Bu tanınmışlar "Tikim sizin ağzınızı" şeirinə görə Əməkdar artisti yıxıb sürüdü

Bu tanınmışlar "Tikim sizin ağzınızı" şeirinə görə Əməkdar artisti yıxıb sürüdüSosial şəbəkələrdəki müzakirələr göstərir ki, bəstəkar-müğənni Elza Seyidcahanın özünü şairə kimi təqdim etməsini və yazdığı şeirləri ictimaiyyət birmənalı qarşılamır. Bu ətrafda müxtəlif fikirlər mövcuddur. Buna baxmayaraq əməkdar artist mətbuatda dəfələrlə onun əleyhinə çıxanların acığına şeir yazmaqda davam edəcəyini bildirib.

Şairəlik iddiası olan bəstəkar-müğənninin "Tikim sizin ağzınızı qırxayaq kimi" adlı ən son yazdığı şeir xüsusilə lağlağı obyekti olub.

Maraqlıdır, gənc yazarlar, şairlər bu şeir haqqında nə düşünürlər?

Sonxeber.az modern.az-a istinadən xəbər ki, sayt bu sualla bir neçə gəncə müraciət edib.

"Elza nəinki ciddi şeir yaza, o, nə ciddi musiqi ifa edə, nə də bəstələyə bilər..."

Gənc yazar Elmin Nuri bildirib ki, qeyd edilən şeirin müəllifini ciddiyə almaq "şeir", "söz" anlayışına qarşı təhqirdir:

"Birinci problem Elza Seyidcahanın cızma-qaralarının qarşısında "şeir" sözünün yazılmasıdır. İnanın ki, hər şey mətbuatın, xüsusən də xəbər portallarının və sosial şəbəkə istifadəçilərinin buraxdığı bu səhvdən sonra başlayır. "Oranı qaşı, buranı qaşı", "Tikim sizin ağzınızı" kimi "şedevr" misralarla başlanan cızma-qaraların qarşısında şeir yazmaq bu "yazıları", onun müəllifini ciddiyə almaq "şeir", "söz" anlayışına qarşı təhqirdir. Biz hər şeyi bu təhqirlə başladıq. Əvəzində isə ardı gəldi.
Elza yazdıqca yazdı və hələlik bu seriyanı tikinti prosesi ilə bitirib. Elza nəinki ciddi şeir yaza, o, ümumiyyətlə, nə ciddi musiqi ifa edə, nə də bəstələyə bilər... Amma mən heç zaman onda zərrə qədər də günah görməmişəm: nə yazdığından asılı olmayaraq, o, özünü ifadə edib. Yazdıqlarına verilən reaksiya isə bizim cəmiyyətin özünü ifadə etmə mexanizmidir. Elza Seyidcahanın əlində məhz bu cür çoxluğun sarı simi cəmləşib".

E. Nuri deyib ki, əməkdar artistin son şeiri yazmaqda məqsədi iradçılara cavab verməkdir:

"Elza Seyidcahan istənilən an, istənilən şeyi yazsa, son "şeir"indəki tikinti sexindən çıxıb, biçinti sexinə girsə, yenə eyni rezonansı yaradacaq. Bu səbəbdən, telekanalların birində təşkil olunan "Xalqın şairi" adlı müsabiqəyə də münsif kimi dəvət edildi. Peşəkar televiziyaçılar üçün Elza o müsabiqənin reklam tərəfi idi ki, buna da çox gözəl nail oldular. Xatırlayırsınızsa, sonuncu cızma-qaranı da Elza onun müsabiqədə münsif olmasına hədyanla yanaşanlara cavab olaraq yazmışdı. Hər halda mən bu fikirdəyəm.
Əgər o cızma-qara yazılmasaydı, Elza yenə də gündəmdə olacaqdı, amma fərqli şəkildə; münsif kimi.... O, bu cızma-qarayla iradçılara cavab verməklə yanaşı, həm də özünü bir münsif kimi (guya) növbəti replikalardan qorudu... Əgər Elzanın yazdıqlarına yenə də "şeir" deyəcəyiksə və bunu ictimai müzakirəyə çevirəcəyiksə, o zaman Elza özünün "inşaat sektorunda" yeni şeir hasil edəcək...".

"İnsanlara tamaşa lazımdır, o da bunu edə bilir"

Gənc şair Emin Piri qeyd edib ki, Elza Seyidcahan gündəmdə qalmağın yolunu bilir:
"Deməzdim Elza xanım nə etdiyini bilmir. Çox yaxşı bilir və bizim kimi cəmiyyətdə gündəmdə qalmağın yolunu ona öyrədən hər kimsə, çox ağıllıdır. Elza ədəbiyyat "dəcəlliyi" edir. Onu bir çox şairdən üstün tuturam. Bu xanımın düşdüyü şans onlara düşsə, görün nə həngamə qoparardılar. İnsanlara tamaşa lazımdır, o da bunu verə bilir. Belə şeirlərin gündəm olması Elzanın deyil, Elzanı baş tacı edən şairciklərin və cəmiyyətin günahıdır".

"Elza xanım fərqlilik edir, yazır, ədəbiyyatı gündəmə gətirir"

Gənc yazar Tural İsmayılov düşünür ki,əməkdar artistin yaxşı şeir yazmaq kimi bir öhdəliyi yoxdur:
"Mən bunu daha öncə də qeyd etdim ki, bizim Elza Seyidcahandan mükəmməl şeir gözləmək deyə gümanımız olmamalıdır. Ədəbiyyat aləmində özünə gənc yazar-şair deyib, biabırçı, səliqəsiz mətnlər yazan o qədər sima var ki. Bu baxımdan, Elza xanım müğənnidir, bəstəkardır, onun yaxşı şeir yazmaq kimi bir öhdəliyi yoxdur.
Əlbəttə, hər iki tərəflə razılaşmaq olar. Yəni həm Elza Seyidcahanın şeir yazmağına aqressiv olanları, həm də dəstəkləyənləri anlamağa çalışıram. İstənilən halda, Elza xanım fərqlilik edir, yazır, ədəbiyyatı gündəmə gətirir, mən məsələyə bu prizmadan yanaşıram. Sonuncu şeirini isə ümumi cavab xarakterində görürəm. Repçilər "diss" atmaq deyir buna, yəni Elza xanım tənqidçilərinə "tikim ağzınızı" "diss"i göndərdi".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2259   Tarix: 06 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Oğlunu itirən İbrahim Borçalının BİR İL ÖNCƏKİ VƏ İNDİKİ GÖRÜNÜŞÜ - FOTOLAR

Tanınmış aparıcı Lalə Əlimuxtarova sosial media hesabında yeni paylaşım edib. -a istinadən xəbər verir ki, aparıcının paylaşdığı fotolarda bir il öncə oğlunu faciəvi şəkildə itirən İbrahim Borçalının görüntüləri yer alıb. Bir il ərzində çəkdiyi oğul dərdindən necə qocaldığı fotolarda görünür. Onun b

9 sentyabr 2021
.

​"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı

Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə

8 sentyabr 2021
.

Yaqub Zurufçunun SON DURUMU - Həyat yoldaşı DANIŞDI

"Yaqub Zurufçunun vəziyyəti stabil ağırdır". xəbər verir ki, bu sözləri Əməkdar artistinin həyat yoldaşı Aynur Zurufçu deyib. O, Yaqub Zurufçunun səhhətində hələ ki, bir dəyişikliyin olmadığını bildirib:. "Daim həkim nəzarətindədir, səhhəti stabil ağır olaraq qalsa da, həkimlər tərəfində

12 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Əməkdar artist AzTV-də aparıcılıq edir

Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı

4 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Aygün Kazımova koronavirusa yoluxub

Xalq artisti Aygün Kazımova koronavirusa yoluxub. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib. Müğənni xəstəliyi ağır keçirdiyini bildirib:. "Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37-38,5 idi. Bədənim ço

8 sentyabr 2021