"Neçə ailəni dağıtdım" - 37 illik məhkum gülə-gülə ŞOK ETİRAFLAR etdi - VİDEO - FOTO

"Neçə ailəni dağıtdım" - 37 illik məhkum gülə-gülə ŞOK ETİRAFLAR etdi - VİDEO - FOTO"2 dəfə intihara cəhd etdim, alınmadı, neçə ailəni dağıtdım"

Sonxeber.az bildirir ki, ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömrünün yarısından çoxunu zindanda keçirən Əmrah Əhmədovun həyat hekayəsinə yer verilib.

Əmrah Əhmədov - cəzası (15 il, ümumi 37 il) : "Atam üst-üstə 15 il 2 dəfə həbs edilib. Ömrünün 30 ilini həbsdə keçirib. Azərbaycanda olan bütün həbsxanalarda cəza çəkmişəm. İlk cinayətim 1991-ci ildə olub. 1993-cü ildə vaxtından əvvəl azadlığa çıxdım. Yenidən həbsxanaya qayıtdım. Şirvan rayonunda taksiyə oturub kəndə sürdürdüm, xahiş elədim ki, maşın mənə lazımdır. 30 dəqiqəlik istədim, vermədi, vurdum "baqaj"a saldım. Neftçala rayonuna qardaşımın yanına getdim. Anam da sağ idi. Oturub yedik-içdik. O da maşının "baqaj"ındaydı. Gəncəli Alim var idi, meyxana deyən, onu da maqnitafonda qoymuşam ki, qulaq assın, həm də səs çıxmasın. Yerini də yaxşı elədim, yorğan-döşək sərdim. Üşüməməsi üçün yemək filan verdim. Kabab da yedizdirdim, ay tövbə. Dedi içən deyiləm, amma 100 qram da vurdurdum. Sonra ürəyim dözmədi, dedim ki, gəl otur bizimlə çörək ye, sonra çıxıb gedərsən. Razılaşdı, amma sonra dedi ki, yatmaq istəyirəm. Buna yer saldıq, bir az sonra bildik ki, bu qaçıb. Polisə şikayət etdi, mən qaçdım Kür çayına. Sonra Salyanda bir maşın da götürdüm, orada tutuldum.

1998-ci ildə həbsdən yenə çıxdım. Bakıya getmək istəyirdim, maşın saxladıb mindim. Söhbətimiz tutdu bununla, dedim olar nəşə çəkim? Dedi varındısa, çək. Gəldik, Qaradağdan döndü polisə. Sonradan bildim ki, bu cinayət axtarışda işləyir (gülür).

Növbəti dəfə azadlığa çıxanda isə Neftçalaya gəlib ailə qurub, təsərrüfatla məşğul olmağa başladım. Evdə yatmışdım, yuxu tutmadı, durdum Kürün üstündə siqaret çəkdim. Sonra qonşunun həyətinə girdim, gəzişdim, tövləsinə girdim. Sonra gecə saat 5-də kişi çıxdı bayıra görüşdük, heç soruşmadı da burada neynirsən. Evə girəndə mən də bunun arxasınca girdim. Sonra çevrilib dedi ki, burada nə gəzirsən? Dedim səsini kəs, vurdum. Arvadı çıxdı otaqdan onu da vurdum. Bir də ayıldım ki, qanın içindəyəm. Şokda olub bunları öldürmüşəm. Tez polisə zəng elədim ki, qohumları gəlib məni öldürərlər. Əvvəlcə ömürlük versələr də, sonradan 15 ilə çevirdilər. Doğmalarım tərəfindən atılmışam. Yaxın duran yoxdur. 2 dəfə intihara cəhd etdim, amma alınmadı. Çox peşmanam etdiklərimdən. Neçə ailəni dağıtdım".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5902   Tarix: 31 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021