"Halal nemət"dən içindən nəcis çıxan sosiska AÇIQLAMASI

"Halal nemət"dən içindən nəcis çıxan sosiska AÇIQLAMASIÖtən gün "Halal nemət min bərəkət" sosislərinin içərisindən siçan nəcisinin çıxması ilə bağlı xəbər yayımlanıb.

Bu barədə məlumatı isə Rəhim İsmayılov adlı şəxs "Baku.ws" saytına göndərib. Hamilə olan yoldaşına mağazadan "Manqalüstü" sosislərini alarkən içərisindən siçan nəcisinin çıxdığını iddia edən şəxs məhsulun fotosunu da çəkib.

Sonxeber.az xəbər verir ki, A24.az yazılan iddialara aydınlıq gətirmək üçün "Halal nemət min bərəkət" şirkəti ilə əlaqə qurdu. Şirkətin Keyfiyyətə Nəzarət Departamentinin müdiri Yusifzadə Şəhla Natiq qızı açıqlamasında siçan nəcisinin məhsula düşmə ehtimalı sıfıra bərabər olduğunu bildirdi:

"Siçan nəcisinin məhsula düşmə ehtimalı sıfıra bərabərdir. Çünki bizim müəssisədə 2011-ci ildən İSO 22000 – "Təhlükəsizlik Sistemlərinin İdarə Olunması" tətbiq olunub. Burda "Best Control" deyilən prosedurumuz var, yəni ziyanvericilərlə mübarizə prosedurudur. Hazırda biz 4 dövlət qurumu ilə müqavilə bağlamışıq. Bundan başqa müəssisəmizdə Abşeron rayon baytarlıq mərkəzinin nümayəndəsi əyləşib. Yəni bizim özümümüzün baytar həkimimiz var.

Hər həftənin iki günü, xüsusən də 5-ci günləri bizim müəssisədə sanitar günüdür. Həmin günü müəssisəmiz işləmir, bütün həyətyanı ərazilər, avadanlıqlar, zavodun daxili dezinfeksiya olunur. Burda hər bir ziyanvericinin özünə uyğun dərmanlar var. Bundan başqa ayda bir neçə dəfə dövlət qurumlarından müəssisəmizə gəlib nəzarət edirlər. Ona görə də bizim müəssisədə hansısa ziyanvericinin dolaşması, girməsi belə mümkün deyil.

İkincisi, gəlin belə bir ehtimal yürüdək ki, məhsulun içərisinə siçan nəcisi daxil olub. Onu deyim ki, müəssisəmizdə kolbasa hazırlanan texnoloji qurğunun dişləri elə sürətlidir ki, ora diri bir şeyin girməsi və ya həmin nəcisin orda qalması mümkün olan bir şey deyil. Hətta bundan sonra kolbasa məhsulu bir neçə emal prosesi keçir. Kolbasalar bişirilir, hisə verilir, qızardılır, qaynadılır, buxara verilir və sair.

Üçüncüsü, gülməli məsələdir, yazılan iddiada ad yazılıb, amma ünvan, əlaqə vasitəsi qoyulmayıb. Bəs iddiada adı çəkilən sosiska hansı tarixdə istehsal olunan məhsulumuzdur? Bunlar haqda heç bir məlumat verilməyib. İstənilən adam qara nöqtəni məhsulun üzərinə qoyub şəklini çəkə bilər.

Bundan başqa, bu kimi iddiaları təyin eləmək üçün dövlət qurumu var: Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi. Həmin məhsulu bizə təqdim edərdi, araşdırılması üçün biz də aparıb həmin mərkəzə analiz verərdik və dəqiq bilinərdi. Yalnız həmin dövlət qurumunun hüquqi cəhətdən səlahiyyəti çatır ki, məhsulda aşkar edilən yad cismi müəyyən etsin, onun ora necə gəlib düşdüyünü araşdırsın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2423   Tarix: 15 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hərbçilərin sosial şəbəkələrə girişi QADAĞAN OLUNUR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İngiltərə Müdafiə Nazirliyinin tabeliyində olan saytlardan birinə haker hücumu olub. Hakerlərin hücumu necəsində bir çox əsgərlərin və keçmiş zabitlərin məlumatları ələ keçirilb. Eyni zamanda silahlı qüvvələrin hazırkı və keçmiş üzvlərinin adlarını, bank məlumatlarını əks etdirə

7 may
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

6 may
.

Şəhid qardaşı: "Otuz ildir ki, gözümüz yollarda idi"

"Düz otuz ildir ki, gözümüz yollarda idi. Qardaşım Elşad Qayımov Birinci Qarabağ müharibəsinə 18 yaşında əsgər kimi yollanmışdı. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhramanlıqla döyüşüb. 1994-cü ildə valideynlərimə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanalar

6 may
.

Meyxanaçı ilə aparıcının toyudur

Aparıcı Nübar Əbilin toyudur. Axşam.az xəbər verir ki, o, bu haqda özü məlumat yayıb. Aparıcı toy dəvətnaməsini paylaşaraq mayın 25-də ailə qurcağını bildirib. Nübar meyxanaçı və ssenarist Pərviz Haşımovla ailə qurur. Qeyd edək ki, N.Əbil hazırda AzTV-də aparıcılıq edir. P.Həşimov "Qız atası"

7 may
.

Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb. Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olub. İnsanlar hesab edirlər ki, Bakının bu gözəl nəqliyyat növü əlçatmaz olmamalıdır. yayılan xəbəri şərh etmək üçün Bakı Şəhə

7 may
.

Növbəti delimitasiya prosesi Kərkidən BAŞLAYA BİLƏR - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan xüsusi təyinatlıları Tavuş vilayətinin Kirants (Güney) ərazisindədirlər. Bu barədə məlumat və görüntülər erməni telegram kanallarında yayılıb. Qeyd olunub ki, Azərbaycan xüsusi təyinatlıları Kirants (Güney) tarlalarına çatıb. "Demarkasiya prosesi Tsaxkavana çatıb"

7 may
.

Elşad Həsənov geyim satan şirkətlə Yasamalın yollarını təmir etmək istəyir – 387 minlik tenderin izi ilə

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yolların təmiri ilə "Koneks Construiction" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. xəbər verir ki, şirkət qurumu bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. "Koneks Construction"

7 may
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

7 may
.

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edili

7 may