Rus çempionu öldürən Anarla bağlı efirdə gedən reportaja Azərbaycanlıların ŞOK REAKSİYASI

Rus çempionu öldürən Anarla bağlı efirdə gedən reportaja Azərbaycanlıların ŞOK REAKSİYASIZeynal Məmmədli: "Çox təəssüf biz tez-tez Rusiya telekanallarında bu cür halların şahidi oluruq"; Vüqar Babayev: "Qanunvericilikdə şəxsin qaçıb gizlənməsi ilə bağlı cəzanın ağırlaşdırılması anlayışı yoxdur"

Rusiyanın birinci kanalı olan ORT rusiyalı idmançını öldürmüş və hələ də axtarışda olan azərbaycanlı Anar Allahverənov haqqında veriliş hazırlayıb. Məşhur "Pust qovoryat" ("Qoy danışsınlar") verilişində təxminən 1 saat ərzində azərbaycanlı idmançının pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu necə öldürməsi müzakirə edilib.

Verilişə Andrey Draçovun tanışları ilə yanaşı Anar Allahverənovun yaxın dostu Cavid Asanov da dəvət edilib. O, Anar Allahverənovu yaxından tanıdığını, onun bu cür hadisə törədə biləcəyinə inanmadığını deyib: "Bu hadisə faciədir. Hadisə iki gəncin arasında baş verib və heç kəs buna qarışmayıb. Anar Allahverənov çoxlu zərbələr vurub, bunu anlaya bilmirəm. Onun ailəsini, anasını, qardaşını yaxından tanıyıram. Böyük qardaşı hazırda həbsxanadadır". Cavid Asanov qanundan gizlənən dostuna çağırış da edib: "Anar əgər məni eşidirsənsə, gizlənmə. Sən tək deyilsən. O, mənim həmvətənlimdir... Gizlənmək lazım deyil, qanunla cəzanı çəkməlisən. İstənilən kişi öz səhvinə görə cavab verməlidir".

Veriliş boyu Anar Allahverənov qatı cinayətkar kimi təqdim olunub, aqressiv və təhqiredici fikirlər səslənədirilib. Rusiyanın ən nüfuzlu televiziya kanalında bu cür verilişin hazırlanması ölkəmizdə də müzakirələrə yol açıb və narahatlıq yaradıb. Məlum məsələdir ki, son illərdə Rusiyanın ən nüfuzlu kanallarında azərbaycanlılar haqqında vaxtaşırı aqressiyalı, qərəzli verilişlər yayımlanır. Bu da təbii ki, millətlər arasında müəyyən qıcıq doğurur.

Bəs çoxmillətli ölkə olan Rusiyanın bu tip verilişlər təqdim etməsi nə dərəcədə doğrudur?

Televiziya eksperti Zeynal Məmmədli mövzuya bu cür şərh bildirdi: "Təbii ki, olay bir verilişin əsası ola bilər. Amma verilişdə cinayətkarın, qurbanın məhz milliyyətinin vurğulanması sözsüz ki, bu peşəkar jurnalist etikasına, müasir dəyərlərə qətiyyən yaraşmaz. Çox təəssüf biz tez-tez Rusiya telekanallarında bu cür halların şahidi oluruq. Ola bilsin ki, bunun səbəbi reytinq dalınca qaçmaq olub. Və yaxud kimsə özünü vətənpərvər göstərməyə çalışır. Eyni mənzərə Azərbaycan mediasında da mövcuddur. Bir rusiyalı mütəxəssis bu haqda çox gözəl fikir səsləndirmişdi: "Ölənin də, öldürənin də şəxsiyyətinə baxanda, danışmaqdansa susmaq daha əxlaqlı davranış olardı. Şəxsən, mən bu mövqedə olan adamam".

Qeyd edək ki, məlum hadisə ilə bağlı artıq Rusiya Milli Qvardiyasının vilayət üzrə İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşı haqqında səhlənkarlıq maddəsi ilə təhqiqat başlayıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsi məlumat yayıb. Məlumata görə avqustun 20-də Xabarovsk şəhərindəki ticarət mərkəzinin mühafizəçisi binanın qarşısında insanların dava üçün toplandığını görərək həyəcan siqnalını işə salıb. Hadisə yerinə gələn İdarədənkənar Mühafizə Xidmətinin 2 əməkdaşının gözünün qarşısında azərbaycanlı Anar Allahverənov və rusiyalı idmançı Andrey Draçyov arasında münaqişə baş verib. Azərbaycanlı qarşı tərəfə ayaq və əlləri ilə zərbələr endirib. Mühafizə əməkdaşları öz vəzifələrini yerinə yetirməyərək onlara müdaxilə etməyib, davanı törədən şəxsi saxlamayıb və hadisə yerini tərk ediblər. Daha sonra tərəflər arasında münaqişə davam edib və Anar Allahverənov Andrey Draçyova ölümcül zərbələr endirib. Ölümün səbəbi kəllə-beyin travması olub. Hadisədən dərhal sonra Anar Allahverənov hadisə yerindən uzaqlaşıb və o, federal axtarışa verilib. Hazırda onun yeri barədə məlumat üçün pul mükafatı təyin edilib.

Yayılan məlumatlara görə, artıq Xabarovsk şəhərinin bütün küçələrinə, dəmiryolu və avtovağzallara, təyyarə limanına azərbaycanlı idmançının şəkli olan vərəqələr yapışdırılıb.

Maraqlıdır, Anar Allahverənovun qanundan qaçması sonradan ona veriləcək cəzanı ağırlaşdıra bilərmi? Hüquqşünas Vüqar Babayev "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, qanunvericilikdə belə bir anlayış yoxdur: "Onun cəzası haqqında hazırda dəqiq fikir səsləndirmək olmaz. Çünki orada qəsdən adamöldürmə ilə yanaşı, ehtiyatsızlıqdan adamöldürmə də ola bilər. Və yaxud onların arasındakı hadisə özünmüdafiə xarakteri də daşıya bilər. Yəni bu haqda danışmaq hələ tezdir. Amma hər halda şəxsin qaçıb gizlənməsi onun şəxsiyyətini xarakterizə edən hal hesab olunur. Qanunvericilikdə isə şəxsin qaçıb gizlənməsi ilə bağlı cəzanın ağırlaşdırılması anlayışı yoxdur. Bu sadəcə gələcəkdə onun barəsində seçiləcək qəti-imkan tədbirinə təsir edə bilər. Lakin ümumilikdə şəxsiyyətini xarakterizə edə bilər ki, bu şəxs qanundan qaçıb gizlənib və sairə. Qanunvericiliyin tələblərinə görə, cinayət törədən şəxs əgər özü təqsirini boynuna alıb, könüllü şəkildə təslim olarsa, CM-nə əsasən cəzasını yüngülləşdirə bilər".

Xatırladaq ki, pauerliftinq üzrə dünya çempionu Andrey Draçovu Xabarovsk şəhərində döyülərək öldürülüb. O, Xabarovskdakı "Qalareya" kafesindən çıxarkən azərbaycanlı idmançı Anar Allahverənovla mübahisə edib. Allahverənov bir neçə zərbə ilə onu öldürüb. Məlumata görə, davanın baş vermə səbəbi Andrey Draçovun Anarı təhqir etməsi olub.

mənbə:musavat.com


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 5167   Tarix: 26 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - VİDEO

Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Hərəkətdə avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyum

27 may
.

"Mango" şirkətinin qurucusunun oğlu vəzifəsindən GETDİ

"Mango" brendinin qurucusunun oğlu Conatan Andik çərşənbə axşamı dərc etdiyi açıq məktubunda şirkətin vitse-prezidenti vəzifəsindən müvəqqəti getdiyini elan edib. -a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Efe" informasiya agentliyi xəbər yayıb. C.Andik məhkəmə prosesi çərçivəsind

27 may
.

Daşıyıcı ana məhkəməsində ataya cəza verildi

Gürcüstanda daşıyıcı ana yolu ilə dünyaya gələn əkiz uşaqlarla bağlı qalmaqallı məhkəmə işi yekunlaşıb. İş adamı Feramuz G. rəsmi sənədlərdə uşaqların anası kimi keçmiş münasibətdə olduğu Yonca K.-nı göstərdiyi üçün həbs cəzası alıb. xarici mediaya istinadla xəbər verir ki, Feramuz G. Yonca K.-ya Gürcüstand

26 may
.

Döyülən qadına kömək edən qardaşları bıçaqlandı - VİDEO

Kayseridə küçədə bir qadının döyüldüyünü görən iki qardaş ona kömək etmək istəyərkən bıçaqlı hücuma məruz qalıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Talas rayonunun Mevlana məhəlləsində, Elçibəy prospektində baş verib. Məlumata görə, F.K. adlı iki qardaş küçədə bir kişinin qadını döydüyün

26 may
.

Göbələk toplayan kişiyə ayı hücumu: barmağı qopdu

Sivasın İmranlı rayonunda meşəlik ərazidə göbələk toplamağa gedən 45 yaşlı kişi ayı hücumuna məruz qalıb. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, təkbaşına kənd ərazisinə çıxan şəxs göbələk yığdığı vaxt ayı ilə qarşılaşıb. Heyvanın hücumu nəticəsində kişi ayı ilə mübarizə aparmağa çalışs

25 may
.

Rusiyada dələduzlar onlayn oyun oynayan uşağı aldatdılar: Kart məlumatlarını ələ keçirdilər

Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo rayonunda 11 yaşlı oğlan dələduzların qurbanı olub. Hazırda polis faktla bağlı cinayət işini araşdırır. xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nijni Novqorod vilayəti üzrə Baş İdarəsi məlumat yayıb. Məlumata görə, uşaq anasının telefonund

25 may
.

Keçmiş həyat yoldaşının evini partlatdı - VİDEO

Bursanın İnegöl rayonunda bir şəxs keçmiş həyat yoldaşının yaşadığı evi "Molotov kokteyli" ilə yandırmağa cəhd edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Mesudiye məhəlləsində yerləşən 4 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. İddialara görə, 45 yaşlı Ferhat G. keçmiş həya

26 may
.

Nazir ilanı yalın əllə tutdu

ABŞ səhiyyə naziri Robert F. Kennedi diqqətçəkən hadisə ilə gündəmə gəlib. qafqazinfo-ya istinadən xəbər verir ki, nazir televiziya siması və həkim Mehmet Özün evinə səfəri zamanı terrasda görünən ilanları yalın əlləri ilə tutub. Ətrafdakıların təəccübünə səbəb olan hadisə zamanı Kennedi sakit davranara

27 may
.

Yaşlı kişi qəzaya düşən gəncləri şillələdi - VİDEO

Türkiyənin paytaxtı Ankara şəhərində baş verən yol-nəqliyyat hadisəsindən sonra maraqlı anlar yaşanıb. türk mediasına istinadən xəbərverir ki, qəza keçirən gənclərin yanına gələn yaşlı bir kişi onların şok vəziyyətindən çıxması üçün şillə vurmağa başlayıb. Hadisə ətrafdakılar tərəfindən təəccüblə qarşılanıb

21 may