SOS! Bu ərazilərdə çimsəniz ölə bilərsiniz

Çimərlik mövsümü başlayandan xeyli sayda suda boğulma hadisəsi qeydə alınıb. İndiyədək baş verən hadisələr də, sərinləşmək üçün dənizin dərinliklərinə baş vuranların bəzilərinin həyatının faciəvi sonluqla bitdiyini təsdiqləyir. Dənizdə batanları xilas etmək üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən tədbirlər görülsə də, çimərlik mövsümü insan itkisiz ötüşmür. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə müdiri Elsəvər Həsənov Movqe.az-a açıqlamasında çimərliklərdə boğulma hallarına əsasən dənizə üz tutanların üzə bilməməsinin səbəb olduğunu söyləyir.

Həmsöhbətimiz deyir ki, qurumun tabeliyində mühafizə olunan 41 çimərlik var. E. Həsənov onların arasında dövlət çimərlikləri ilə yanaşı, özəl çimərliklərin də olduğunu söyləyir. Şöbə müdiri bildirir ki, Zuğulba, Mərdəkan, Bigəh, Pirşağı kimi çimərliklərdə hər gün kimlərsə xilas еdilir: "Xüsusilə küləkli havada boğulmaqdan xilas edilənlərin sayı daha çox olur. Sözügedən çiməkliklərdə boğulma təhlükəsi ilə üzləşənlərin sayının çox olmasının səbəbi isə bu çimərliklərə insan axının çox olması ilə bağlıdır. Bu mövsüm Xidmətin nəzarətində olan, xilasetmə avadanlıqları ilə təhciz olunmuş çimərliklərdə 39 nəfər xilas olub. Onlardan 31-i dənizdə, 7-i su anbarında, 1-i isə çayda batarkən xilas edilib. Xilasedilənlər arasında 4 nəfəri qeyri-çimərlik ərazilərdə çimənlərdir".
E. Həsənov deyir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində Minqaya və Mayak sahillərində bu kimi hallara çox rast gəlinir: "Qeyri-çimərlik ərazilərində sualtı axın, küləkli hava şəraitidə suyun axınında dəyişikliklərin olması boğulma təhlükəsi yaradır. Həmin ərazilər qeyri-çimərlik ərazisi olduğundan, o yerlərdə boğulma təhlükəsi ilə üzləşənlərin də xilas edilməsi çətin olur. Bəzən vətəndaşlar yeri düzgün istiqamət vermədiklərindən gecikmə halları olur. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə bizim xidmətin ən yaxın məntəqəsindən xilasetmə üçün əməkdaşlarımız göndərilir. Amma qeyd edim ki, boğulan insanın hansı səmtdə batması, hansı çimərliyə yaxın olduğu barədə məlumatlarda yanlışlıq olur. Bu səhv məlumatlar da xilasetməni ləngidir". Həmsöhbətimiz qeyri-çimərlik ərazilərində qayalıqların da xilasetməyə mane olduğunu söyləyir.
Özəl çimərliklərə pulumuzu verməmiş yaxın düşə bilməsək də, sən demə özəl çimərliklərin də heç də hamısı xilasedicilərlə təmin edilməyib. E. Həsənov deyir ki, bütün özəl çimərliklər heç də xilasedicilərlə təmin olunmayıb: "Gələcəkdə pullu istirahət mərkəzində də xilasedicilərin olması məsələsi gündəmdədir. Hansı özəl çimərliklər ki, bizim fəaliyyət göstərdiyimiz ərazilərə düşürsə, orada bizim xilasetmə məntəqələrimiz varsa, biz orada xilasetmə tədbirlərini həyata keçiririk. Ərazimizə düşən özəl çimərliklər cavabdehlik zonasına aid olduğundan biz orada xilasetmə aparırıq. Qeyd edim ki, özəl çimərliklər də maraqlıdırlar ki, bizim xilasetmə məntəqələrinə yaxın ərazilərdə fəaliyyət göstərsinlər. Onlar bu halda arxayın fəaliyyət göstərirlər, belə deyək ki, rahat pul qazanırlar. Yaxın gələcəkdə isə qanunvericilikdə aparılan dəyişikliklər onları məcbur edəcək ki, özlərinə xilasedici götürsünlər, müşahidə qülləsi qoysunlar, xəbərdaredici, marifləndirici nişanlar qoysunlar. Əks halda buna görə cərimələr, hətta özəl çimərliklərin fəaliyyətinin məhdudlaşdırılması belə nəzərdə tutulub".
Xidmətin şöbə müdiri çimərliklərdə dincələn insanları narahat edən digər məsələyə, skuterlərdən istifadəyə də aydınlıq gətirib. Onun sözlərinə görə, skuterlərdən dənizdə istifadə zamanı onların xüsusi çıxış zolaqları olmaldır: "Skuterlər həmin zolaqla dənizə çıxıb, o zolaqla da geri qayıtmalıdırlar. Həmçinin skuterlərdən istifadədən öncə Xidmətdə texniki baxışdan keçirilməlidir. Xidmətdə yoxlamadan keçənlərə texniki talon verilir. Bort nömrələri olmayan, texniki baxışdan keçməyən, sürücülük vəsiqəsi olmayanların skuter istifadəsi qanunsuz olduğundan, belə hallar aşkarlananda onlar cərimələnir".
E. Həsənov deyir ki, bu gün çimərliklərdə skuterlərdən istifadə ilə bağlı ən böyük qayda pozuntusundan biri də xilasedici jiletlərdən istifadə edilməməsidir. Skuterlə təhlükəli manevr edənlər skuter çevrildikdə özləri də dənizə düşürlər. Əyinlərində xilasedici jilet olmadığından həyatlarını itirmək təhlükəsi ilə üzləşirlər. Həmsöhbətimiz skuterlərin idarə edilməsi ilə bağlı daha bir narahatedici faktın isə, skuterin işə salma açarının xilasedici jiletə bərkidilməməsi ilə bağlı olduğunu deyir. E. Həsənov bildirir ki, qaydaya görə, skuterin işə salma açarı xilasedici jiletə bərkidilməlidir: "Bu imkan verir ki, skuteri idarə edən suya yıxılsa belə, su nəqliyyat vasitəsinin hərəkəti dayansın. Əks halda skuter idarəetmədən çıxaraq yanacağı qurtaranadək suda dövrə vurur. Bu zaman onun çimərlikdə kimisə zədələməsi qaçılmazdır".
Onun sözlərinə görə, "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında əsasnamənin təsdiq edilməsi barədə" Nазирляр Kабинетинин qərarı var: "Orada qeyd olunub ki, avarlı və motorlu qayıq, kater, yelkənli kiçik gəmilərin istirahət edənlərin istifadəsinə verilməsi qaranlıq düşəndən bir saat qabaq dayandırılmalı, suda üzən qayıq və gəmilər sahilə qaytarılmalıdır. Qayıqların yeddi yaşı tamam olmamış uşaqlara, valideynlərin müşayiət etmədiyi 16 yaşına çatmamış yeniyetmələrə, sərxoş halda olan şəxslərə, dalğalanmanın 3 baldan, küləyin gücünün 5 baldan artıq olduğu hallarda kirayəyə verilməsi qadağandır. Çox təəssüf ki, bunlara əksər hallarda əməl olunmur. Gecə saatlarında da skuterlər icarəyə verilir. Sürət həddi adrenalin yaşamaq üçün dəfələrlə artırılır. Bu isə, qəzaların baş verməsini, insan tələfatı ilə nəticələnməsini qaçılmaz edir".
E. Həsənov xilasetmə tədbirlərinin müasir tələblərə cavab verməsi üçün Xidmətin yeni avadanlıqlar, su altı kameralar aldığını, bu avadanlıqlar vasitəsilə dalğıcın daxil ola bilmədiyi yerlərdə canlının olub-olmamasını müəyyən etməyin mümkün olduğunu söyləyir. Onun sözlərinə görə, Xidmət tərəfindən hər il yeni xilasetmə avadanlıqları, ləvazimatları alınır.
SOS! Bu ərazilərdə çimsəniz ölə bilərsinizSOS! Bu ərazilərdə çimsəniz ölə bilərsiniz


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 734   Tarix: 11 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021