Əhaliyə bəd xəbər - Bundan sonra evlər...

Əhaliyə bəd xəbər - Bundan sonra evlər...Azərbaycanda torpaq sürüşməsinin aktivləşməsinə təsir edən amillərdən biri də insanların sürüşməyə həssas sahələrdə ev tikməsidir.

Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası respublika ərazisində olan sürüşməyə həssas sahələr haqqında albom tərtib edib.

R.Həsənov bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə 14 sürüşmə təhlükəsi olan sahə mövcuddur: "Bu məlumatlar müvafiq qurumlara, yerli icra orqanlarına çatdırılıb. Həmin məlumatlardan istifadə edilməlidir".

R.Həsənov deyib ki, bu sahə ilə bağlı maarifləndirmə işləri aparılmalıdır: "Vətəndaşlara ev tikərkən ərazinin təhlükəli olduğunu bildirib qadağa qoymaq bizim səlahiyyətimizdə deyil. Bu məsələdə müvafiq qurumlar məsuliyyət daşıyır. Maarifləndirmə işi zəifdir, əhali də, demək olar, maraqlanmır ki, hansı ərazilərdə ev tikmək olar. Vətəndaşlar ərazilərlə bağlı tam məlumatlı olmadan evlər tikir, sonra da problemlərlə üzləşirlər".

Ekspedisiyanın dəstə rəisi vurğulayıb ki, tikintinin norma və qaydaları var: "Müəyyən maillilik dərəcəsi var, bu maillilik dərəcəsinə qədər olan yerlərdə tikinti aparmaq qadağandır. Ancaq bəzən iki dəfə normadan artıq mailliliyə malik yamacda ev tikirlər. 60-70 dərəcə maillilik olan yamacda, hətta yamacı kəsib ev tikirlər. Sonra isə həmin ərazilərdə sürüşmə olur, evlər uçur. Təbiətə nə qədər müdaxilə edirsənsə, təbiət də onun qarşılığında cavab verir. Əgər yamacı kəsib orada ev tikilirsə, əlbəttə, bunun fəsadları da olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3607   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video

İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilərmi?" materialında şərh verən deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi müzakirələrə səbəb olub. Belə ki o, açıqlamasında bildirib: "İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkən

29 aprel
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29 aprel
.

Tanınmış teleaparıcı Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

29 aprel
.

"Bu gün Paşinyan öncəki liderlərin fəlakətini təmizləməklə məşğuldur" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, son günlər Ermənistanda başlayan aksiyalar, etirazçıların strateji yolları bağlaması və polislə vətəndaşlar arasında yaşanan gərginlik İrəvanda yeni inqilab ehtimalını gündəmə gətirib. Bununla yanaşı, Ermənistan ordusunda həbçilərin istefası halları başlayıb. Orduda dağılmaları

29 aprel
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29 aprel
.

Bakının məşhur restoranında rəqs edən kişi öldü

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb. -ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı" restoranında baş verib. Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Faktla bağlı araşdırm

29 aprel
.

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz (VİDEO)

Avtomobillərin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülər cərimələnə bilərlər. Sürücülərin əksəriyyəti bu işıq siqnallarını qəza halından başqa məqsədlər üçün də istifadə edirlər. Kimisi piyada keçidində yol verən zaman, kimisi sərnişin düşürərkən və sairə. Nəqliyyat məsələləri üzrə eksper

29 aprel
.

Uşaqlar qədər böyüklər də bu qidanı çox sevir: "Marojna" yeyək?

Artıq yay fəslini yaşayırıq. dondurma 7-dən 77-ə hər kəsin sevimli qidasıdır. Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçmir. Bəs keyfiyyətli dondurma necə anlaşılır. Dondurma sezonu başladı. Sağlamlığımız üçün nəyə diqqət etməliyik? . Məsəl

29 aprel
.

"Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq"

"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb". "Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itki

29 aprel