"Orucluqdur bala günah deyilmi?! " -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu -Fotolar

Xırdalan şəhərində su təchizatında problem yaranıb.

Abşeron rayonunun inzibati mərkəzi olan şəhərin bir qism sakinləri su üzünə həsrət qalıb.

Sonxeber.az-a bu barədə sakinlər özü məlumat verib.

Şəhərin (red: kənd Xırdalan ərazisi) Əzizbəyov küçəsi, dalan 4-də yaşayan sakinlərinin sözlərinə görə, son bir ayda cəmi bir dəfə su verilib, o da 1-2 saat.

Şikayətçilərin sözlərinə görə, "Azərsu" ASC-nin nümayəndələri bir neçə gün öncə adıçəkilən ərazidə hadisə yerinə baxış keçirib və problemin həll olunacağını bildiriblər. Lakin, neçə gündür hələ də heç bir tədbir görülmür. Sakinlərdən Kərim kişi Sonxeber.az-a danışıb: " "Azərsu" ASC-nin mətbuat xidməti Anar müəllim də məsələdən xəbərdardır, amma təəssüf ki, məsələ öz həllini tapmır. "Azərsu"nun nümayəndələri gəldi, bizə dedilər ki, həll olunacaq. Gözləyirdik ki, heç olmasa Ramazan bayramı günü suyumuzu verərlər. Ay oğlum, axı yayın istisində susuz necə qalmaq olar. Burada yaşayan sakinlərin hamısının su çəni var. Əvvəllər burada su günaşırı verilirdi. Hamı çənini doldururdu. İndi o günaşırı suyu da görmürük. Son bir ayda su cəmi bir dəfə verilib. Belə yaşayışmı olar?! Orucluqdur bala, günah deyilmi. Qonşularla birləşib su maşını ilə su alıb çənlərimizi doldururuq. Amma oğlum bu nə qədər davam edə bilər? Hər dəfə su almağa pulmu var? Xahiş edurik, bizim su problemimizi həll etsinlər".

Məsələni gündəmdə saxlayacağıq :

Sakinlər maşınla su alarkən Fotolar:
"Orucluqdur bala günah deyilmi?! " -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu -Fotolar"Orucluqdur bala günah deyilmi?! " -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu -Fotolar"Orucluqdur bala günah deyilmi?! " -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu -Fotolar"Orucluqdur bala günah deyilmi?! " -Azərsu bayramda Xırdalan sakinlərini susuz qoydu -Fotolar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2128   Tarix: 25 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İcra başçısının qəbuluna gələn fermer niyə cəzalandırıldı? - RƏSMİ AÇIQLAMA + FOTO

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan (yerli sakin - red.) biri saxlanılıb. Qəbulda iştirak etmiş 1961-ci il təvəllüdlü fermer İmişli rayon Su kanal İdarəsinin direktoru Dəyanət Kazımovun onu hədələdiyini iddia edib. Ferme

3 may
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

3 may
.

Rütbəsindən asılı olmayaraq bütün polis və hərbçilərin maaşı 2 dəfə ARTIRILSIN - TƏKLİF

Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin maaşları təkcə rütbəyə görə deyil, həm də staj, təzminat, sinif, vəzifə və sosial-ailə vəziyyəti kimi müxtəlif amillərdən asılı olaraq dəyişir. Hərbi xidmət müəyyən bir yaşdan sonra həqiqətən çətin vəzifədir. Verilən vəzifələr və döyüş tapşırıqlarını

3 may
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

3 may
.

Yasamalda azyaşlı azdı, polis hərəkətə keçdi

Bu gün səhər saatlarında azyaşlının valideynlərdən xəbərsiz evlərindən çıxması, azaraq başqa ünvana getməsi ilə bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb. Qeyd olunub ki, uşaq yataq paltarında məhəllə sakinlərinin diqqətini çəkib və onun valideynləri axtarılır. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyin

3 may
.

Mayın ilk bazar günü hava necə olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qər

4 may
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

4 may
.

COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib

COP29 zamanı tibbi xidmətin təminatçısı qismində cəlb olunacaq dövlət və özəl tibb müəssisələrinin ilkin siyahısı müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29

4 may
.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may