Ermənistan Rusiya ilə müharibəyə hazırlaşır

Ermənistan Rusiya ilə müharibəyə hazırlaşırSarkisyan Qarabağda özünə yeni havadarlar axtarır

Rusiya elm və təhsil naziri Olqa Vasilyevanın MDB-də məkanında vahid krill əlifbasına keçidin vacibliyi ilə bağlı dediyi sözlər Ermənistanda ciddi çaxnaşma yaradıb.

Müxtəlif erməni ekspertlər bunu "Rusiyadan dil hücumu" kimi dəyərləndirməyə başlayıblar.

İrəvanda dərc olunan "Aravot" qəzetinin yazdığına görə, ermənilər ciddi şəkildə əsəbiləşiblər və iddia etməyə başlayıblar ki, bəs, ermənilərin əlifbası 5-ci əsrə aiddir, amma ruslar qat-qat sonra yunan əlifbasının üzərində özlərinə əlifba düzəldiblər.

Qəzetin yazdığına görə, sadə ermənilər sosial şəbəkələrdə Vasilyevanı küçə söyüşləri ilə təhqir edərək onları özlərininki saydıqları "qədim əlifba"dan məhrum etməyə çalışmaqda günahlandırıblar. Bunun da səbəbi var, çünki sadə erməniləri həmişə aldadıblar ki, bu əlifbanı erməni keşiş Mesrop Maştos yaradıb və dünyanın 20 orcinal əlifbasından biridir. Halbuki mütəxəssilər bilir ki, ermənilər bu əlifbanı Efiopiyanın əlifbası gezadan götürüblər, əlifbanın özü isə bizim eradan əvvəl Cənubi Ərəbistanda yaradılıb, daha sonra yəhudi-falaşlar tərəfindən Efopiyaya aparılıb, sonra Efipoiya xristianları da bunu istifadə etməyə başlayıblar və ölkənin rəsmi əlifbasıdır. Amma sovet illərində sadə ermənilərin başını "Böyük Ermənistan" paranoyası doldurmaq üçün onları həm də digər xəlqlardan fərqli olaraq orcinal əlifbalarının olduğuna inandırmışdılar. Bəzi erməni "alimlər" hətta dünyanın ən qədim əlifbası olan mixi əlifbasının erməni əlifbasından yarandığını iddia etməyə başlamışdılar. Bütün bu yalanlarda Moskvanın gizli-xeyir duası var idi və buna görə də, Vasilyevanın bu iradının ermənilərə yox, latın əlifbasına təzə keçid etmiş Qazaxıstana olduğu göz qabağındadır.

Bunu erməni siyasətçilərin çoxu bilir, amma buna baxmayaraq, Olqa Vasilyevanın dediklərini bəhanə edərək Rusiyanı söyməkdən çəkinmirlər. Məsələn, deputat Naira Zohrabyan Vasilyevanın dedikləri "tam cəfəngiyyat" adlandırıb. Ermənistan parlamentinin elm, təhsil və mədəniyyət komissiyasının sədri Vardan Bostancyan isə rusiyalı naziri psixi xəstə adlandırıb. Bostancyan Vasilyevanı Rusiyanın imperialist iddialarının daşıyıcısı olduğunu iddia edib və s.

Bu cür çağırışlarda sonra ermənilər Gümrüdən Rusiya hərbi bazasının çıxarılması da tələb ediblər. Onların dediyinə görə, Rusiya Ermənistanın bütün strateji obyektlərini mənimsəyib, Ermənistanın Avropaya inteqrasiyası prosesini dayandırıb, "korrupsiyanı çiçəkləndirib" və s.

İlk baxışdan belə görünə bilər ki, Zohrabyan və Bostancyan kimi siyasətçilər doğrudan da Rusiyanı Ermənistanın düşməni sayırlar. Əslində isə bütün məsələ Ermənistanın NATO ilə də oyunlara getməsi ilə bağlıdır. Məsələ bundadır ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə təmsilçisi Ceyms Appaturay bu günlərdə İrəvanda olub. O, Ermənistan prezidenti Serj Sarkisyan və parlament spikeri Ara Babloyan ilə görüşüb. Serj Sarkisyan hətta NATO baş katibi Yens Stoltenberqi İrəvana dəvət edib ki, "gələcək addımları müəyyən etsinlər".

Təbii ki, bu, Ermənistanın üzvü olduğu və Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ruhuna ziddir. Hər halda, Moskva son zamanlar Avrasiya İttifaqı və KTMT müstəvisində ermənilərə çox rol verib - Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan Avrasiya İqtisadi komissiyasının kollegiya sədridir, Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Yuri Xaçaturov isə KTMT baş katibidir.
Həm də Rusiya Ermənistan ordusuna, dolayısı ilə bu ordunun Azərbaycan torpaqlarının 20 faizini işğal altında tutmasına böyük dəstək verir. Son bir ildə Moskva Ermənistana ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində Ermənistana dünya bazarı qiymətləri ilə 3 milyard dollarlıq silah göndərib. Bu silahların bir qismi pulsuz verilib ki, Rusiyanın ən güclü silahlarından olan "İsgəndər" raketləri bu qəbildəndir.

Erməni mətbuatını izlədikdə ermənilərin bu oyunun başında Qarabağ məsələsi, daha doğrusu, Qarabağ münaqişəsinin qərbin dəstəyi ilə Kosovo variantında həllinə nail olmaq istəyi durur. Bu ilin fevral ayında Brüsseldə Karneqi fondunda çıxış edən Serj Sarkisyan Dağlıq Qarabağ separatçıları ilə Kosovo albanların vəziyyətini eyniləşdirməyə çalışmışdı. Qərb Kosovo məsələsində Rusiyanı və Serbiyanı məğlub etmişdi və Seriyanın tərkibində muxtar vilayət olan Kosovonu zor gücünə ayıraraq müstəqilliyini tanımışdı. İndi ermənilər Rusiyaya Qarabağ məsələsində bağladıqları ümidlərin puç olduğunu görəndə NATO və AB ilə oynamağa çalışırlar.

Yəni tipik erməni "çoxvektorluluğu", daha doğrusu hiyləgərliyidir. Təbii ki, Rusiya Ermənistanı bu qədər hədəcədən çıxmaağ qoymaz. Həm də ermənilərin istəyinə baxmayaraq, NATO Dağlıq Qarabağ münaqişəsinə qarışmaq niyyətində deyil. Bu barədə "Foreign Policy Research Institute"unun analitiki polkovnik Robert Hamiltonun məqaləsində xüsusi vurğulanır:

"Ermənistan və Azərbaycan əvvəlki kimi Qarabağa görə münaqişə edir. Bu da regional əməkdaşlığı qeyri-müəyən edir. Buna görə də Rusiya regionun hər üç respublikasına təsir rıçaqlarına malikdir".

Müəllifin fikrincə, NATO məhz buna görə, əsas diqqətini Gürcüstana yönəldib, Ermənistan və Azərbaycanla sadəcə əlaqə saxlayır. Yəni Ermənistanın Qarabağdan ikinci Kosovo düzəldtməyə şansı çox azdır. NATO ilə əməkdaşlığı dərinləşdirmək də ona baha başa gələr və Rusiyanın dəstəyini itirə bilər. İnşAllah ki, belə olar. Azərbaycan məşhz həmin günü gözləmələdir.

Mənbə: istipress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4363   Tarix: 26 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 16:48. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalen

26 aprel