Bakıda tapılan kəsik başla bağlı SENSASİON FAKTLAR

Bakıda tapılan kəsik başla bağlı SENSASİON FAKTLARSentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu hissələrə parçalanmış şəxsin baş hissəsinin fotosunu yaymaqla onun kimliyini tanıya biləcək şəxslərin köməyi ilə müəyyən etməyə çalışırlar. 1 həftədir ki, nəticə yoxdur. Bununla belə, hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri də davam etdirilir.

İstintaqçılar mərhumun qollarını da bu günə qədər axtarırlar. Bundan başqa, tapılan başın ekspertizası zamanı da iş üçün əhəmiyyət kəsb edə biləcək məqamlar üzə çıxıb. Aydın olub ki, mərhumun başı, qaşları, hətta kirpikləri də qırxılıb. Bu prosesin qətldən sonra həyata keçirildiyi ehtimal edilir.

Mərhumun qolları niyə xüsusi şəkildə gizlədilib? Niyə qaşları, başı, hətta kirpikləri qırxılıb?

Mərhumun öldürüləndən sonra hissələrə parçalanıb kanalizasiyaya atılmasının qətlin ört-basdır edilməsinə hesabalanması birmənalıdır. Qatil bu hərəkəti "meyit yoxdur, fakt da yoxdur" düşüncəsi ilə etsə də, artıq meyit də, fakt da ortadadır.

Amma belə görünür ki, qatil və ya qatillər hissələrə parçalanmış bədənin tapılacağı ehtimalını da nəzərdən keçiriblər və mərhumun qollarını kanalizasiyaya atmayıblar.

Belədə daha bir sual yaranır - qatil qolları gizlətməklə niyə nail olmaq istəyib?

Mümkündür ki, mərhum əvvəllər məhkum edilmiş şəxs olub və onun polisin kartotekalarında əl-barmaq izləri var. Qatil də mərhumun kimliyi haqda bilgili olduğundan qollarını kəsib və kanalizasiyaya atmayıb. Qatil əl-barmaq izlərinə əsasən mərhumun kimliyinin müəyyən edilə biləcəyini təxmin edib və bunu nəzərə alaraq qolları xüsusi olaraq gizlətməyə çalışıb. Bununla da istintaqçıları mərhumun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində əl-barmaq izlərinin identifikasiyasını gerçəkləşdirməkdən məhrum edib.

Mərhumun saçlarının, qaş və kirpiklərinin qırxılması isə belə nəticə çıxarmağa əsas verir ki, öldürülən, böyük ehtimalla, radikal dindarlardan olub. Qatil mərhumun baş-qaşını qırxmaqla ümumi görünüşünü tanınmaz hala qədər dəyişməyə cəhd edib.

Daha bir maraqlı detal odur ki, qatil 4 atəş açmaqla şəxsi həyatdan məhrum edib. Bundan sonra hadisə yerindən gilizləri də götürməyi unutmayıb. Bu da son nəticədə istintaqçılara qətlin hansı silahla törədilməsini dəqiqləşdirməyə imkan verməyib.
Qatilin bunca tədbirli olması maraqlı bir sualı da aktuallaşdırır, kimliyi barəsində fikir yaradır.

Qatil kimdir? Hansı peşənin sahibi olub? İstintaq işinin incəliklərini haradan bilir?

Mümkündür ki, qatil hüquq-mühafizə orqanlarının iş prinsiplərinə, əməliyyat-istintaq işlərinin aparılma qaydasına bələd biridir. O, atdığı addımlarla - ilk əvvəl hadisə yerindən gilizləri yığmaqla, meyiti parçalamaqla, sonradan qolları gizlətməklə, saçlarını, kirpiklərini qırxmaqla cinayətin üstünün açılamasını gizlətməyə nail olmağa çalışıb. Belə görünür ki, hələlik buna nail olub. Qatilin qətlin üstünün açılmasına qarşı bunca preventiv tədbirlər görməsi onun qətlin üstünün açılmaması üçün də addımlar atacağı ehtimalını gücləndirir. O, qətl barəsində hər hansı bir formada məlumatlı olan şəxsi və ya şəxsləri də aradan götürmək üçün hərəkətə keçə bilər. Bəlkə də artıq keçib...

Mərhumun fotoşəklini bir daha təqdim edirik. Həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı Şəhər Prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Xatırladaq ki, Suraxanı rayonunda törədilmiş vəhşicəsinə qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu doğranmış bədəni sentyabrın 5-də aşkar edilən şəxsin kəsilmiş başını, habelə ayaqlarını tapıb. Xəbərə görə, kriminalistlər kəsilmiş başı və ayaqları "Azərsu" ASC-nin Hövsan aerasiya stansiyasının yaxınlığında aşkar ediblər. Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb. Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir. Şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş şəxsin kimliyi müəyyən olunmayb. İstintaq-əməliyyat tədbirləri davam edir.

Mənbə: Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 17971   Tarix: 13 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021