Sumqayıtda bağçada 20 manata görə uşaqlara "KOTLET" verilmir: "CƏHƏNNƏMƏ ŞİŞSİNLƏR..." - FOTOLAR

Sumqayıtda bağçada 20 manata görə uşaqlara "KOTLET" verilmir: "CƏHƏNNƏMƏ ŞİŞSİNLƏR..." - FOTOLARSumqayıtda yerləşən "Günəş" 11 nömrəli körpələr evi uşaq bağçası barədə məlumatlar dərc edilib. Belə ki, sözügedən körpələr evində valideynlərdən 20 AZN pul tələb olunması və bu pulun müqabilində isə körpələrə kotlet verilməsi qeyd olunmuşdu.

Məsələ ilə bağlı övladı "Günəş" 11 nömrəli körpələr evi uşaq bağçasında olan valideynlərdən biri ilə əlaqə saxladıq. Həmin valideyn də baş vermiş hadisənin təfərrüatını qeyd edərək faktı təsdiqlədi:

"Bəli, belə bir hadisə yaşanıb. Tək məndən yox, bütün valideynlərdən 20-25 manat pul istəyiblər. Uşaqlara xüsusi menyu ilə yemək verilməsi üçün 20 AZN pul istəyirlər. 5 manat da fond pulu istəyirlər. Siz təsəvvür edirsiniz ki, mən o pulu verməsəm, başqa biri versə, həmin adamın uşağı mənim uşağımın yanında oturub xüsusi menyuda yemək yeyəcək, mənim uşağıma isə kaşa yedizdirəcəklər? Bu birincisi insanlığa, ikincisi müsəlmanlığa, üçüncüsü də pedaqoqikaya sığan bir hərəkət deyil.

Xeyli müddət öncə bağçanın binasının təmiri üçün pul yığdılar, uşaqlarımız ordadır deyə dinmədik, verdik. Amma bu o demək deyil ki, hər gün bizdən pul istənməlidir. Bu lap qarğa ilə tülkünün təmsilinə oxşayır. Balanın birini ver, ağacını kəsəcəyəm. Biz valideynlər olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Bizə dedilər ki, siz bununla bağlı prokurorluğun özünə yazılı müraciət ünvanlamalısınız. Ona görə də bu gün biz Bakı Şəhər Baş Prokurorluğuna gedəcəyik.

Bundan öncə biz Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik, lakin oradan bizim müracətlərimizə cavab gəlmədi. Müdirənin saytlara verdiyi açıqlamadan da belə başa düşdük ki, bu pul məsələsi elə İcra Hakimiyyəti orqanına bağlıdır. Ona görə də İcra Hakimiyyətindən bizi qane edəcək müsbət cavabın verilməsinə heç bir ümidimiz yoxdur. Bütün hüquqi addımlardan istifadə edərək biz məsələnin həllinə çalışacağıq. Müdirə bağçaya yeni təyin olunub. Valideynlərdən biri də onun yanına gedib, sonra heç kimi qəbul etmədi. Ona da deyib ki, uşaqlarınız cəhənnəmə şişsin. İndi bizi qəbul etmir ki, sözümüzü deyək. Bir qrupda 38 uşaq var, bütün valideynlər bəziləri istisna olunmaqla toplanıb bütün dövlət orqanlarına müraciətlər edəcəyik".

Məsələ ilə bağlı sözügedən "Günəş" 11 nömrəli körpələr evi uşaq bağçası ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilməyib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi saytında isə strukturun qeyd olunmadığı üçün növbətçi hissə (+994 18 6559131) ilə əlaqə saxladıq. Oradan bizi İcra Hakimiyyətinin məsləhətçisi, Şuşa xanıma yönləndirdilər. Lakin o da (+994 18 6552905) bir neçə saat ərzində aramsız zənglərimizə cavab verib məsələyə aydınlıq gətirmədi.

Yaranmış problem diqqətimizdədir, yenidən ətraflı məlumatlar verəcəyik.

BiG.AZ

Sumqayıtda bağçada 20 manata görə uşaqlara "KOTLET" verilmir: "CƏHƏNNƏMƏ ŞİŞSİNLƏR..." - FOTOLARSumqayıtda bağçada 20 manata görə uşaqlara "KOTLET" verilmir: "CƏHƏNNƏMƏ ŞİŞSİNLƏR..." - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1616   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021