"vor-zakon"lar arasında miras davası - FOTO

Rövşən Lənkəranskinin qətlindən sonra Rusiyanın kriminal aləmində pul və "vəzifə" bölgüsü üstündə mübahisələr artmağa başlayıb. Bu yaxınlarda həbsdən çıxan 48 yaşlı Eduard Asatryan Ded Xasanın mirasına iddialı olduğunu bəyan edib. O, bu istəyini 2012-ci ilə qədər Ded Xasanın "sağ əli" olması ilə əsaslandırıb.

Sonxeber.az azvision.az-a istinadən xəbər verir ki, kriminal ekspertlər hesab edirlər ki, Ded Xasanın mirasının Asatryana çatma ehtimalı azdır. Çünki ortada başqa "oyunçu"lar var və onlar nüfuzuna görə Asatryandan heç də geri qalmırlar. Odur ki, Rusiya kriminal elitasını böyük sarsıntılar gözləyir. Çelyabinskdə narkotiklərin saxlanmasına görə 3 il cəza çəkən "qanuni oğru" həbsdən çıxdıqdan sonra məsələ təkrar gündəmə gəlib. Həbsdən çıxan kimi dərhal miras iddiası onun ciddi problemləri həll etməsini ortaya qoyur. Çünki, həbsdə olanda onun oğlu, ən gənc "qanuni oğru" kimi tanınan Sergey Asatryanın (Sergey Bentli) "qanuni oğru" statusu əlindən alınıb.

Digər tərəfdən Edikin həbsdən azad olması erməni "qanuni oğru"nun yolunda ciddi problem yarada bilər. Gürcü Edik 3 avqust tarixində həbsdən çıxıb. Məlumata görə, o Dağıstana yeni pasport almaq üçün gedib. O, bir müddət əvvələdək ən nüfuzlu "oğru" hesab edilirdi. Bundan sonra onun hansı işlərə məşğul olacağı da məlum deyil.

Bəziləri hesab edir ki, Eduard Asatryan Ded Xasanın yanında olmayıb. O, çox zaman Usoyanın "siyasəti"nə qarşı çıxan nadir şəxslərdən biri olub. Zaman-zaman Tariel Oniani, Merab Cvanqveladze, Bədri Koquaşvili kimi "oğru"ların şifahi olaraq "statusları"nın əlindən alınması ilə bağlı qərarlara qarşı olub. Ded Xasan həbs edildikdən sonra isə "Böyük" Asatryan təşəbbüsü ələ almağa çalışıb və mübarizədə Piquç, Voksres, Miron kimi "oğru"larla qarşı-qarşıya gəlib.

Xasanın ölümüdən sonra əsas məsələ "Obşak"ı əlində saxlamaq olub. Nəticədə Asatryan "qanuni oğru" Vasya Voskreslə mübarizəyə başlayıb. Narazılıqlar bundan sonra daha da böyüyüb.

Araşdırma nəticəsində məlum olub ki, Vasya mühasibatlıqda "kritiy" işlər görüb və nəticədə "obşak"da külli miqdarda çatışmazlıq yaranıb. Bu isə Vasyaya bütün nəzarəti öz əlində keçirməyə birbaşa səbəb verib. 2014-cü ildə 2 apreldə Asatryan Vasya Voskresi görüşə çağırıb. Özü də "Köhnə fayton" restoranına. Bura təsadüfi seçilməmişdi. Ded Xasan məhz bu restorandan çıxarkən snayperlə öldürülüb. Lakin görüş istənilən kimi baş tutmayıb. Belə ki, Voskresin yerinə restorana Rusiya polisi gəlib. Asatryanla bərabər restoranda daha 7 "qanuni oğru" olub. Onlarda 3 nəfərdə - Elqoca Turkadze, Vladimir Ozerski və İlqar Əliyevdən heroin götürülüb və həbs ediliblər.

Asatryanın özü isə 4 ay sonra saxlanılaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. O, həbsdə olduğu müddətdə Kürd Şakro türmədən çıxıb. Kürd Şakronun ətrafı güclənməyə başlayıb. Belə ki, Asatryan azadlıqda olanda həbsdəki "oğru"nun mövqelərinə təsir edə bilmirdi. Hazırda kriminal aləmdə Asatryanın düşmənləri dostlarından daha çoxdur. Onların arasında Voskres, Miron, Vaqif Sülymanov (Vaqif Bakinski), Qela və Qizo Kardava qardaşları, Valeri Farizov, Qadi Kalonyan, Qoqi Piterski, Niko Dqebuadze də var. Hətta 2013-cü ildə Asatryan və oğlunun "sxodka"da döyüldüyü deyilir.

2014-cü ilin avqustunda isə Asatryan həbs olunandan sonra azərbaycanlı "qanuni oğru" onu sındırmaq" istəyir. Həbsxanaya aparılan Asatryanı Vaqif Bakinskinin "proqon"u gözləyib. Bakinski "Edik ona aid bir sıra məsələlərə görə artıq "oğru" hesab edilməsin" deyə bildirib. Ancaq Asatryan ətrafından istifadə edərək "proqon"un imtinasına nail ola bilib. Asatryanın "oğru" statusu hələ də saxlanılır. Bütün hallarda kriminal aləmdəki mövcud vəziyyət ona Ded Xasanın mirasını almaq üçün kifayət etməyəcək. Həm də artıq onunla "maarifləndirici" söhbət aparıldığı bildirilir.
"vor-zakon"lar arasında miras davası - FOTO"vor-zakon"lar arasında miras davası - FOTO"vor-zakon"lar arasında miras davası - FOTO"vor-zakon"lar arasında miras davası - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4605   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim"

Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İş

2 may
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23 aprel
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Lənkəranda kollecdə 17 yaşlı qızla cinsi əlaqədə olan mühafizəçi həbs edildi

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi, 200-ci il təvəllüdlü Mehdi Quluzadə həbs edilib. -ın əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Mehdi bir neçə gün əvvə

29 aprel
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

3 may
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

5 may