Madonna və heç yerdə görmədiyniz uşaqları - FOTOLAR

Madonna və heç yerdə görmədiyniz uşaqları - FOTOLARPop ulduz Madonna doğum gününü çox şən ovqatda keçirib.

Sonxeber.az teleqraf.com-a istinadən bildirir ki, İtaliyanın Salentina yarımadasında, Leççe şəhərində 59 yaşını qeyd edən müğənni həmin gün ətrafına yalnız yaxınlarını toplayıb. Ad günü şəkilləri sənətçinin İnstaqram səhifəsində yayımlanıb. Doğum günü fotoları arasında nadir kadr hər kəsin diqqətini cəlb edib. Müğənni ilk dəfə altı övladı ilə birgə fotosunu sosial şəbəkədə yayımlayıb.

O şəkilə bircə cümlə ilə şərh yazıb - "Ad günü".

Həmin fotoda müğənni ananın yanında 20 yaşlı Lurdes, 17 yaşlı Rollo, 11 yaşlı Devid və Mersi, eləcə də 4 yaşlı ekizlər- Stella və Ester yer alıb.

Madonna özünə və qızlarına eyni rəngdə paltar tikdirib.

Madonna çoxuşaqlı ana kimi çoxdan məşhurdur. O, Hollivud ulduzu Ancelina Coli ilə bəhsəbəhs edir. Hazırda sənətçinin himayəsində 6 uşaq var. Bu ilin fevralında Afrika ölkəsi Malavidə müğənniyə qaradərili iki azyaşlını qəyyumluğa götürməyə icazə veriblər.

Stella və Esterin anası onlar dünyaya gələndən az sonra həyatını itirib. Ekizlərin atası isə onlara baxmaq iqtidarında deyil. Müğənni uşaqların qəyyumluq məsələsinin həlli üçün bir aya yaxın Malavidə yaşamaq məcburiyyətində qalıb.

Uşaqlardan yalnız ikisi Madonnanın bioloji övladıdır. 1996-cu ildə doğulan qızı Lurdesin atası fitnes məşqçısı Karlos Leondur. Oğlu Rokko isə britaniyalı rejissor Qay Riçi ilə izdivacından dünyaya gəlib.

Oğlu Devid Bandunu isə Madonna 2006-cı ildə Malavidə himayəyə götürüb. Sonra onun ailəsinə daha bir Malavili qız- Mersi daxil olub.

Sənətçinin böyük qızı Lurdes hazırda Miçiqan Universitetində, anasının bitirdiyi incəsənət fakültəsində təhsil alır.

Oğlu Rokko isə ötən il böyük qalmaqalla diqqət çəkib. Atası ilə Londonda yaşayan oğlan narkomanların çevrəsinə düşüb. Bir neçə gün həbsxanada qalan Rokkonu Madonna öz yanına, Amerikaya gətizdirərək onu əmək terapiyası almağa məcbur edib.

Paparatsilər böyük maraqla onun pizza daşımasını lentə alıblar.
Madonna və heç yerdə görmədiyniz uşaqları - FOTOLARMadonna və heç yerdə görmədiyniz uşaqları - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2270   Tarix: 20 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

Seyrək saqqaldan bezən bəylər DÍQQƏT! BU ÜSULLA...

Məhsul haqqında. Saqqalınızı yumşaldır, dərini nizamlayır, nəm itkisini tarazlaşdırmaq üçün dərini dəstəkləyir və vitamin və minerallarla zəngindir. Qaşıntı, quru və iltihablanmış dərini rahatladır və sakitləşdirir. Şirin badam ağacının qurudulmuş toxumlarından əldə edilir. Bütün dəri tiplərində xüsusə

8 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021