Eldar Mahmudovun oğlu üzə çıxdı: Görün kiminlə müqavilə bağladı

Fransanın məşhur armanyak (konyakın bir növü, Fransanın Armanyak bölgəsində yetişdirilən xüsusi üzüm sortlarından hazırlanır) içkisi istehsal edən "Château de Bordeneuve" şirkəti Azərbaycanda "Caspian Crystal" LLC şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən bu şirkətin istehsal etdiyi armanyak Azərbaycanda "Caspian Crystal" şirkəti tərəfindən satılacaq.

Bu haqda Fransa şirkətinin yaydığı press-relizdə bildirilir. Orada qeyd olunur ki, "Caspian Crystal" Bakıda mənzillənən, 12 mərtəbəli plazaya, üç ticarət nöqtəsinə, iki şərab anbarına və güclü anbar-paylama şəbəkəsinə malik olan şirkətdir.

Châteaux Bordeneuve & Collections şirkətinin kommersiya direktoru Jerom Kastedine bildirib ki, bu sövdələşmə nəticəsində "Collection Privée" və "Baron de Sigognac" markalı armanyak beynəlxalq arenada daha çox tanınacaq, prestij qazanacaq.

Eldar Mahmudovun oğlu üzə çıxdı: Görün kiminlə müqavilə bağladı

"Bizim məhsulların yüksək keyfiyyətini, qüsursuz, beynəlxalq və peşəkar imicini nəzərə alaraq biz əminik ki, uzunmüddətli və davamlı tərəfdaşlığa başlayırıq. Mən "Caspian Crystal" şirkətinə daha çox uğurlar arzu edirəm və onlara qəti özünəinamlarına görə təşəkkür bildirirəm"-direktor əlavə edib.

Fransız konyaklarının Azərbaycanda satışını təşkil etmək üçün müqavilə bağlayan "Caspian Crystal" şirkəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə biznesinə daxildir. Bu holdinqi keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirdi.

"Caspian Cyristal" şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – "Wine City"nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 3 butik fəaliyyət göstərir. "Wine City" mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub.

Habelə "Caspian Crystal" şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı "Riedel Crystal" şirkətinin Azərbaycanda rəsmi distribütorudur. "Caspian Crystal" şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və "Gastronomy" pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb.

Eldar Mahmudovun oğlu üzə çıxdı: Görün kiminlə müqavilə bağladı

Hazırda "Gastronomy-1″, "Gastronomy-2″ və "Gastronomy-3″ mağazaları fəaliyyət göstərir. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan "Caspian Crystal" - "Beluga", "Salvador Dali", "Lord", "VİP", "Velluto" və "Crystal Shikhovo" kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.

"Caspian Crystal" şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Azərbaycanda "Range Rover", "Jaquar", "Maserati" avtomobillərinin və "Dicati" motosikletlərinin rəsmi distribütoru olan "Crystal Motors" şirkəti də "Caspian Crystal" holdinqə bağlıdır. "Caspian Crystal"ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində "Caspian Crystal" plazada yerləşir.

Xatırladaq ki, Eldar Mahmudovun işdən çıxarılmasından və onun MTN-dəki mütəşəkkil qruplaşmasının zərərsizləşdirilməsindən sonra "Caspian Crystal" şirkətinin də fəaliyyətini dayandırdığı haqda məlumatlar gəlirdi. Lakin daha sonra məlum oldu ki, şirkət işləyir və onun tərkibinə daxil olan müəssisələr fəaliyyətini davam etdirir. Bəs şirkət hələ də Eldar Mahmudovun oğluna məxsusdurmu? Yoxsa Azərbaycan bazarına elit alkoqollar, elit qədəhlər, "Range Rover"lər və s. idxal edən şirkət hazırda başqa əllərə keçib?

Bu suallarla şirkətin ofisinə zəng vurub, Anar Mahmudovun hələ də bu şirkətə rəhbərlik edib-etmədiyi ilə maraqlanıb. Telefon zənginə cavab verən əməkdaş bu suala cavab vermək istəməyib, "bizdə rəhbərlik və şirkətin sahibləri barədə hər hansı informasiyalar məxfidir" deyib. Eyni zamanda şirkətlə maraqlanmağımızdan təəcübləndiyini də gizlətməyib.

(Virtualaz.org)
Eldar Mahmudovun oğlu üzə çıxdı: Görün kiminlə müqavilə bağladıEldar Mahmudovun oğlu üzə çıxdı: Görün kiminlə müqavilə bağladıEldar Mahmudovun oğlu üzə çıxdı: Görün kiminlə müqavilə bağladı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5525   Tarix: 15 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Ovni Muradov, əvvəllər Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək rayo

29 aprel
.

Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başlayıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb. Bu barədə "Report"un Berlinə ezam olunmuş əməkdaşı xəbər verir. *. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliye

26 aprel
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də İraq Respublikası Parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

1 may
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Prezident bir qrup rektoru təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib. xəbər verir ki, təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalə

1 may
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb

27 aprel