Bakıda BİABIRÇILIQ - Avtobusda sərnişinlərin başına elə oyun açdılar ki... - ŞOK VİDEO

Bakıda BİABIRÇILIQ - Avtobusda sərnişinlərin başına elə oyun açdılar ki... - ŞOK VİDEOTəsəvvür edin, marşruta minmisiniz, sərnişinlər üçün nəzərdə tutulan oturacaqlara içi dolu çuvallar uzadılıb. Siz də məcbur olub yolu ayaqüstə getməli olursunuz. Tamaşaçılarımızdan birinin "vatsapp" nömrəmizə göndərdiyi videoda olduğu kimi bu mənzərə var. İndi bu görüntülərlə tanış edəcəyik sizi.

Bir tərəfdə meyvə-tərəvəz çuvalları, digər tərəfdə isə sərnişinlər. Çuvallar oturacaqların üzərinə yığıldığından bəzi sərnişinlər yolu ayaqüstə getməyə məcburdurlar. Halbuki avtobus sərnişindaşıma üçün nəzərdə tutulub...

Kadrlar metronun "Neftçilər" stansiyasının çıxışından Hövsana sərnişin daşıyan 103 saylı avtobusda çəkilib. Görüntülərdən aydın olur ki, yalnız sərnişin daşımalı olan avtobusda meyvə-tərəvəz də aparılır.

Sürücülər deyirlər ki, sərnişinlər bu yükləri avtobusa məcburi yükləyirlər.

Xəttin dispetçeri Ehtiram Əhədov deyir ki, məsələ barədə məlumatlıdırlar. Eyni halın təkrarlanmaması üçün sürücülərə xəbərdarlıq edilib

Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən məsələ Nazirlər Kabinetinin "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə tənzimlənir. Qaydalara əsasən, sərnişinin avtobusa özü ilə uzunluğu 60 sm, çəkisi isə 20 kq-dan çox olmayan bir ədəd əl yükünü mindirmək hüququ var. Üstəlik, oturacaqlar sərnişinlər üçün nəzərdə tutulub. Yəni ora əl yükünü qoymaq olmaz. Ölçüləri və çəkisi göstərilən rəqəmlərdən artıq olan yükləri avtobusa mindirən sərnişinlər haqda sürücünün polisə məlumat vermək hüququ var.

Sonxeber.az "xəzərxəbərə" istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3666   Tarix: 26 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021