŞLAYIB? - İlin sonuna kimi AÇILIR? - ŞƏRH
Erməni politoloq Artur Xaçikyan Zəngəzur dəhlizi ilə bağlı bir sıra fikirlər səsləndirilib. O deyib ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra, Vardenisdən (Basarkeçər) 10, Sünikdən (Zəngəzur) isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi barədə məlumatlar yayılır. Onun sözlərinə görə, Zəngəzur dəhlizi adlandırılan yolun inşası artıq başlayıb. İddialara görə, Azərbaycanı Naxçıvanla birləşdirəcək bu yolun Ermənistan hissəsində iş aparılır. BElə olan halda ilin sonuna kimi Zəngəzur dəhlizi açılacaq?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, Ermənistan Zəngəzur dəhlizini açmağa məcburdur. Bu məsələ ilk olaraq Ermənistanın özü üçün vacibdir:
"Zəngəzur dəhlizinin açılması ilə Ermənistan Türkiyə və Azərbaycan ilə əlaqələr qura bilər. Zəngəzur dəhlizi vasitəsilə Rusiya və dünyanın bir çox ölkələrinə çıxış əldə edilə bilər. Türkiyə və Ermənistanın sərhədi açılarsa, Avropa ilə əlaqələr genişlənəcək. Ermənistanın iki ən böyük qonşusu var: Azərbaycan və Türkiyə. Əgər Ermənistan iki ölkə ilə münasibət qurmasa mövcudluğu hər zaman sual altında olacaq. Əlaqələr qurulsa və konstitusiyasını dəyişib, Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkərsə, o cümlədən Azərbaycana qarşı soyqırımı törədən cinayətkarları Azərbaycana təhvil verərsə bölgədə normal münasibətlərin qurulmasına şərait yarana bilər.
Ekspertin sözlərinə görə, o cümlədən qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalı və Zəngəzur dəhlizini açılmalıdır:
"Bunu Azərbaycan tərəfidə istəyir. Ərazilərdə sərhəd dirəklərinin qurulması buna əyani sübutdur. Ermənistanında bunu istəməsi vacibdir və öhdəliklərini yerinə yetirməlidir. Artıq əvvəlki dövrlərdəki kimi müxtəlif bəhanələr ilə məsələni uzada bilməz. Ermənistan bu öhdəlikləri yetirməlidir və əks halda dəmir yumruq yerindədir".
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bu günə olan qızıl və gümüş qiymətləri
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Sabah hava necə olacaq?