Təcili! Ermənilər Azərbaycanın bu silahından qorxub qaçırlar

Ermənistan ordusunu sarmış vahimə erməni mətbuatında

Erməni şəhrçilər Dağlıq Qarabağı işğal etmiş hərbi birləşmələrdə xidmət edən Ermənistan əsgərləri arasında başlamış vahimənin sirrini açıblar.
Erməni ekspertləri vahiməyə salan əsas səbəb Rusiyanın Azərbaycana verdiyi "Solntsepek" yaylım atəşi sistemlərinin vasitəsi ilə Azərbaycan ordusunun həddindən artıq güclənməsidir.

Məsələ o qədər ciddiləşib ki, Ermənistanda populyar olan "Lragir" portalının baş redaktoru Haykazn Qaqriyan xüsusi məqalə yazıb və Qarabağda gözlənən vəziyyətlə bağlı erməni ekspertlərin rəylərinin bir növ reytinq sırasını düzüb. İlk sırada yer alan fikrə görə, Azərbaycan informasiya müharibəsi hesabına Qarabağda ciddi hücumlara başlamaq üçün hüquqi baza yaradır.

Onun fikrincə, adi mərmilərdən iki dəfə uzaq məsafəyə gedən bu raketlərin Suriya müharibəsində nümayiş etdirdiyi nəticələri Rusiya tərəfi böyük ehtimalla Azərbaycana təqdim edib.

"Görünür, bu silahlar balansı yenidən dəyişiblər, çünki onların gətirilməsindən sonra xəbər gəldi ki, erməni tərəfi silah üçün yeni kreditlər bağlı Rusiya ilə danışıqlara başlayıb",- deyə həmiş Ermənistan ordusunun gücündən yalan-gerçək nağıllar uyduran portalın redaktoru etiraf etməli olub.

Avqustun əvvəlindən 10-a yaxın erməni hərbçi Qarabağda qoşunların təmas xəttinidə hərbi mövqeləri qoyub qaçıblar. Məsələn, Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu avqustun 4-də hərbi hissəni özbaşına tərk edib. Avqustun 6-da isə eyni vaxtda Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu - Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan hərbi hissəni özbaşına tərk ediblər. Həmçinin Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyan döyüş mövqeyini özbaşına tərk edərək gedib. Həmçinin, Hadrut rayonu ərazisində işğalçı ordunun artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb.

Ciddi nəzarət altında olan işğal bölgəsində baş verən bu fərarilik halları Ermənistan rəhbərliyini qorxudur. Ərazidə Ermənistan ordusunun 15-20 min nəfərlik əsas hissəsi dislokasiya edir. Əgər həmin hissələrdə fərarilik kütləvi hal alarsa, bu, Ermənistan üçün ciddi problemə çevriləcək. Çünki onların yerini dolduracaq qüvvə yoxdur. Hər il Ermənistanda çağırış yaşına 10 minə qədər oğlan çatır və onların 7-8 mini Qarabağa yola salınır. Ermənistanda isə az sayda sərhəd qoşunları qalır ki, onlar da Azərbaycan sərhəddinə yerləşdirilir. Qarbağda başlanan fərarilik həm də Ermənistan ordusunun real gücünün rəsmi sənədlərdə bəyan ediləndən 3-4 dəfə aşağı olduğunu ortaya çıxarır.

Təsadüfi deyil ki, "Global Firepower" indeksinə görə, Ermənistan ordusu gücünə görə dünya üzrə 93-cü, Azərbaycan ordusunun isə 58-cidir. Halbuki, rəsmi göstəricilərə görə, Ermənistan ordusu bütün parametrlərə görə Azərbaycan ordusu ilə ayaqlaşır. Yəni ermənilərin balans barədə dedikləriəslində boş əfsanədir. 2016-cı ildə baş vermiş aprel döyüşləri bunu sübut elədi.

Mənbə: istipress
Təcili! Ermənilər Azərbaycanın bu silahından qorxub qaçırlarTəcili! Ermənilər Azərbaycanın bu silahından qorxub qaçırlarTəcili! Ermənilər Azərbaycanın bu silahından qorxub qaçırlar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2387   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

İranın mədəniyyət naziri Azərbaycana gələcək

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl

29 aprel
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel
.

Azərbaycan Prezidenti: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

"Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib

26 aprel
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel