Ermənilər Qarabağın qaytarılmasını tələb edəcək

Ermənilər Qarabağın qaytarılmasını tələb edəcəkErmənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı "Yelk" blokunun təklifi ölkəni qarışdırıb.

Daşnaksütyun partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamyan bu təklifin əleyhinə çıxıb və qalmaqallı bəyanat verib.

"Bu məsələləri qaldıranlar, təhlükəsizliyin nə demək olduğunu anlamırlar. Əgər kimsə düşünürsə ki, müharibədə yalnız əsgərlər qalib gəlir, onlar səhv edir. Əgər bizdə hərbi vasitələr olmasaydı, rəqiblə döyüşə bilməzdik. Ermənistan Avrasiya İqtisadi İttifaqına girməsəydi, silahlar ala bilməzdi", - deyə o bildirib.

Ermənistan mediası isə Rustamyanın bu açıqlamasından sonra "aprel döyüşləri"ni xatırladıb.

"Lragir" saytı yazır ki, "aprel müharibəsi"ndə Ermənistan ordusu 80-ci illərdən qalma silahlarla döyüşürdü: "Bunu Serj Sarkisyan özü etiraf etdi. Daşnaksütyunun belə mövqeyi maraqlıdır, çünki onlar millətçi partiyadır. Lakin son illər bu partiya sağ qalmaq üçün hər şeyə gedirlər, indi də rusların müdafiəsinə qalxıblar".

Sayt əlavə edir ki, daşnaklar Qarabağ siyasətini dəyişə bilər.

"Vaxtilə inqilabçı olan daşnaklar görünür, bir azdan Qarabağın qaytarılması ehtiyacını əsaslandırmağa başlayacaq", - deyə məqalədə bildirilir.

Erməni siyasətçi Zarui Postandjyanın "Yelk" blokunun təklifi ilə bağlı fikirləri də maraqlıdır.
Postandjyan hesab edir ki, Ermənistanın rus ittifaqından çıxışı ilə bağlı təklifi səsləndirmək tapşırığı "Yelk" blokuna "Baqramyan 26"-dan (Ermənistan Prezident Administrasiyasının ünvanı - red.) gəlib.

"Bu, səmimi proses deyil. Sadəcə olaraq, Sarkisyan bolşevik kimi şantajla məşğuldur. Əgər təklifin qəbul olunmaq şansı olsaydı, Sarkisyan buna qoşulmazdı. Bu, sadəcə Sarkisyanın oyunudur", - deyə o vurğulayıb.

Erməni analitiklərin fikrincə, Sarkisyan Rusiyadan müəyyən dividentlər əldə etmək üçün şantaj gəlir.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1671   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əli Əsədov Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras

4 may
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

2 may
.

İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətləraras

1 may
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Prezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund

1 may
.

İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bildirərək iqtisadi sahədə də əlaqələrimizi

29 aprel