Müəllimlərə pis xəbər ! Nazirlikdən xəbərdarlıq: Bu müəllimlərin ...

Müəllimlərə pis xəbər ! Nazirlikdən xəbərdarlıq: Bu müəllimlərin ...Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb.

Sonxeber.az - ın Apa-ya istinadən məlumatına görə, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, iyulun 1-dən 14-dək davam edən proses zamanı 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.

Onun sözlərinə görə, 2000 nəfər müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək test imtahan mərhələsində iştirak etmədən, birbaşa müsabiqənin müsahibə mərhələsinə buraxılacaq: "Təhsil Nazirliyinin tətbiq etdiyi yeni qaydaya əsasən ötən il imtahan verib, müəyyən keçid balını toplayanlar bu il test imtahanı vermədən birbaşa müsahibə mərhələsində iştirak edə biləcəklər. Qalanlar isə test imtahan mərhələsinə qatılacaqlar".

Sektor müdiri bildirib ki, müəllimlərin işə qəbul ilə bağlı müsabiqədə iştirak etmək istəyənlərin sayı ilbəil artır: "Əgər 2013-cü ildən 2017-ci ilə qədər olan dövrü müqayisə etsək görərik ki, dinamikada artım müşahidə olunur. 2013 və 2014-cü illərdə 18 min nəfər, 2015-ci ildə 24 min nəfər, 2016-cı ildə 34 min nəfər, nəhayət 2017-ci ildə isə 50 min nəfərə yaxın şəxs müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçiblər. Artıq müəllim olmaq istəyən şəxslər başa düşürlər ki, müəllim adını qazanmağın bir yolu var: şəffaf qaydada keçirilən imtahan prosesində iştirak etmək. Bu prosesi uğurla keçdikdən sonra onlar müvafiq vakansiyalara uyğun olaraq müəllim adını qazanacaqlar. Bu, artıq şəffaflığın etalonudur. Bundan əlavə, yeni qaydalara əsasən, müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də könüllü şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər".

C. Valehov qeyd edib ki, bu ilin iyun ayında həm Bakı şəhərində, həm də regionlarda çalışan və öz iş yerlərini dəyişmək istəyən müəllimlər üçün imkanlar yaradılıb: "Nəticədə 1600-dən artıq müəllim çox şəffaf şəkildə həm Bakıda, həm də regionlarda öz iş yerini dəyişə biliblər. Eyni zamanda, yeni qaydalara görə bu və ya digər səbəbdən öz iş yerini dəyişə bilməyən müəllimlər yerlərini dəyişmək istəyirlərsə, onlar müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanda iştirak edərək müvafiq vakansiyaya uyğun balı qazanaraq yerlərini dəyişə bilərlər. Bu da builki yeniliklər sırasındadır".

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər.

Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 28250   Tarix: 21 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Manana dahi sənətkar Aftandil İsrafilovun repertuarına müraciət etdi - VİDEO - FOTOLAR

Əməkdar artist Manana Caparidze yaradıcılığında növbəti bir uğura imza atıb. xəbər verir ki, sevilən sənətçi mərhum qarmon ustası, dahi sənətkar Xalq artisti Aftandil İsrafilovun əfsanəvi "Basqalı rəqsi" əsərinə öz ifası ilə yeni bir nəfəs gətirib. Əsərin musiqi müəllifi mərhum sənətkar Aftandi

2 aprel
.

Növbəti yarımfinalçı kim olacaq?

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda növbəti yarımfinalçının adı məlum olacaq. xəbər verir ki, Kərim Kərimov və Cəlil Əliyevdən sonra 3-cü yarımfinalçının adı bu həftənin şənbə günü keçiriləcək görüşdə məlum olacaq. Belə ki, ¼ mərhələnin 3-cü görüşündə Nəsimi Allahverdiyev və Fariz Zeynalo

3 aprel
.

Hava ilə bağlı növbəti - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilə

3 aprel
.

Bu idman qidaları satışdan yığışdırıldı - Fotolar

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb. Axşam.az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliy

2 aprel
.

"Nişan pozulması uğursuzluq deyil, uyğunsuzluğu vaxtında fərqinə varmaqdır" - PSİXOLOQ

"Müasir dünyamızda təəssüf ki, bu mövzu hələ də sosial-psixoloji problemli məsələ kimi davam edir. Azərbaycanda nişanlılıq iki insan arasındakı münasibət deyil, sanki "ictimai müqavilə" kimi qəbul olunur. Nişan pozulduqda, oğlan tərəf heç narahat olmadığı təqdirdə belə, sanki "uğursuz

1 aprel
.

Bu yol ödənişli olur

Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olur. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:. - başlanğıc nöqtəsi: M-6 Hacıqabul-Bəhramtəpə-Minciva

3 aprel
.

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb

1 aprel
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

2 aprel
.

Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv olundu

Dövlət Turizm Agentliyi Azərbaycanda 4 hotelin ulduz kateqoriyasını ləğv edib. "Report"un əldə etdiyi məlumata görə, ləğv qərarı 3 ulduzlu hotellərə şamil olunub. Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb. Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda

2 aprel