Avtomobil almaq istəyənlərə şad xəbər- Artıq...

Avtomobil almaq istəyənlərə şad xəbər- Artıq...Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 5 662 ədəd avtomobil idxal olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2208 ədəd avtomobil və ya 63,92% artıb.

Ölkəyə gətirilən avtomobillərin sayının artmasına baxmayaraq, qiymətlərdə heç bir ucuzlaşma müşahidə olunmur. Əksinə, son bir neçə ayda avtomobil bazarında qiymət artımı müşahidə olunur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymətlərin ucuzlaşmaması yeni avtomobillərin qiymətinin baha olması ilə bağlıdır:

"Devalvasiyadan sonra köhnə qiymətə alınan avtomobillər avtosalonlarda qalmışdı. İndi onlar bitiblər. Ölkəyə gətirilən yeni avtomobillər də yeni məzənnə ilə hesablandığı üçün baha başa gəlir. Məsələn, ən ucuz avtomobillərdən sayılan Cənubi Koreyanın istehsal etdiyi "Sedan" avtomobillər devalvasiyadan əvvəl 12-13 min manat idisə, indi 24-25 min manatadır.

Köhnə avtomobillərə maraq artıb

Yeni avtomobillərin bahalaşması köhnə avtomobillərə marağı artırıb. Köhnə avtomobillərin qiymətinin yeni avtomobillərə uyğunlaşması qiymətinin qalxmasına səbəb olub. Ölkəyə gətirilən avtomobillərin sayının bu il artması isə keçən il sayının az olması ilə bağlıdır. Çünki 2015-2016-cı illərdə Gürcüstandan gətirilən avtomobillərin sayı 27 dəfə düşmüşdü. İndi kəskin düşüşə nisbətən bu il gətirilən avtomobillərin sayında artım var. Amma pik dövrə baxdıqda (2011-2012 ci illər) yenə də kəskin azalma var.

Noyabr-dekabr aylarında...

Avtomobillərin qiymətinin yüksək olaraq qalması həm də mövsümü xarakter daşıyır. Yayda avtomobilə tələbat artır. Eyni zamanda, bazarda müştəri də çox azdır. Bankların avtomobillərlə bağlı kredit verməməsi müştərilərin sayına çox təsir edib. Mənə elə gəlir ki, yay mövsümü bitdikdən sonra ölkəyə avtomobil gətirən, lakin sata bilməyən iş adamları məcburən qiymətdə müəyyən endrimə gedəcəklər. Noyabr-dekabr aylarında qiymətlərin aşağı düşməsini görə bilərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1638   Tarix: 14 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bir ayda 4 nəfər zəhərlənmədən ölüb

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, şöbəyə qəbul edilən xəstələrdən 56-sı dərmandan, 31 nəfər isə sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir

2 may
.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

2 may
.

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi "Karat Holdinq" şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilə ərzaqlıq buğdanın saxlanma xidmətinin satın alınması ilə bağlıdır. "Karat Holdinq" MMC 14 mart 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapital

2 may
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

2 may
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

2 may
.

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

3 may saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi ərazisində "Rahat" marketin qarşısı) yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrini

2 may
.

Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür

Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi Qazıyev Arif Tofiq oğlu ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Ədliyyə Nazirliyi Qazıyev Arif Tofiq oğlu ilə bir mənbədən satınalma metodu əsasında Gəncə şəhər qeydiyyat şöbəsi üçün icarə müqaviləsi bağlayıb. İcarə müqaviləsi 1

2 may
.

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Aeroport şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;. 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiy

2 may
.

Tavuşdakı aksiyalara Azərbaycan polisi müdaxilə edə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsinə aparılıb. Bildiyimi

2 may