Oksanadan ŞOK ETİRAF - "Mənə iyrənc təkliflər edirlər" +VİDEO

Oksanadan ŞOK ETİRAF - "Mənə iyrənc təkliflər edirlər" +VİDEO"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı rəqqasə Oksana olub.

Sonxeber.az bildirir ki, Axşam.az-ın məlumatına görə, maraqlı açıqlamalar verən rəqqasə, ilk olaraq yeniliklərini təqdim edəcəyini dilə gətirib:

"Aylardır Azərbaycanda yox idim, Hindistandaydım. Orada bir neçə layihəyə imza atdım. Qısametrajlı bədii film çəkilişi oldu. Ekran işində baş rollardan birini mən oynadım. Hazır olandan sonra təqdim edəcəm. Ona görə də yenə Hindistana getməli olacam. Qısametrajlı da olsa, mənim obrazım önəmli obrazdır. Biz filmdə ingilis və hind dillərində danışmışıq".

Yerli şou-biznesdəki paxıllıqdan boğularaq Hindistana gedən aktrisa orda da eyni mənzərə ilə qarşılaşıb:

"Məni qəbul eləmək istəyən çox adam var. Ancaq istəməyənlər də çoxdur. Onların paxıllığını çoxdan hiss etməyə başlamışam. Ola bilər ki, patriotizm var. Ancaq paxıllıqla bağlı söz-söhbətlər daha çoxdur. Mən orda ola bilər ki, çox şey əldə edə bilməmişəm. Halbuki mənim şanslarım böyükdür. Çünki mən orda bir çox öndəgedən sima ilə dostluq edirəm. Ola bilər ki, hələ də istədiyimə nail ola bilməmişəm".

Hindistanda qohumluiq amillərinin film sənayesində böyük rol oynadığını deyən Oksana onun üçün həmin mühitə girməyin çətin olduğunu etiraf etdi:

"Hindistanda filankəsin oğludur, qızıdır, filankəsin qohumudur söhbətləri var. Orda qohumluq münasibətlərinə daha çox üstünlük verilir. Ona görə də qıraqdan gələnlər elə kənarda da qalırlar. Onlara yer çatmır. Orda hər kəs kiminsə qohumudur".

Rəsulova ona edilən namünasib təkliflərdən və həmin təklifləri qəbul etməməsindən də danışıb:

"Çirkin təklifləri mən insanların qarşısında açıqlamaq istəmirəm. Təbii ki, belə təkliflər çox olub. O qədər iyrənc təkliflərdir ki, mən onları rədd edirəm. Bir pərdə qoymuşam. Bir addımlıq olsun, balaca olsun, ancaq halal olsun. Özümə haqqımı halal edim. Mən bu işləri iyrənc şəkildə edə bilmərəm. Təmiz sevgi təklifləri də olub. Hətta Hindistanda evlilik təklifləri də ediblər. Nəinki Hidistanda, ayrı ölkələrdə də, elə Azərbaycanın özündə də çox sayda evlilik təklifləri olub. Sadəcə mənim ona marağım yoxdur. Mən evlənmək istəmirəm. Nə vaxtsa istəsəm, evlənmək fikrim olsa, mən o təklifləri dəyərləndirməyə başlayaram. Amma hələki istəmirəm".

O, "Mələyin öpüşü" filmindən də bəhs edib:

"Proses bir ayın içərisində təmiz bitəcək. Avqustdan treylerin təqdimatına başlayacağıq. Nəhayət, sentyabrın ortalarından etibarən çoxdandır gözlənilən "Mələyin öpüşü" filmini görəcəksiz. Filmdə öpüşmə səhnələri var. Bu səhnələr ona görə deyil ki, biz reytinq toplamaq üçün həmin səhnələri daxil etmişik. Yox. Elə olsaydı tamam başqa mövzuda bir şey çəkərdik. Filmdə öpüşmənin böyük rolu var. Filmin adı da elə "Mələyin öpüşü"dür".

Keçmiş həyat yoldaşı Elşad Xose haqda da danışan rəqqasə onu yerə-göyə sığdıra bilmədi:

"Mələyin öpüşü" filmində aktyorluq baxımından hamını təəccübləndirən Elşad Xose oldu. Mən bu filmdən əvvəl beş filmə çəkilmişdim. Filmdə çəkilənlərin hamısı aktyor idi. Sadəcə Elşad Xosedən başqa. Elşad rejissorun istədiyini bir dubla verirdi. Biz hamımız məəttəl qalırdıq. Bilmirəm mənə görə idimi? Bilirəm ki, o, səhnədə rep deyə-deyə yerindən çox az tərpənir. Səhnənin bir ucundan o biri ucuna getməyə utanır, kompleksi varmı, bilmirəm, ancaq eləmir. Özünə sığışdırmır. Burda Elşad tamam fərqli idi. Mən buna əminəm ki bu ekran əsərindən sonra Elşadı aktyor kimi filmlərə dəvət etməyə başlayacaqlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 7542   Tarix: 27 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elçinlə Aydan BARIŞDI - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. OLAY-ın əldə etdiyi məlumata görə, Elçin instaqramda xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digər diqqətçəkən detal Elçinin qaynı Cəmil Rüstəmxanlı ilə birgə foto paylaşmas

4 may
.

Yalın Bakıda olarkən qohumu öldürüldü - FOTO

Bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən türk müğənni Yalına ağır itki üz verib. OLAY yazır ki, sənətçi ölkəmizdə olarkən onun yaxın qohumu öldürülüb. Selin Yalın adlı plastik cərrah evində sevgilisi tərəfindən qətlə yetirilib. Hadisə 24 aprel saat 23:00 radələrində baş verib. Həmi

29 aprel
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

3 may
.

Məşhur müğənninin qohumu sevgilisi tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Türkiyədə Ömər Öktem tərəfindən güllələnərək öldürülən Selin Yalının məşhur müğənni Yalının qohumu olduğu üzə çıxıb. xəbər verir ki, bu barədə "Ntv Haber" məlumat yayıb. Nəzarətə alınan Ömər Öktem qətli etiraf edib. Qeyd edək ki, Selin Yalının cənazəsi Maltəpə Mərkəzi Məscidində qılınan cüm

27 aprel
.

"Qızlarıma cehiz vermək üçün bağımı satdım" -Əməkdar artist

Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:. "Bağım var idi. Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, ind

23 aprel
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI - VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparıcı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-1

4 may
.

Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi

Xalq artisti Flora Kərimova özəl klinikalardan birini və Heydərova Sevinc adlı həkimi yenidən məhkəməyə verib. "Unikal"ın məlumatına görə, məhkəmə prosesi may ayının 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, Flora xanımla Sevinc Heydərova arasınd

28 aprel
.

Zeynəb Xanlarovanın yeni fotoları

Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüləri yayılıb. "Ölkə.az" xəbər verir ki, fotoları stilist Rəşad Əliyev sosial media hesabında paylaşıb. O, sənətçi ilə olan fotolarına "SSR-i Xalq artisti, dünya şöhrətli əfsanə, dəyişilməyən sənətkar! Azərbaycanı dünyada təmsil edən sənət kraliçası

29 aprel
.

Aybəniz Haşımova: "Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi" - VİDEO

Əməkdar artist Aybəniz Haşımova maraqlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi dünyanın məşhur turizm və kurort zonası olan Maldivə bir daha getmək istəmədiyini bildirib. Buna səbəb adadakı böyük kərtənkələlərin ifaçını qorxutması olub. Haşımova bu barədə qonaq olduğu verilişlərdən birind

4 may