Müavini Arif Alışanovun yerinə göz dikib - AzTV-də "soyuq müharibə"

Müavini Arif Alışanovun yerinə göz dikib - AzTV-də "soyuq müharibə""Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin adı mətbuatda tez-tez hallanan sədr müavini Elsevər Dünyamalıyev ətrafında gərginlik yaranıb.

Sonxeber.az-ın BakuPost.az-a istinadən məlumatına görə, AzTV-nin "boz kardinalı" kimi məşhurlaşan E. Dünyamalıyevlə Arif Alışanov arasında "soyuq müharibə" başlayıb. İddia olunur ki, buna səbəb Alışanovun müavininin onun yerinə göz dikməsi və televiziyada, həmçinin aidiyyəti orqanlarda buna dair əlaltından işlər aparmasıdır. Onun gizli işlərindən xəbər tutan Arif Alışanov dərhal hərəkətə keçib və birdən-birə yüksək etimad göstərdiyi Dünyamalıyevin səlahiyyətlərini azaldıb.

Məlumata görə, sədr müavini ilk növbədə televiziyanın əsas departamenti sayılan və bütün dövlət qurumlarıyla əsas işlərin aparıldığı, əlaqələrin qurulduğu "Xəbərlər"ə nəzarəti itirib. Belə ki, departamentin direktoru Məqsəd Nurun TV-dən getməsindən sonra buradakı nəzarəti E. Dünyamalıyev ələ keçirmişdi. Hətta o, rəsmi təyinatsız nəzarət etdiyi "Xəbərlər"dən xeyli sayda əməkdaşın işdən çıxarılmasına səbəb olmuşdu. Alışanovla arasında yaranmış gərginlikdən sonra isə o, kanalın yeni tikilmiş və "Xəbərlər" departamentinin də yerləşdiyi korpusdakı dəbdəbəli otağından çıxmaq məcburiyyətində qalıb. Vəziyyət o qədər gərgin olub ki, Dünyamalıyev otağındakı əşyalarını əsas qapıdan deyil, arxa qapıdan, gizli çıxarmalı olub. Arif Alışanov onu əsas korpusdan uzaqlaşdırmaqla "zərərsizləşdirib". Sədr müavini yenidən "İdman Azərbaycan" televiziyasının yerləşdiyi korpusdakı otağına yerləşib.

"Xəbərlər"ə nəzarət isə AzTV-nin keçmiş sədr müavini, "Televiziya Akademiyasının" rektoru, əməkdar jurnalist Faiq Hüsiyevə tapşırılıb. F. Hüsiyevin bir müddətdir ki, "Xəbərlər" departamentinin yerləşdiyi binaya köçdüyü və əsas işləri oradan idarə etdiyi bildirilir.

Elsevər Dünyamalıyevin "gedişindən" sonra isə əsas adamları da TV-dən, əsasən də "Xəbərlər"dən uzaqlaşdırılmağa başlayıb. Məlumata görə, onun özündən sonra işə qəbul etdiyi əməkdaşlar pərən-pərən salınıb, yaxud da İTV-yə "transfer" olunub.

Məşhur aparıcı Alidə Mustafayeva da kanaldan "transfer" olunanlar siyahısındadır. O, E. Dünyamalıyevin "Xəbərlər"dən uzaqlaşdırılması ilə İTV-yə keçib. Aparıcı dünən İTV-də ilk efirinə çıxıb.

A.Alışanov yerinə göz dikdiyini hesab etdiyi müavininin AzTV-dəki adamlarını buradan uzaqlaşdırmaqla kifayətlənməyib, hətta İTV-də əsas vəzifə tutan kadrlarının barəsində də tədbirlər görüb. Belə ki, o, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini Elçin Həsənovun köməkçisi Vüqar Nəzərovun da İTV-dən çıxarılmasına nail olub. Buna səbəb isə V. Nəzərovun E. Dünyamalıyevin yaxın adamlarından biri olmasıdır.

Məlumat üçün bildirək ki, V. Nəzərov E. Dünyamalıyevin "İdman Azərbaycan"a rəhbərlik etdiyi vaxtda burada çalışıb və onun əsas işlərini görən adam kimi tanınıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1185   Tarix: 12 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İcra başçısından mikrofonla danışmasını istəyən əlil CƏZALANDIRILDI

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin Muradxanlı kəndində keçirilən qəbulundan sonra iştirakçılardan biri saxlanılıb. "Qaynarinfo"ya istinadla xəbər verir ki, həmin şəxs kəndin 1961-ci il təvəllüdlü sakinidir və fermerdir. İkinci dərəcəli əlil olan həmin şəxs Elçin Rzaye

3 may
.

"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - Ekspert

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliye

2 may
.

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb". "Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusund

3 may
.

"Nağıoğlu" MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham

"Nağıoğlu" şirkət Ağcəbədi rayonunda yerləşən 2 hektar sahəsi olan "Şahmalı" qum-çınqıl yatağından qanunsuz istifadə edir. Bu barədə Qaynarinfo-ya Tovuz rayonunda yaşayan sahibkar Arif Alıyev bildirib. Onun sözlərinə görə, ötən il aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Əmla

3 may
.

Geomaqnit qasırğası müşahidə olunur

Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Lakin Yerə yönələn tac kütlə atımaları müşahidə ediməyib. BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından "Qafqazinfo"ya verilən məlumata görə, Günəş aktivliyi M (R1-R

3 may
.

Ağdamın qara günlərinin şahidi, azadlığının RƏMZİ - VİDEO

Ağdamın qara günlərinin şahidi olan Ağdam Cümə Məscidi indi buranın işıqlı günlərinə şahidlik edir. 3 əsrlik ağdamlıların ibadət yeri olan məscid tarixin bütün mərhələlərində Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri olub. Ağdam Ermənistan ordusunun işğalına düşdükdən sonr

3 may
.

Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? - RƏSMİ CAVAB

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib. O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızı

3 may
.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

3 may