Qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - FOTO

Ənənəvi olaraq, qadın cəmiyyətdə nəvazişlə, məhəbbətlə, xeyirxahlıqla və digər məziyyətlərlə assosiasiya olunur. Amma tarixdə xeyli hal var ki, qadınlar özlərini əsl bədxahlar kimi göstəriblər, öz ərlərini ya qətlə yetiriblər, ya da onlara qarşı xüsusi amansızlıqla yadda qalıblar.
Sonxeber.az Publika.az-a istinadən bu mənfur qadınların bir neçəsini aşağıdakı xülasədə təqdim edir:
1. Öz ərini öldürərək ondan yemək bişirən avstraliyalı

Ketrin Nayt ilk avstraliya xanımdır ki, vaxtından əvvəl azad edilmə hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Əvvəlki nikahlarda da o, ərlərinin üstünə hücum çəkmişdi, amma 2000-ci ildə qeyri-adi, tükürpədən hadisə baş verdi. O, ərinə 37 bıçaq zərbəsi vurandan sonra, dərisini soyur, cəsədi qarmağa taxaraq qonaq otağından asır. Daha sonra isə o, ərinin ətindən yemək hazırlamağa başlayır. Xoşbəxtlikdən polis, dəhşətli nahar hazır olmamış hadisədən xəbər tutur...
2. Ərini qətlə yetirən, sonra isə bu əməldə doğma qızını ittiham edən qadın

2005-ci ildə 41 yaşlı Steysi Kastor öz ikinci əri Devid Kastoru antifriz tökərək qətl edir, sonra isə hadisəni intihar kimi səhnələşdirir. Müstəntiqlər Devidin qanında etilenqlikol aşkar ediblər və xoşagəlməz tapıntıdan şübhələniblər. Steysinin 2000-ci ildə "ürək tutmasından" vəfat edən birinci ərinin də məzarını açmağa qərar verən müstəntiqlər dəhşətə gəlib: Kimyəvi təhlil zamanı qadının birinci əri Maykl Uollesin də qanında etilenqlikol aşkarlanıb...
Steysi Kastor bu işi qızı Eşlinin üzərinə atmaq istəyib. Həmin zaman reanimasiyada olan Eşlinin onsuz da öləcəyini düşünərək, atasını öldürdüyü yazılan saxta məktub hazırlayır. Amma hər şey çox bəsit idi. Eşli sağ qalır və anasına qarşı məhkəmədə ifadə verir.
3. Məşuqunun köməyi ilə öz ərini öldürmək istəyən imperator xanımı
Valeriya Messalina imperator Klavdiyin üçüncü arvadı idi. Romanın məşhur kurtizankası eramızın 38-ci ilində Klavdiyə ərə gedir və 2 övladı dünyaya gəlir. Tarixi qeydlərə görə, uşaqlar Kaliquladan idi, çünki, Messalina Kaliqulanın çoxsaylı orgiyalarının tez-tez iştirakçısı idi. Kaliqula öldürüləndən sonra Messalina kurtizanka paltarını geyinərək öz bədənilə alver etməyə başlayır. Eramızın 48-ci ilində Messalina öz sevgililərindən biri Siliusla razılaşaraq Klavdiyi öldürmək qərarına gəlir. Ona söz verir ki, onun qanuni həyat yoldaşı olacaq. Nəticədə mənfur sui-qəsdçilər edam olunur.
4. Ərinin cinsiyyət orqanını kəsən qadın
36 yaşlı Yekaterina Xaritonova həyat yoldaşı 40 yaşlı Mixail və onun 33 yaşlı rəfiqəsi Liza Dmitriyevaya çoxsaylı bədən xəsarətləri yetirdiyinə görə, 2 il müddətinə azadlıqdan məhrum edilib. Faciəyə səbəb Yekaterina evə qayıdanda ərini rəfiqəsi ilə tutması olub. O, ərini ölümcül hala salandan sonra, qəzəbi soyumur və onun cinsiyyət orqanını qoparır. Sevgililəri xəstəxanaya, qısqanc Yekaterinanı isə dəmir barmaqlıqlar içinə göndərirlər.
5. Öz böyrəyini xanımına bağışladı, əvəzində xəyanətlə qarşılaşdı

2001-ci ildə doktor Riçard Batista iki uğursuz əməliyyat cəhdindən sonra öz böyrəyini transplantasiya üçün arvadı Daniellaya təklif edir. Uğurlu əməliyyatdan sonra arvadı ərinə çox qəribə üsulla minnətdarlıq edir. O, öz fizioterapevti ilə gecələyir. Sonra boşanma ərizəsi verərək, uşaqları ilə görüşməkdən də ərini məhrum edir. Əcaib zərbə alan Riçard mənfur arvadına qarşı 1.5 milyon məbləğində əks-iddia qaldırıb.
6. Sevgi oyunları zamanı təsadüfən ərini asan qadın

46 yaşlı Toni və 31 yaşlı Kristal Border 10 il nikahları müddətində yataqda bandaj və bir sıra digər intim eksperimentləri həyata keçirirlər. Cütlük böyüklər üçün video çəkirdi, ona görə də, anbarda baş verən təsadüfi hadisə heç kəsdə şübhə doğurmadı. Əvvəlcə Toni kəndiri öz boynuna dolayır, sonra Kristal Border onu qaldırmağa başlayır. Toni demək olar ki, dərhal huşunu itirib. Bundan sonra Kristal polis çağırıb və bildirib ki, məhəbbət oyunu zamanı təsadüfən ərini asıb.
7. 76 yaşlı qadın 4 ərinin qətlində şübhəli bilinir
76 yaşlı Betti Nyuman hazırda Şimali Karolinada türmədədir. O, qatil kirayələyərək dördüncü əri Herold Centrini qətlə yetirməkdə ittiham olunur. Onun ilk uşağı və əvvəlki ərlərinin ölüm araşdırmalarından sonra məlum olub ki, onların hər biri sığortalanıb, bundan sonra öldürülüb. Bütün həlak olanların qohumları Nyumanı "hakimiyyət həvəskarı, pulgir, acgöz qadın" kimi təsvir ediblər.
8. Sevimli timsahını ərindən üstün tutan qadın
Avstraliyalı Viki Louinq öz ev timsahından imtina etməsini tələb etdiyi üçün ərindən boşanır. 52 yaşlı Louinq 13 il saxladığı, 1.5 metrlik timsahın evdə sərbəst hərəkət etməsinə imkan verir, oğlu Endrünün yatağında yatmağa şərait yaradırdı. Viktoriya timsahı 1996-ci ildə evinin kandarında atılmış vəziyyətdə tapmışdı. Viktoriya boşanmanı bir kəlmə ilə izah edib: "Ərim öz qeydinə qala bilər, amma mənim timsahım özü özünə yemək bişirə bilməz".
9. Ər üz örtüyünü qırağa çəkdi, ərəb qadın ərini boşadı

Kişi Səudiyyə Ərəbistanında öz arvadı ilə 30 il yaşayıb, bir dəfə də olsun onun üzünü görməmişdi. 50 yaşlı qadın öz doğma kəndinin ənənələrinə sadiq qalacağını bildirmişdi və pərəncəylə öz sifətini həmişə gizlədirdi. Bir dəfə gecə ərinə maraq güc gəlir və o, sevimlisinin üzünə nəzər salmaq üçün üz örtüyünü qaldırmaq qərarına gəlir. Bu səhv idi, çünki oyanmış arvad, qəzəb içində dərhal boşanma tələb edir.
Qadından ərinə qarşı QANDONDURAN ƏMƏL - Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - FOTOQadından ərinə qarşı QANDONDURAN ƏMƏL - Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - FOTOQadından ərinə qarşı QANDONDURAN ƏMƏL - Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - FOTOQadından ərinə qarşı QANDONDURAN ƏMƏL - Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - FOTOQadından ərinə qarşı QANDONDURAN ƏMƏL - Öldürdü, dərisini soydu, ətindən yemək bişirdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2964   Tarix: 20 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27 aprel
.

Yol pulunu verməmək üçün sürücünü döyüb öldürdülər

Rusiyanın Volqoqrad vilayətində sərnişinlər taksi sürücüsünə pul verməkdən imtina edərək onu döyərək öldürüblər. yerli mediaya istinadla xəbər verir ki, İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, hadisə şənbə günü gecə baş verib. Sərnişinlər Zina Mareseva küçəsində 1

27 aprel
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18 aprel
.

Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək - RƏSMİ

Fevral ayının 13-də bir ailənin beş nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlin

8 aprel
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel