Türkiyə və Azərbaycanın Ermənistanla bağlı dünyanı qorxuya salan PLANI

Türkiyə və Azərbaycanın Ermənistanla bağlı dünyanı qorxuya salan PLANITürkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaq üçün aparılan danışıqlar sonuncu mərhələyə çatıb.

Türkiyənin keçmiş müdafiə naziri Fikri İşıq ötən həftə danışıqların "son nöqtə"də olduğunu açıqlayıb.

Dünən prezidenti Rəcəb Tayyip Ərdoğan da S-400 raket kompleksinin alınması üçün imzaların atıldığı haqda danışıb.

Lakin Türkiyənin Rusiyadan belə silah alması NATO-da ciddi narazılıq yaradıb. ABŞ-da açıq şəkildə narahatlığını dilə gətirib.

ABŞ-ın narahatlığı bir NATO ölkəsinin Rusiyadan raket sistemləri almasıdır.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar hesab edir ki, məsələ yalnız silah məsələsi deyil.

"Məsələnin hərbi tərəfindən çox siyasi tərəfi var. Bu, əslində Türkiyənin Qərb dünyası ilə münasibətlərdə çatların dərinləşməsi, Rusiya, Çin, Hindistanla münasibətlərin inkişaf etməsi deməkdir. Ümumilikdə isə dünyanın güc mərkəzinin Avropa və ABŞ-dan Asiyaya doğru dəyişdiyi görünür", - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə tədricən Qərbdən asılılığını azaldır və müstəqil siyasəti gücləndirir:
"Əslində Qərb ölkələrindən Yunanıstan, Bolqarıstan və Macarıstan da Rusiyadan silah alır. Lakin onlara etiraz etmirlər, Türkiyəyə isə etiraz edirlər. Səbəb də məhz Türkiyənin müstəqil siyasətini gücləndirməsi və üzünü Asiyaya doğru çevirməsidir".

Hələlik, Moskva və Ankara arasında danışıqlar gedir və S-400-lərin Türkiyəyə satılacağı ehtimalı böyükdür. Rusiya üçün də bu təkcə hərbi ənməkdaşlıqdan ibarət deyil. Qərb qarşısında duruş gətirməyə çalışan ruslara görə, Türkiyə "qurtuluş mənbəyi" ola bilər.

Burada diqqət çəkən digər məqam Ermənistanla bağlıdır. Belə informasiyalar var ki, Türkiyə alacağı S-400 raket komplekslərini Yunanıstan, o cümlədən, Ermənistanla sərhəddə yerləşdirəcək. Əslində raketlərin Ermənistana tuşlanması dolayısı ilə Rusiyaya da təhdiddir. Çünki Rusiya Ermənistanda hərbi gücünü artırmasının əsas səbəbi heç də ovucunun içində olan ermənilər üzərində təsirə malik olmaq yox, NATO sərhədində (Türkiyə) möhkəmlənməkdir. Görünür, Ankara ilə Moskvanın anlaşmasında Rusiyanın Türkiyənin raketləri harada yerləşdirməsinə qarışmayacağı da var. Halbuki, Türkiyənin NATO ölkələrindən raket sistemləri almasında "raketlərin yerləşdirilməsi şərti" həmişə problem olub.

Bütün hallarda raket sistemlərindən birinin Ermənistana tuşlanması Azərbaycan torpaqlarını işğal edən İrəvan üzərində ciddi təzyiq yarada bilər. Ermənistanın ən böyük qorxusu isə Türkiyənin Rusiyada alacağı S-400 divizionlardan birini Azərbaycana verə biləcəyi ehtimalıdır. Məlumatlara görə, Rusiya Türkiyəyə ilkin olaraq iki S-400 divizionu satacaq, sonrakı illərdə bunun sayı arta bilər.

S-400 Azərbaycana verilə bilərmi? Bu, hələlik kiçik ehtimal kimi görünə bilər. Lakin mümkündür ki, Türkiyə bölgənin təhlükəsizliyində rolunu artırmaq üçün S-400-lərdən birini Naxçıvana yerləşdirsin. Buna heç kim etiraz edə bilməyəcək. Dolayısı ilə Rusiya da bu məsələdə maraqlı ola bilər. Çünki Azərbaycanın Rusiya istehsalı olan S-400-ə malik olması, Moskvanın bölgədə hərbi balans siyasətinə uyğun gəlir. Yəni Ermənistana "İskəndər"lər yerləşdirən Rusiya Türkiyənin Azərbaycana S-400 verməsinə göz yumaraq, həm də balansı qorumuş ola bilər.

Bu haqda hələlik konkret nəsə demək mümkün olmasa da, yaxın gələcəkdə məsələnin aydınlaşacağı gözlənilir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2700   Tarix: 26 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçovu və Dövlət Dumasının MDB işləri, Avrasiya iqtisadiyyatı və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

29 aprel