Son dəqiqə! Şamaxıda dəhşətli qəza: 1 ölü, 7 yaralı var

Son dəqiqə! Şamaxıda dəhşətli qəza: 1 ölü, 7 yaralı varŞamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakininə məxsus "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan 8 nəfər ağır bədən xəsarətləri ilə aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onlardan 3-ün vəziyyəti daha ağır olduğu üçün onlar reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, yaralıların hamısı restoranlardan birində ofisiant işləyirlər və onlar toy mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib.

Şamaxı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 8 nəfərin adı məlum olub. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Ötən gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində Şamaxı sakininə məxsus "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.

Hadisə zamanı avtomobildə olan 8 nəfər-2003-cü il təvəllüdlü Fərhadov Əli Qubad oğlu, 2002-ci il təvəllüdlü İsgəndərov Tərlan Elman oğlu, 1994-cü il təvəllüdlü Babakişiyev Zövqani Əmralı oğlu, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu, 2002-ci il təvəllüdlü Hacıyev Rüfət Rövşən oğlu, 1995-ci il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu, 1997-ci il təvəllüdlü Sadiqov İqrar Məmmədəli oğlu, 1991-ci il təvəllüdlü Kərimov Xətai Elton oğlu ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dörd nəfərin vəziyyəti daha ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdirilib. Şamaxı sakini, 1988-ci il təvəllüdlü Cəbiyev Səxavət Cəmaləddin oğlu həkimlərin tibbi yardım göstərməsinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, xəsarət alanların hamısı Şamaxı şəhərində restoranların birində ofisiant işləyirlər. Hadisə onların toy mərasimindən çıxaraq evə gedərkən baş verib. Sürücünün toyda spirtli içki qəbul etdiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3512   Tarix: 12 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qətliam kimi qəza! Maşınla vurduğu üç nəfər həyatını itirdi - VİDEO

Uşakın Eşme rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində 80 yaşlı Mehmet Karaman, 83 yaşlı Ramazan Dulay və 75 yaşlı Ayşe Dulay həyatını itirib. türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Eşme-Uşak magistralının Ahmetler kəndi yaxınlığında qeydə alınıb. Eşme istiqamətində

12 dekabr
.

Göygöldə avtomobil aşıb: Ölən var

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan KIA markalı minik maşını yolu keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub

14 dekabr
.

Həbsxanının önündə həyat yoldaşının azadlığa çıxmasını gözləyən qadının rəqsi gündəm olub - VİDEO

Marmara Həbsxanası bu dəfə tanınmış məhbusları ilə deyil, həbsdən çıxmasını gözlədiyi həyat yoldaşı üçün rəqs edən bir qadının videosu ilə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, Silivridə yerləşən həbsxananın qarşısında çəkilən görüntülərdə gənc qadın Ragga Oktayın "Yeniden"

15 dekabr
.

İki qardaşın öldüyü silahlı dava üzrə ilk məhkəmə keçirilib - VİDEO

Kocaelinin İzmit rayonunda bir kafedə baş verən silahlı insident nəticəsində Hasan və Ahmet Akın qardaşlarının həyatını itirdiyi hadisə ilə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. türk mediasına istinadən xəbər verir ki, Kocaeli 3-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə həbsdə ola

12 dekabr
.

Tiktoker Nahid Nəsirov saxlanıldı

Tiktoker Nahid Nəsirov saxlanılıb. "Teleqraf" xəbər verir ki, onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub. Fakt üzrə araşdırma aparılır

13 dekabr
.

Kürdəmirdə canavarlar kəndə hücumu etdi (FOTO)

Kürdəmirdə canavarlar təsərrüfata hücum edib, 10 baş xırdabuynuzlu heyvan tələf olub. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərşəli kəndində qeydə alınıb. Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib. Nəticədə fermerə məxsus 10 ba

15 dekabr
.

Qonşusuna hirslənib, acısını qaynanasından çıxartdı

Ümraniyədə bir yaşayış binasında baş verən hadisə qonşulara qorxu dolu anlar yaşatdı. türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, maddə istifadə etdiyi iddia olunan bir şəxs, yaşayış binasında qonşusu ilə yaşadığı mübahisənin davaya çevrilməsi nəticəsində birlikdə yaşadığı şəxslərə hücum edib

15 dekabr
.

Parkda bədbəxt hadisə: Gənc oğlan üstündə daşıdığı çörək bıçağının üzərinə yıxılaraq xəsarət alıb - VİDEO

Türkiyənin Çorum şəhərində parkda dostu ilə zarafat etdiyi zaman əlindəki çörək bıçağının üzərinə yıxılan gənc xəsarət alıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Gülabibey məhəlləsi, Bağcılar prospektində yerləşən uşaq parkında baş verib. Əldə olunan məlumata görə, 18 yaşlı F.A. parkda dost

15 dekabr
.

Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq

Azərbaycanda dekabrın 15-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var

14 dekabr