Əməkdar idman xadimi: "İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz"

Əməkdar idman xadimi: "İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz"Son günlər güləşçilərlə federasiya arasında yaşanan maaş qalmaqalı daha da böyüyüb.

Ölkənin gündəm mövzusuna çevrilən bu məsələ haqda Azərbaycanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, MOK-un üzvü Cavanşir Qurbanov geniş açıqlama verib.

O, son günlər yaşananlardan narahat olduqlarını deyib:

"Son günlər güləş ailəsində baş verən xoşagəlməz olaylar, məni güləşə doğma bir insan olaraq hədsiz dərəcədə narahat etdi. Güləş elə bir idman növüdür ki, çətinliklərə həmişə sinə gərib. İllərlə bu idman növünün quruculuğunda olmuş bir vətəndaş kimi, onu deyə bilərəm ki, müstəqilliyimizin ilk çağlarında maliyyə çətinliklərinə, təlim-məşq toplantılarının olmamasına, maaşların çox az miqdarda verilməsinə, maddi texniki bazanın zəif olmasına, lazımi idman inventarının azlığına baxmayaraq, güləş idman növü - həmişə yüksək və stabil nəticələri ilə fərqlənir və ən əsası Azərbaycanımızın milli idman növü olduğunu dünyaya sübut edib".

Federasiya rəsmisi deyib ki, Azərbaycanda idmana dövlət qayğısı var:

"Bugün biz güclü dövlətik. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri, cənab İlham Əliyevin idmana xüsusi diqqət və qayğısı var və bu dəstək nümunəsi heç bir digər dövlətlərdə yoxdur. Bu da idmanı, vətəni, bayrağı sevən vətənpərvər idmançı üçün yetərlidir.

Cavanşir Qurbanov idmançıların etirazına da münasibət bildirib və buna görə məşqçi korpusunu qınayıb:

"Çox təəssüf ki, güləş ailəsində baş verən anlaşılmazlıqlar məşqçi korpusunun ideoloji işinin tam peşəkarcasına aparılmamasının nəticəsidir ki, güləşçilər sosial şəbəkələrdə ictimai qınağa çevrilmişdir. Mən bir idman xadimi kimi, illərlə güləşdə zəhməti olan bir Azərbaycan vətəndaşı olaraq, bir ata kimi idmançılarımıza onu tövsiyyə edirəm ki, hər kəs onun üzərinə düşən öz işi ilə məşğul olmalı və qarşıdan gələn Güləş üzrə Dünya Çempionatına məsuliyyətlə hazırlaşaraq ölkəmizə yüksək nəticələrlə qayıtmalıdırlar. Məşqçilərimizə onu tövsiyə edirəm ki, idmançıları diqqətlə dinləyib, növbəti dövr üçün konseptual sənəd hazırlasınlar. Biz bugün Mübariz İbrahimov kimi qəhrəmanlarla öyünürük. Sizi də gənclərimiz bu qəhrəmanlar sırasında qəbul edərək, sizdən nümunə götürürlər. Sizin əməlləriniz gənclərimizə örnək olmalıdır.

Cavanşir Qurbanov mətbuat nümayəndələrinə də müraciət edib:

"Mediadakı dostlarımıza onu tövsiyə edirəm ki, biz həmişə birləşməyi bacaran, çətinliklərdən düzgün çıxış yolu tapa bilən insanlarıq. Vaxtilə Rəsul Çunayevin erməni idmançısına məğlubiyyətini tənqid və təhqirlər deyil, əksinə dəstək olub onu ruhlandıran və yenidən erməni və digər rəqiblərə qalib gəlməsi üçün zəmin yaradan bizim sizlərlə birliyimiz oldu və olacaq.

O idmançıların şəraitindən də danışıb və deyib ki, idmançılara hər cür qayğı göstərilir:

"Onu da xatirladım ki, bugün hər bir yığma üzvü, məşqçilərimiz və hakimlərimiz idmanla yanaşı bu və ya digər sahələrdə işlə təmin olunmaqla yanaşı sosial məişət problemləri öz həllini tapır. Böyük əksəriyyəti isə Dövlət qulluğunda mühüm vəzifələrdə çalışırlar. İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz! Əminliklə deyə bilərəm ki, Gənclər və İdman Nazirliyimiz, Milli Olimpiya Komitəsi, Fedrasiyalar, İdman Cəmiyyətlərinin və klubların birgə fəaliyyəti hələ uzun illər müstəqil Azərbaycanımıza yeni-yeni idmançı adlarını bəxş edəcək, yüksək nəticələrlə ölkə Prezidentinin bu qayğısı müqabilində cavab olaraq xalqımızı qalibiyyət himni ilə sevindirəcək. Sonda isə Sizə bir atalar sözünü xatırladım: "Gözü toxa, ağzındakı yetər, ac gözə dünya yetməz!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1296   Tarix: 31 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tokioda Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilir

Tokioda Paralimpiya Oynlarının bağlanış mərasimi keçirilir. Avqustun 24-dən sentyabrın 5-dək təşkil olunan yarışlarda 22 idman növündə 539 medal dəsti oynanılıb. Xatırladaq ki, pandemiya səbəbindən ötən il keçirilməli olan, lakin bir il təxirə salınan turnir Azərbaycan idmançıları üçün uğurlu olub. Təmsilçilərimi

5 sentyabr 2021
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. Bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçüncü olub. İlk pilləni 1.0

7 sentyabr 2021
.

"Qarabağ" qrupun favoriti ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda qolsuz heç-heçə qeydə alındı - 0:0. 21:50. "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunund

16 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma

6 sentyabr 2021
.

F1 İtaiya Qran-prisi: Ferstappen və Hemilton yenə toqquşdu, Rikyardo qalib oldu

"Maklaren"in pilotu Daniel Rikyardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub. " "ya istinadən xəbər verir ki, çempionatın 14-cü mərhələsi lider Ferstappenin ikinci yerdə qərarlaşmış Hemiltonla toqquşaraq yarışı dayandırmaları ilə yadda qalıb. Finişə ikinci çatan qalibin komand

12 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutdu

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparı

11 sentyabr 2021
.

"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç

12 sentyabr 2021
.

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. xəbər verir ki, bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasim

5 sentyabr 2021