Ziya Məmmədova BÖYÜK ŞOK

Sabiq nazirin oğlu ölkədən kənarda yaşasa da, Z.Məmmədova Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb; villalar da satışa çıxarılır, Məmmədovların biznes imperiyası sürətlə çökməkdədir....

Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədovun və ailəsinin biznesinin tezliklə çökəcəyi barədə məlumatlar təsdiqlənir. Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı "qeyri- səmimi" mövqeyinə görə cəzalandırıldıqdan sonra ölkə iqtisadiyyatında ağırlıq təşkil edən biznes strukturlarını təhvil verməyə razılaşıb. Hətta iddia olunur ki, oğlu Anar Məmmədov ölkədən kənarda yaşasa da, Z.Məmmədova Azərbaycan hüdudlarından kənara çıxmaq yasaqlanıb. Görünür, bu yasaqda məqsəd Məmmədovları tamamilə iqtisadi sferadan kənarlaşdırmaqdır.

Çünki keçmiş nazirin ailəsi uzun illər hüdudsuz səlahiyyətləri nəticəsində ölkə iqtisadiyyatının neft daşımaçılığından tutmuş "fast-fud" fəaliyyətinədək, böyük bir spektrində hökmranlıq edə biliblər. 2005-ci ildən 2013-cu ilə qədər "ZQAN Holdinq" adı ilə fəaliyyət göstərən Məmmədovların biznes imperiyası "Garant-Holdinğ"ə çevriləndən sonra da təsir imkanlarını daha da artırdı.

"Garant Holdinq"in tərkibinə 17 yerli şirkət daxildir. Bunlar "Qarant Sığorta" ASC, "Azbentonit" MMC, "Royal İsteyt" MMC, "Qarant Tour" MMC , "English Yard" MMC, "Quba Olimpiya Kompleksi" MMC, "Avto-Media" MMC, "Ucar Aqro" MMC, "M.Trans" MMC, "Ameritex" MMC, "Transevrokom" MMC, " Zqan konstrakşn" MMC, "Turbo.az" MMC, "Qarant Sığorta Agenti" MMC, "Quba Resort" MMC, "AFK" MMC, "Delfin" MMC və "Goranboy Gips" ASC-dir...

Holdinqə daxil olan şirkətlər istehsal, tikinti, logistika, hotel və daşınmaz əmlak, kənd təsərrüfatı və sair sahələrdə fəaliyyət göstərirdi. Hələ Z.Məmmədov nazir olanda bu şirkətlərdən fəaliyyətini dayandıranlar var idi (məsələn, "Qarant Sığorta"). Amma bu, Məmmədovlar imperiyası üçün "dənizdən bir damla" hesab olunurdu.

İndi isə ailə biznes imperiyası sürətlə çökməkdədir və belə görünür ki, şirkət tam iflas olduğunu açıqlayanadək bu proses davam edəcək. Məlumata görə, Məmmədovların şimal bölgəsində olan bizneslərinin təhvil-təslimi başlayıb. Xüsusilə Qubada "Garant Holding"in fəaliyyəti tam sıxışdırılıb. İş orasındadır ki, Məmmədovların ölkənin səfalı yerlərində böyük villaları da var ki, indi onları satmaq problemə çevrilib. Məmmədovlar isə Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək, satmaq niyyətindədirlər. Aydındır ki, bir müddət hakimiyyətdən hətta kiçik də olsa vəzifə gözləyən Z.Məmmədov Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü artıq anlayıb.

Bugünlərdə "Garant Holding"in bir hissəsini təşkil edən, ən iri quş əti istehsalçılarından olan "Ucar Aqro"nu itirən Məmmədovlar daha bir "xırda" bizneslərindən əllərini çəkiblər.

"Garant Holding"in nəzarətində olan KFC restoranlarının mülkiyyətçisi rəsmən dəyişib. Virtualaz. org xatırladır ki, məşhur KFC "fast-fud" restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir iş adamı, "PNN Group" şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, "AFK" MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.
Şəbəkə "Garant Holding"ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus olan, "28 May" metro stansiyası yaxınlığında yerləşən tarixi binada açılmışdı. Ötən ay həmin restoran "başqa ünvana köçmək" adı ilə bağlanıb.

"Garant Holdinğ" şirkətinin rəsmi web saytı sonuncu dəfə 2014-cü ilin oktyabrında yenilənib. "Garant Holding"in ofisi isə bağlıdır, şirkətin telefonları söndürülüb. Belə görünür ki, Məmmədovlarla böyük hesablaşma hələ qarşıdadır. Uduzan tərəfin kimliyi isə indidən məlumdur...
Ziya Məmmədova BÖYÜK ŞOKZiya Məmmədova BÖYÜK ŞOKZiya Məmmədova BÖYÜK ŞOKZiya Məmmədova BÖYÜK ŞOKMənbə: azxeber.com


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4778   Tarix: 07 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada öldü

Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada ölüb. xəbər verir ki, Qax şəhərindəki qəbiristanlıqda 1981-ci il təvəllüdlü Ruslan Məmmədov huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb, amma həyatını xilas etmək mümkün olmayıb

21 dekabr
.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr
.

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb

Bakıda işlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb. Həmin evdə usta kimi işləyən şəxs ev sahibini

20 dekabr
.

AİLƏ FACİƏSİ! Ata oğlunu təsadüfən avtomobillə VURARAQ ÖLDÜRDÜ

Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb. APA-ya istinadən xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb. Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi iritonnajlı yük avtomobilini geriyə sürərkən 37 yaşl

21 dekabr
.

Maşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO

Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr

19 dekabr
.

19 yaşlı gənc qadın 3 ildir evli olduğu şəxs tərəfindən qətlə yetirildi

Türkiyənin paytaxtı Ankarada 19 yaşlı Sevgi Özdemir 3 ildir evli olduğu həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə Altındağ rayonunda cütlüyün yaşadığı evdə baş verib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 28 yaşlı Yasin Özdemir bir müddətdir şiddətli keçimsizlik yaşadığı həya

17 dekabr
.

Boşanmaq üzrə olduğu həyat yoldaşına cəhənnəm yaşatdı - VİDEO

İstanbulun Kağıthane rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən bir qadına küçənin ortasında fiziki və silahlı hücum edilib. türk mediasına istinadən xəbər verir ki, hadisə 13 dekabr, şənbə günü saat 14:00 radələrində Çağlayan məhəlləsində baş verib. Əldə olunan məlumata görə, Yağmu

17 dekabr
.

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB

Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfatı ilə bağlı məlumatlar reallığı əks etdirməyib. "EGE Hospital"ın icraçı direktoru Rafael Əliyev -a verdiyi açıqlamada yayılan məlumatları təkzib edib. O qeyd edib ki, Tünzalə Sultanova "EGE Hospital"da müalicə almayıb:. "Tünzal

20 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr