Bakının ən məşhur və qalmaqallı bazarını alan milyarderi SİZ DƏ TANIYIN
Bu günlərdə Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elana görə, Bakının Nəsimi rayonunda fəaliyyət göstərən "Təzə bazar" MMC-nin ləğv edilməsi prosesinə başlanılıb. Həmin MMC Bakıda eyni adlı məşhur bazarın mülkiyyətçisi idi.
Bəs "Təzə bazar" MMC-nin ləğvinin səbəbi nədir? Bakının bu məşhur bazarı fəaliyyətini dayandırır?
"Təzə bazar" bu yaxınlarda mülkiyyətçisini dəyişib, bazar Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı milyarder Qod Nisanova satılıb. Sövdələşmənin təfərrüatları isə məlum deyil. Xatırladaq ki, Qod Nisanov Rusiyanın daşınmaz əmlak kralıdır.
"Təzə bazar"ın adı mətbuatda dəfələrlə qalmaqallarla bağlı çəkilib. Belə ki, bazarın keçmiş sahibi, iş adamı Məmmədağa İbrahimovla şəriki - "Bakı Mərkəzi Bazar" MMC-nin sahibi, Sabirabad rayonun keçmiş icra başçısı Vaqif Şıxəliyev arasında uzun müddətdir ki, mülk davası gedirdi. Hətta bu yaxınlarda Məmmədağa İbrahimov mətbuata açıqlamasında özünün və ailəsinin şəriki tərəfindən təhdid edildiyini bildirmişdi.
İş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, özünün və ailəsinin şəriki tərəfindən ölümlə hədələndiyi haqda məlumat vermişdi. Bundan əvvəl isə dəfələrlə Şıxəliyevin adamları ilə İbrahimovun adamları arasında münaqişələr, kütləvi qarşıdurmalar baş verib. Habelə bazarda bu ilin aprelində müəmmalı yanğın hadisəsi olub.
Nəhayət bu mübahisəli bazar mülkiyyətçisini dəyişib və aldığımız məlumata görə yeni mülkiyyətçi artıq bazarın məsul işçilərini dəyişib, yenilərini təyin edib. Lakin yeni sahibkarın bazarla bağlı gələcək planları məlum deyil. Bəzi şaiyələrə görə bazar söküləcək və yerində yeni, daha müasir bazar tikiləcək.
Virtualaz.org bazarın keçmiş sahibi Məmmədağa İbrahimovla əlaqə saxlamağa çalışıb. Məlum oldu ki, bazar satılandan sonra iş adamı telefon nomrələrini dəyişib və "əhatə dairəsində" deyil. Buna görə də, onunla ünsiyyət yaratmaq mümkün olmadı.
Xatırladaq ki, "Təzə bazar" 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra Səhmdar Cəmiyyət ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb. "Təzə bazar" Bakı şəhərinin ən qədim bazarlarından biri hesab edilir.
Qeyri-rəsmi məlumata görə bazardan hər ay icarə haqqı şəklində 300 min manata yaxın vəsait yığılırdı.
Mənbə:Virtualaz.org
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2440 Tarix: 05 iyul 2017
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qətliam kimi qəza! Maşınla vurduğu üç nəfər həyatını itirdi - VİDEO
Uşakın Eşme rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində 80 yaşlı Mehmet Karaman, 83 yaşlı Ramazan Dulay və 75 yaşlı Ayşe Dulay həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Eşme-Uşak magistralının Ahmetler kəndi yaxınlığında qeydə alınıb. Eşme istiqamətində
12 dekabrGöygöldə avtomobil aşıb: Ölən var
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub
14 dekabrİki qardaşın öldüyü silahlı dava üzrə ilk məhkəmə keçirilib - VİDEO
Kocaelinin İzmit rayonunda bir kafedə baş verən silahlı insident nəticəsində Hasan və Ahmet Akın qardaşlarının həyatını itirdiyi hadisə ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. türk mediasına istinadən xəbər verir ki, Kocaeli 3-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə həbsdə ola
12 dekabrTiktoker Nahid Nəsirov saxlanıldı
Tiktoker Nahid Nəsirov saxlanılıb. "Teleqraf" xəbər verir ki, onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub. Fakt üzrə araşdırma aparılır
13 dekabrKürdəmirdə canavarlar kəndə hücumu etdi (FOTO)
Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, 10 baş xırdabuynuzlu heyvan tələf olub. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb. Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 ba
15 dekabrQonşusuna hirslənib, acısını qaynanasından çıxartdı
Ümraniyədə bir yaşayış binasında baş verən hadisə qonşulara qorxu dolu anlar yaşatdı. türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, maddə istifadə etdiyi iddia olunan bir şəxs, yaşayış binasında qonşusu ilə yaşadığı mübahisənin davaya çevrilməsi nəticəsində birlikdə yaşadığı şəxslərə hücum edib
15 dekabrBəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var
14 dekabr