2 uşaq atası 16 yaşlı yetimlə dəfələrlə müxtəlif üsullarla cinsi əlaqəyə girdi və...- Bakıda

2 uşaq atası 16 yaşlı yetimlə dəfələrlə müxtəlif üsullarla cinsi əlaqəyə girdi və...- BakıdaBakıda yetkinlik yaşına çatmayan oğlana təcavüz etməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Qaşqay Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qaşqay Ağayev 2015-ci ilin mart ayının ortalarından həmin ilin avqust ayının ortalarınadək olan müddət ərzində Bilgəh qəsəbəsindəki Zəfəran sovxozunda qonşusu, 1999-cu il təvəllüdlü Samir Babayevə (zərərçəkmişin adı və soyadı şərti verilib – red.) təcavüz edib. O, bu müddət ərzində Samiri anası və dayısını öldürəcəyi ilə hədələyib.
Bununla da o, Samirlə yaşadığı evdə, yaşadığı evin həyətində yerləşən hamamda, yaşadığı evin yaxınlığında yerləşən yaşayış olmayan fərdi evdə və həmin evin arxa hissəsində olan zibilxananın yanında yerləşən sahibsiz hasarın arxasında olan yarı tikilidə qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı əxlaqsız hərəkətlər edib.
Qaşqay Ağayev Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə seksual xarakterli zorakılıq hərəkətləri etmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham edilib.
"Düşmənçiliyim yoxdur"
Cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə ifadə verən Qaşqay Ağayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, onun 2 azyaşlı uşağı var: "Samiri təxminən bir ilə yaxındır ki, qonşu kimi tanıyıram, onunla qohumluğum, düşmənçiliyim, ədavətim yoxdur. Samir və anası mənimlə qonşu olandan etibarən onlara xeyli köməklik etmişəm, işıqlarını, sularını vermişəm".
"Samirin üzdən iraq olduğunu bildirmişəm"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Samir onların evlərinə arada bir gəlib: "Onda çatışmazlıq hiss etmişəm. Çünki o, yaşıdlarına uyğun hərəkətlər etməyib. Təxminən 4 ay əvvəl həmkəndlim, Pota kimi tanıdığım Ağamirzə ilə birlikdə Naxçıvanlı Arazın evində işləyərdik. Həmin vaxt Ağamirzəyə nəyisə demişəm, bəlkə də Ağamirzəyə Samirin üzdən iraq olduğunu bildirmişəm. Amma yadımda qalmayıb".
"Dedi ki, məndə atayam"
Qaşqay Ağayev qeyd edib ki, 2015-ci il avqustun 17-də, axşam vaxtı, saat təxminən 19 radələrində qonşusu Cəsur ona zəng edib və küçəyə çağırıb: "Mən də küçəyə çıxdım və Cəsurla görüşdüm. Cəsur mənə "sən Samirlə cinsi əlaqədə olmusan" dedi. Cəsura əsəbiləşərək "sənin nəyinə lazımdır, mən onunla olmuşam, sən kimsən, polissən, rəissən, nəsən?" - deyə cavab verdim. Cəsur mənə dedi ki, mən atayam, mənim də övladım var, nəyə görə yaşadığım məhəllədə belə bir şey olub. Cəsurdan bu söhbəti ona kim dediyini xəbər aldım. Cəsur da bildirdi ki, bu sözü ona Pota, yəni Ağamirzə deyib. Bundan sonra biz ayrıldıq".
"Samirgilin işıqlarını kəsdim"
Təqsirləndirilən şəxs bildirib ki, səhəri günü, təxminən saat 20 radələrində yenə Cəsurdan ona zəng gəlib: "Cəsur küçəyə çıxmağımı istədi. Küçəyə çıxdıqda orada Cəsurla Ağamirzəni bir yerdə gördüm. Ağamirzə mənə "Rəhbər (Qaşqay dost-tanış, qonşular atrasında Rəhbər adı ilə tanınıb – red.) sən mənə demisən ki, mən Samirlə əlaqədə olmuşam, istəyirsən, sənin üçündə təşkil edim" dedi. Bu zaman əsəbiləşdim və Ağamirzənin üstünə getdim. Ona dedim ki, sənə çörək vermişəm, sən nə səbəbə görə belə söz deyirsən. Ondan sonra ayrıldıq, mən də Samirgilin işıqlarını kəsdim".
"Uşaqbazlıq hərəkətləri etməmişəm"
Qaşqay Ağayev qeyd edib ki, avqustun 21-də, saat 21 radələrində evə gəlib: "Qonşum Sahib zəng edərək bildirdi ki, Samirin məni işıqlarını kəsdiyinə görə axtarır. Bundan sonra qonşuları yığdım və Samirin anasını çağırdım. Qonşuların yanında Samirin anasına "mənim adıma söz çıxarıblar, ona görə də mən işığı ayırmışam ki, siz qonşuluqdan çıxaraq", deyə bildirdim. Ertəsi gün axşam vaxtı polislər məni bölməyə apardılar. Samirə qarşı heç bir uşaqbazlıq hərəkətləri etməmişəm".
"Evin tək uşağıyam"
Zərərçəkmiş şəxs qismində ifadə verən Samir Babayev deyib ki, anası ilə birlikdə bir il olar Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yerləşən evlərində yaşayır: "Atam 2013-cü ildə vəfat edib, bacım və qardaşım da yoxdur, tək uşağam. Bilgəh qəsəbəsində, 11 nömrəli xüsusi internat məktəbində oxuyuram, ancaq o qədər də yaxşı oxumuram, dərslərdən üç-dörd qiymət alıram. İnternatda qalıram, amma günaşırı anam məni evimizə aparır".
"Məni tez-tez evlərinə çağırırdı"
Samir Babayevin sözlərinə görə, rəhbər kimi tanıdığı Qaşqay onların qonşusudur: "O, arvadı və iki uşağı ilə birlikdə bizim həyətimizin solunda yerləşən bir mərtəbəli evdə yaşayır. Bizim maddi imkanımız zəif olduğundan Qaşqay öz evindən bizə işıq verib. Anamla hərdən bir onlara qonşu kimi qonaq getmişik. Amma demək olar ki, tez-tez Rəhbərgilə getmişəm. Bəzən də Rəhbər özü axşamlar məni tez-tez evlərinə çağırıb. Mən də onlara getmişəm, onunla söhbət etmişəm. Rəhbər evdə işləyib, mən isə ona baxmışam. Bəzi vaxtlarda da onun işlərinə köməklik etmişəm".
"Məni döşəməyə uzatdı"
Samir Babayev qeyd edib ki, təxminən 2015-ci ilin mart ayının ortalarında işıqları kəsilib: "Bu zaman anam mənə toyuq əti verdi və Rəhbərgilin soyuducusuna qoymağı tapşırdı. Mən də toyuq ətini götürərək Rəhbərgilə getdim. Bu vaxt Rəhbər evdə tək idi. O, əti soyuducuya qoydu, sonra məni yeni təmir olunmuş, taxta döşəməli boş otağa keçirdi. Otaqda üstümə qışqıraraq şalvarımı çıxarmağı tələb etdi. Mən də qorxudan şalvarımı çıxardım. Şalvarımı çıxarandan sonra Rəhbər məni döşəməyə uzatdı. Mənimlə arxadan cinsi əlaqədə oldu. Bu zaman ağrıdan qışqırdım. Qışqıranda Rəhbər mənimlə cinsi əlaqədə olmağı dayandırdı".
"Dedi ki, ananı, dayını öldürərəm"
Zərərçəkmişin sözlərinə görə, ilk dəfə Rəhbər onunla cinsi əlaqədə olan zaman anası həyətdə uca səslə onu çağırıb: "Bu zaman Rəhbər dedi ki, sən bu barədə heç kimə demə, desən ananı, dayını öldürərəm. Sonra məni evimizə buraxdı. Rəhbərin qorxusundan anama heç nə demədim. Bundan sonra Rəhbər müxtəlif vaxtlarda dəfələrlə axşam vaxtı, hava qaralandan sonra evlərindən aralı olan ümumi zibilxanaya aparıb, orada mənimlə cinsi əlaqədə olub. Həmçinin Rəhbərin arvadı, uşaqları rayona gedəndən sonrada mənimlə cinsi əlaqəyə girib".
"Mənimlə 10 dəqiqə cinsi əlaqədə oldu"
Samir Babayev bildirib ki, Rəhbər evdə tək olduğu zaman anası kotlet bişirib və həmin kotleti Rəhbərə verməsini ona tapşırıb: "Mən də yeməyi götürərək Rəhbərgilə getdim. Rəhbər məndən yeməyi aldı və məni yenə əvvəllər mənimlə cinsi əlaqədə olduğu otağa saldı. Orada şalvarımı çıxarmağı tələb etdi. Mən də şalvarımı çıxardım. Bu zaman Rəhbər mənimlə cinsi əlaqədə oldu. Həmin vaxtı Rəhbər mənimlə təxminən 10 dəqiqə cinsi əlaqədə olan vaxtı məni yenə anam çağırdı. Lakin Rəhbər məni evə getməyə qoymadı və dedi ki, cinsi əlaqədə olmağı başa çatdırandan sonra məni buraxacaq. Bu zaman anam yenə ucadan məni çağırdı, buna görə də Rəhbər məni buraxdı".
Təcavüzə məruz qalan oğlan başına gələnləri çılpaqlığı ilə danışıb
Zərərçəkmişin ifadəsinə görə, Rəhbər onunla ayrı-ayrı vaxtlarda öz evində, həyətində olan hamamlarında, həyətlərindəki çənin arxasındakı gizli yerdə, məhəllələrindən kənarda çöllükdəki zibilxananın yanında, onlardan aralı olan yarım tikilidə, sonuncu dəfə isə evlərində cinsi əlaqədə olub, həmin vaxtlarda onu "anal" və "oral" sekslər etməyə məcbur edib.
Zərərçəkmişin ifadəsinə görə, Rəhbər ona qarşı əxlaqsız hərəkətlər edib (Zərərçəkmiş ifadəsinin bu hissəsində Qaşqay Ağayevin ona qarşı etdiyi hərəkətləri çılpaqlığı ilə danışıb. İfadənin həmin hissələrini dərc etmirik – red.).
"Mənimlə cinsi əlaqədə olmağını boynuna almadı"
Samir Babayev qeyd edib ki, Rəhbərin onunla cinsi əlaqədə olmasını özü heç kimə deməyib: "Amma təxminən beş gün əvvəl bulağa gedəndə qonşumuz Cəsur mənə yaxınlaşdı. O, Rəhbərin mənimlə cinsi əlaqədə olması ilə bağlı sual verdi. Ona Rəhbərin mənimlə cinsi əlaqədə olmasını dedim. Cəsur da dediklərimi həmin vaxtı telefona çəkdi, sonra isə mənə "buradan çıx get, bir də məhəllədə uşaqlara yaxın düşmə" dedi. Cəsurla söhbətdən bir gün sonra bu barədə qonşular, anam xəbər tutdu. Bizi bir yerə topladılar. Orada Rəhbər də var idi. Həmin vaxtı Rəhbər mənimlə cinsi əlaqədə olmasını boynuna almadı. Rəhbər kimi tanıdığım qonşumuz Qaşqay Ağayev dəqiq tarixlərini xatırlamasa da, 2 dəfə onun yaşadığı evdə otaqda, 3 dəfə yaşadığı evin həyətində yerləşən hamamda, 1 dəfə yaşadığı evin həyətində olan su çənin arxasında, 3 dəfə qonşuluqda yaşayış olmayan evdə və həmin evin arxasında, 1 dəfə zibilxananın yanında sahibsiz hasarın arxasında yarı tikilidə mənimlə cinsi əlaqədə olub. Lakin həmin vaxtı bizi görən olmayıb. Qaşqaydan başqa kimsə ilə cinsi əlaqədə olmamışam".
Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Qaşqay Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6045   Tarix: 09 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

Azərbaycanda qazi həmyaşıdını bıçaqladı

Masazırda bıçaqlanma hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Orxan İmanov həmyaşıdı Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb. Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib. Orxan Hüseynli saxlanılıb, hazırda araşdırma aparılır. Qeyd edək ki

2 may
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Tovuzda sevgilisini yandıran oğlan həbs edildi

Tanışının ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Tovuz rayon prokurorluğundan -a verilən məlumata görə, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğun

1 may
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

3 may