Bu xəbərə qanınız donacaq ! 20 yaşlı azərbaycanlı "qadın"ın ürəkdağlayan həyatı

Bu xəbərə qanınız donacaq ! 20 yaşlı azərbaycanlı "qadın"ın ürəkdağlayan həyatıAzərbaycanda ərdə olmuş, yaxud olan qadın cinsinin nümayəndələrinə "qadın" deyə müraciət edirlər. Hətta onların yaşı daha dürüst məntiqlə "qız" adlandırıla biləcək 17-20 arası olsa belə. Bu gün sizə əməkdaşımızın təqdim etdiyi reportaj məhz bu cür azərbaycanlı qız, yaxud "qəbul olunmuş" tərzdə desək, "qadın" haqqındadır…

Çətinliklə "mənə kömək edin" deyir. Ağlayıb sakitləşəndən sonra başına gələnləri danışmasını gözləyirik. Məlum olur ki, əri tərəfindən döyüləndən sonra ağır stress keçirib, danışmaqda çətinlik çəkir, kəkələyir.

1997-ci il təvəllüdlü Gülşən Məmmədova (araşdırma getdiyindən adı dəyişdirilib) 10 gün əvvəl azyaşlı oğlu ilə birgə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yerləşdirilib. Hazırda psixoloji müalicə alır.

virtualaz.org bildirir ki, Gülşən sığınacaq əməkdaşının köməyi ilə başına gələnləridanışıb.

– Həyat yoldaşımla tanış olanda 17 yaşım vardı. Valideynlərim yaşımın az olduğu üçün onunla ailə qurmağıma razı olmurdu. Mən də qoşulub qaçdım. Amma onun ailəsi də razı deyilmiş. Anası deyirdi ki, oğlumu yaxşı tanıyıram, o, ailə saxlayan deyil. Qohumlarının məsləhəti ilə toy etdilər, lakin cəmi iki ay birlikdə yaşadıq.

– İki aydan sonra ayrıldınız?

-Yox, yəni demək istəyirəm ki, birlikdə cəmi iki ay sakit yaşadıq. Sonra ailəmin bizimlə barışmadığını, dolanmaq üçün pul vermədiyini bəhanə edib məni döydü. Çay soyuqdur, yemək tez bişmədi, qaşqabaqlı danışdın, tez cavab vermədin, yəni döymək üçün həmişə bir bəhanəsi olurdu. Tezdən yuxudan duran kimi araq içirdi, valideynləri irad bildirən kimi evdən küsüb gedirdi. Hamiləliyimin 4-cü ayında başqa biri ilə tanış olduğunu, məndən boşanıb onunla evlənəcəyini dedi. Təzə tanış olduğu qız varlı imiş. Ailəm də məni qəbul etmirdi, buna görə onun bütün əziyyətlərinə dözürdüm. Hamiləlikdə o qədər döyülmüşdüm ki, uşaq xəstə doğuldu.

– Uşağın xəstəliyi nədir?

– Uşaq raxitdir, başı əsir, otura bilmir. Həkim deyir ki, hamiləlikdə düzgün qidalanmamısan. Amma deyə bilmirəm ki, nə doğru-düzgün yemək yeyirdim, nə də havaya çıxmırdım. Hələ üstəlik qarnımı təpikləyirdi, saçımdan tutub yerlə sürüyürdü. Bəzən ərim içib gələndə gizlənməyə yer axtarırdım ki, məni görüb əsəbləşməsin. Uşaq anadan olanda həkimə aparmaq istəmirdi, məcbur qalıb apardılar. Anası deyirdi ki, oğlunun xasiyyətini bildiyi üçün heç kimlə evlənməsinə razı olmayıb.

– Bəs ailənə vəziyyətini niyə demirdin? Bəlkə sənə yardım edərdilər.

– Ailəm məni günahkar bilir, qəbul etmirdi. Onsuz da yarıac-yarıtox böyümüşdüm. Fikirləşirdim ki, ailə qursam öz evim olacaq, normal həyat sürəcəyəm. Bilmirdim ki, kasıblıqdan qaçıb bədbəxt olacağam.

– Sığınacağa necə gəldin?

– Məni döydü, həm ağrıdan, həm də qorxudan dilim batdı. Sonra danışmaqda çətinlik çəkdim, məni həkimə də aparmadılar. Bu dəfə də danışmağımı bəhanə etdilər. Sonuncu dəfə döyəndən sonra küçəyə atdı, boşanmaq üçün məcburən ərizəyə qol çəkdirdi. Küçədə qaldım, parkda oturub ağlayırdım. Bir nəfər yaxınlaşdı, uşağa və mənə yazığı gəldi, onun köməyi ilə sığınacağa gəldim. İndi burada psixoloji yardım alıram, amma hələ də yaxşı danışa bilmirəm.

– Yaxınların, həyat yoldaşın sığınacaqda olduğunu bilirmi?

– Yox, hamıdan gizlənirəm. Çünki yaxşı danışmadığımı əsas gətirərək uşağı əlimdən almaq istəyirlər. Halbuki, danışmağım və uşağın xəstə doğulması onun üzündəndir. Uşağın müalicəyə ehtiyacı var, o, müalicə olunandan sonra mən də müalicə ala bilərəm. Buna görə də, övladıma yardım edilməsini xahiş edirəm…
A24.AZ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 5394   Tarix: 27 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28 aprel
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28 aprel
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

4 may
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28 aprel
.

9 maşının əzildiyi qəza anı - Video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziya

30 aprel
.

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

Rusiyanın Omsk şəhərində altı yaşlı qız pəncərədən yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Memarlar Bulvarında yerləşən hündürmərtəbəli binada baş verib. Uşaq 13-cü mərtəbənin pəncərəsindən yıxılıb. Zərərçəkmiş çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini stabi

4 may
.

Naxçıvandakı partlayışda həlak olanların FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olublar. "Qafqazinfo" həlak olan mülki şəxslərin fotolarını təqdim edir:

28 aprel
.

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib

28 aprel
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28 aprel