Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ! İki məktəbli qızı maşına mindirdilər və...

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ! İki məktəbli qızı maşına mindirdilər və...Ucar rayonunda yetkinlik yaşına çatmayan qızı qıçırmaqda ittiham olunan 1984-cü il təvəllüdlü Salman Muradov, 1998-ci il təvəllüdlü Xəyal Fərmanov və 2001-ci il təvəllüdlü Şəhriyar Fərmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ucar rayonunun Bərgüşad kəndində yaşayan Salman Muradov həmkəndlisi Nazpərini sevib. O, qıza elçi göndərsə də, qızı ona verməyiblər.
Qız qaçırma, pul və hörmət
Bu səbəbdən Salman Nazpərini evlənmək məqsədilə qaçırmaq qərarına gəlib. 2016-cı ilin iyulun 1-də Salman Nazpərini zorla qaçırmaq barədə həmkəndliləri Xəyal və Şəhriyarla razılığa gəlib. Həmin gün görüşüblər.
Salman onlara vəd edib ki, pul verəcək, başqa "hörmət" də edəcək. Beləliklə üçlük Nazpərini oğurlamaq barədə qabaqcadan əlbir olublar.
Məktəblinin qaçırılma planı
Avqustun 14-də, saat 09 radələrində Bərgüşad kəndində Nazpəri sinif yoldaşı Günayla birlikdə məktəbə yollanıb. Yolda qızların qarşısına sinif yoldaşları olan Xəyal çıxıb.
Dəstə üzvlərinin arasındakı razılığa əsasən, Xəyal qızlara qoşularaq eyni istiqamətdə gedib. Məktəbin 9-cu sinfində oxuyan Şəhriyar isə qarşıda Salman Muradova məxsus "VAZ 21154" markalı avtomaşınla dayanıb.
Zorakılıq
Salmanın özü isə yaxınlıqdakı sahibsiz həyətdə dayanaraq Nazpərinin avtomaşına yaxınlaşmasını gözləyib. Onlar avtomaşına yaxınlaşdıqda Şəhriyar və Xəyal guya məktəbə getdiklərini deyiblər və aldatmaqla Nazpərini Günay ilə birlikdə avtomaşına mindiriblər.
Daha sonra Şəhriyar avtomaşını sürərək Salmanın yanında saxlayıb. O, avtomaşına minərək Nazpəriyə fiziki zorakılıq tətbiq edib, ona xəsarətlər yetirib.
Məktəbli qızın qaçırılması
Salman müqavimət göstərən Nazpərini zorla maşında saxlayıb. Bu vaxt Günay avtomaşından düşüb. O, maşının qarşısını kəsib və hərəkətinə mane olmaq istəyib.
Maşından düşən Xəyal onu kənara itələyib və Salmandan on manat alaraq hadisə yerində qalıb.
Salmanla Şəhriyar isə Nazpərini Bakıya aparmaq üçün magistral yola çıxıblar və üzü paytaxta tərəf hərəkət ediblər.
Qız qaçıranların həbs edilməsi
Həmin gün saat 11 radələrində Hacıqabul rayonu ərazisində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən avtomobil saxlanılıb və avtomobildə olanlar Ucar rayon polis şöbəsinə gətiriliblər.
Nazpəri ailəsinə qaytarılıb, üçlük təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
İki maddəli cinayət işi
S.Muradov Cinayət Məcəlləsinin 29, 144.3-cü (adam oğurluğuna cəhd, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 170.3-cü (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə ittiham edilib. Digər iki təqsirləndirilən isə Cinayət Məcəlləsinin 29, 144.3-cü maddəsi ilə təqsirli biliniblər.
Cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Muradov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər iki təqsirləndirilən X.Fərmanov və Ş.Fərmanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Hər iki təqsirləndirilən şəxsin barəsində 4 il müddətinə sınaq olmaqla şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Hökmdən narazı qalan S.Muradov apelyasiya şikayəti verib. O, barəsində çıxarılan hökmün dəyişdirilməsini və cəzasını həbs olmayan cəza növü ilə əvəz edilməsini xahiş edib.
S.Muradovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan edilib.
Qərara görə, Salmanın apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə onun cəzasını 5 il 6 aya qədər endirib.

Mənbə: publika.az


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3157   Tarix: 08 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğurladıqları telefonun siqnal vasitəsi ilə aşkar edilməməsi üçün görün nə etdilər

İstanbulun Beyoğlu rayonunda dörd oğrunun oğurladıqları mobil telefonun yerinin müəyyən edilməməsi üçün onu alüminium folqa ilə bükdüyü məlum olub. türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kuloğlu məhəlləsində baş verib. Aprelin 6-da gecə saatlarında yolda hərəkət edən İrfan Y.-nin arxasınc

16 dekabr
.

Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"

Bir zərgərin ona "əmanət" olaraq veriləcək qızılları qəbul etməməsi sosial mediada gündəm olub. türk mediasına itinadən xəbər verir ki, zərgər, illərdir tanıdığı bir şəxsin "Bunları götür, işlət" deyərək qızıllarını saxlamaq istəməsinə qəti şəkildə etiraz edib. Əmanəti niyə qəbu

19 dekabr
.

Sevgilisinin arvadının iş yerinə gedərək - Onu təhqir etdi

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib. Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənov

17 dekabr
.

Konsert zamanı dəhşət: gənc rok müğənnisini səhnədə elektrik cərəyanı vurdu - VİDEO

Perunun paytaxtı Limada keçirilən konsert zamanı qorxulu anlar yaşanıb. türk mediasına istinadən xəbər verir ki, rok qrupu Mi Major Amigo Scott (My Best Friend Scott) qrupunun solisti olan Karlos Suares səhnədə özünü təqdim etdiyi anda mikrofonu əlinə götürüb və bu zaman elektrik cərəyanına məruz qalıb

18 dekabr
.

Taksi dayanacağında silahlı insident: Keçmiş əməkdaş özünü tapança və bıçaqla yaraladı

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda taksi dayanacağında silahlı insident baş verib. Məlumata görə, dayanacağın keçmiş əməkdaşı Erdem Mucır işçilərlə mübahisə etdikdən sonra özünü tapança və bıçaqla yaralayıb. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 13:30 radələrində Cedit məhəlləsi

16 dekabr
.

Gənc fenomen dünyasını dəyişdi

TikTok-dakı paylaşımları ilə geniş izləyici kütləsinə sahib olan gənc ulduz Tucker Genalın vəfat etdiyi bildirilib. türk mediasına istinadən xəbər verir ki, Genalın ölüm xəbərini 15 dekabrda qardaşları Carson və Connor Genal Instagram hesabları vasitəsilə paylaşaraq izləyiciləri ilə bölüşüblər. Onla

16 dekabr
.

Arabadan yıxılan 10 aylıq körpə öldü

Şamaxıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, dekabrın 17-si saat 05 radələrində 02.02.2025-ci il təvəllüdlü Elgün Elşən oğlu Süleymanov yaşadığı Şamaxı şəhəri Namazəliyev küçəsindəki evdə arabadan yıxılıb. Ehtiyatsızlıqdan yıxılan 10 aylıq körp

18 dekabr
.

Səhər gəzintisinə çıxan qadın 31 şagirdin həyatını xilas edib

Bursanın Nilüfer rayonunda səhər saatlarında gəzintiyə çıxan yaşlı bir qadının "sürüşmə var" deyə xəbər verdiyi istinad divarı və ona bitişik gəzinti yolu 9 saat sonra məhəllədə yerləşən məscidin və eyni həyətdə fəaliyyət göstərən Quran kursunun üzərinə uçub. türk mediasına istinadən xəbə

19 dekabr
.

Atasının dəfn mərasimində yaşadığı hadisə qadını ikinci dəfə sarsıtdı - VİDEO

Atasının dəfn mərasimində 600 min TL dəyərində qızıl-zinət əşyalarının oğurlandığını iddia edən qadın yaşadığı hadisəni sosial şəbəkədə paylaşdığı video ilə gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, ağrılı günlərində belə bir hadisə ilə üzləşməyin onları bir daha yıxdığını deyən qadın

19 dekabr