"Bu gün Paşinyan öncəki liderlərin fəlakətini təmizləməklə məşğuldur" - POLİTOLOQ
Xəbər verdiyimiz kimi, son günlər Ermənistanda başlayan aksiyalar, etirazçıların strateji yolları bağlaması və polislə vətəndaşlar arasında yaşanan gərginlik İrəvanda yeni inqilab ehtimalını gündəmə gətirib. Bununla yanaşı, Ermənistan ordusunda həbçilərin istefası halları başlayıb. Orduda dağılmaların başlanması, o cümldən İrəvanda və Tavuşda kütləvi aksiyaların Paşinyan hakimiyyətinin sonunu gətirəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Tavuş bölgəsində davam edən aksiyaların baş verməsi və hazırda davam edən mərhələ gözlənilən idi:
"Aydın məsələdir ki, "Dənizdən dənizə böyük Ermənistan" ideyaları ilə zəhərlənən bir xalqın şüurunu və fikrini, o cümlədən mövcud reallıqları dəyişmək o qədər asan deyil. Bu reaksiyalar Ermənistanda gedən dəyişimin sancılarıdır. Paşinyan hakimiyyəti üçün həqiqətən çətin vəziyyətdir. Bütün bunlar ondan öncəki "lider"lərin siyasətinin nəticəsidir. Bu gün Paşinyan onların buraxdığı fəlakəti təmizləməklə məşğuldur. Daha doğrusu Azərbaycanın bu məsələdə sərgilədiyi mövqe və hazırkı gücü Paşinyanı bu cür davranmağa vadar etdi. Belə olmasaydı Paşinyan özündən əvvəlkilər kimi fərqli siyasət yeritməzdi. Reallıq ondan ibarətdir ki, Paşinyan özü inqilab ilə hakimiyyətə gələn bir şəxsdir. Yəni hansı halda devriləcəyini, əslində biz onun hakimiyyətə gəldiyi zaman görmüşdük. Bu gün aksiyaların inqilaba çevrilməsinə va Paşinyanın devriləcəyinə inanmıram. Çünki xalqın böyük bir hissəsi hələ də Paşinyanı dəstəkləyir. Mövcud vəziyyətdən elə də narahat deyillər. Tavuş bölgəsindəki yerli sakinlər daha çox şəhərətrafı sakinlərdir. Onların intellektual səviyyəsi və dünyaya baxış bucağı 30 il əvvəlki ilə eynilik təşkil edir. Onların sayı azdır və təşkilatlanmaları o qədər güclü deyil. Bu baxımdan onların Paşinyana qarşı bir güc olacaqlarına və təzyiqə çevriləcəklərini düşünmürəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 906 Tarix: 29 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabr