Səhər gəzintisinə çıxan qadın 31 şagirdin həyatını xilas edib

Səhər gəzintisinə çıxan qadın 31 şagirdin həyatını xilas edibBursanın Nilüfer rayonunda səhər saatlarında gəzintiyə çıxan yaşlı bir qadının "sürüşmə var" deyə xəbər verdiyi istinad divarı və ona bitişik gəzinti yolu 9 saat sonra məhəllədə yerləşən məscidin və eyni həyətdə fəaliyyət göstərən Quran kursunun üzərinə uçub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, vaxtında görülən tədbirlər sayəsində Quran kursunda olan 4-6 yaş arası 16 uşaq və 15 orta yaşlı qadın olmaqla, ümumilikdə 31 nəfər faciədən xəsarət almadan xilas olub.

Hadisə Nilüfer rayonunun Köşk küçəsində yerləşən Mövlana Məscidində baş verib. Məscidin arxa həyətinin üstündən keçən yol, ona bağlı gəzinti zolağı və həyətə inşa edilən istinad divarında sürüşmə olduğunu səhər gəzintisi zamanı görən yaşlı qadın dərhal Nilüfer rayon bələdiyyəsinə zəng edərək vəziyyətlə bağlı məlumat verib.

Bunun ardınca bələdiyyə əməkdaşları Mövlana Məscidi Dərnəyinin sədri, 69 yaşlı Hamit Kara və Quran kursunun qadın məsul şəxsi ilə əlaqə saxlayaraq hadisə barədə xəbərdarlıq ediblər. Əraziyə polis, yanğınsöndürmə əməkdaşları cəlb olunub. Aparılan baxışlardan sonra sürüşmə riski olan yol nəqliyyat üçün bağlanıb.

Eyni zamanda məscidə bitişik Mövlana Məscidi Quran kursunda təhsil alan 16 uşaq və 15 qadın əməkdaş təxliyə edilib. Günorta namazından sonra məscid ibadətə bağlanıb, Quran kursunda isə dərslər dayandırılaraq bütün zəruri təhlükəsizlik tədbirləri görülüb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 954   Tarix: 19 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video

Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar

8 oktyabr
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Faktl

4 oktyabr
.

2026-cı ilin ilk doqquz ayında velosiped qəzalarında ölənlərin sayı açıqlandı

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır nəticələnə bilər. Bu səbəbdən velosipedçilərin yol hərəkəti qaydalarına əməl etməsi, velosipedlərinin texnik

11 oktyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr
.

İnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta

3 oktyabr
.

Yeniyetmə oğlan infarktdan öldü

Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı

1 oktyabr
.

Türkiyədə dəhşətli qəza: 11 nəfər həlak oldu, 27 yaralı var - Video

Türkiyədə sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub, daha 27 nəfər xəsarət alıb. "Milliyet"ə istinadən xəbər verir ki, hadisə Manisa vilayətinin Akhisar rayonunda qeydə alınıb. Qəza yerinə dərhal təcil

11 oktyabr
.

Gəncəyə dördüncü raket hücumundan altı il ötür

10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti

11 oktyabr