Ölkədə DƏHŞƏT! O VƏFAT ETDİ

Ölkədə DƏHŞƏT! O VƏFAT ETDİSoyuq Müharibə" illərində Nüvə müharibəsinin qarşısını alan Stansilav Petrov 77 yaşında dünyasını dəyişib.

Petrov 1983-cü ildə "Nüvə müharibəsi"nin qarşısını alan qərar qəbul edib.

Tarixçilər arasında mübahisə mövzusu olsa da, ümumi rəyə əsasən, 1947-1991-ci illər "Soyuq Müharibə" dövrünü əhatə edir. 1983-cü ildə Şərq bloku – Sovet İttifaqı və Qərb blokunu təşkil edən Amerika Birləşmiş Ştatları və onun NATO müttəfiqləri arasında gərginlik pik həddə çatmışdı.

Həmin il 26 sentyabrda Nüvə Hücumu ilə bağlı Birinci xəbərdarlıq Mərkəzinin ali rəsmisi olan Petrovun nəzarət etdiyi kompüterlər ballistik hücumla bağlı həyəcan siqnalı göndərməyə başlayır. Petrovun bu barədə yuxarı instansiyalara məlumat verməsi üçün cəmi bir neçə dəqiqəsi var idi. Çünki kompüterin göstərdiyi məlumat gerçək olsa idi, bunu, "Nüvə Müharibəsi"nin başlaması və ya "Dünyanın sonu" kimi də ifadə etmək olardı. Çünki Rusiya həmin dövrdə nüvə hücumuna müvafiq cavab zərbəsi endirəcəkdi.

Lakin Petrov riskə getməli olur və məlumatın yalnış olduğuna qərar verir.

"Raket hücumuna məruz qaldığımız barədə əlimdə çox saylı məlumatlar toplandı. Əgər bu məlumatları "yuxarı" göndərsə idim, heç kim mənimlə mübahisə etməyəcəkdi. Məlumatı ötürmək üçün, sadəcə, komandirlə birbaşa xətt olan telefona əl atmalı idim. Lakin hərəkət edə bilmədim. Özümü alov içində hiss edirdim" – deyə Petrov müsahibələrindən birində həmin an yaşadığı hissləri şərh edib.

Petrov təlimatlara əsasən, tərəddüd etmədən bu barədə komandirlərə məlumat verməli idi. Lakin o, baş qərargaha zəng edərək məlumatın sistemdəki qüsurla bağlı olduğunu bildirir.

"Əgər səhv etsə idim, partlayış bir neçə dəqiqə sonra baş verəcəkdi. 23 dəqiqə sonra məlum oldu ki, heç bir partlayış baş verməyib. Çox rahatladım"

Daha sonra aparılan araşdırma zamanı məlum olub ki, kompüterlərin həyəcan siqnalı verməsinə səbəb süni peyklərdən birinin buludun üzərindəki günəş şüalarını raket hücumları kimi qeydə alması olub.

Məlumata görə, Petrov 19 mayda dünyasını dəyişib. Lakin onun ölümü barədə xəbər bu gün təsdiqini tapıb.(AzNews.az )


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3310   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi

Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar. "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedə

17 sentyabr 2021
.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021