İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİ

İrəvandan sensasiyalı QARABAĞ GEDİŞİErmənistan xarici işlər naziri Edvard Nalbandyan dünən sensasiya hesab oluna biləcək bəyanat verdi. Erməni nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması çərçivəsində işğal altındakı ərazilərin qaytarılmasının mümkünlüyündən danışdı və qeyd etdi: "Söhbət o ərazilərdən gedir ki, Qarabağa nə təhlükəsizlik, nə də inkişaf baxımından təhlükə yaradır. Lakin təfərrüatları açıqlasam, o zaman, danışıqlar dayanar".

Nalbandyanın bəyanatının məğzi o qədər də sensasiya deyil. Çünki "aprel döyüşləri"ndən sonra Qarabağ danışıqlarında işğal altındakı rayonların qaytarılması məsələsi gündəmdədir. Ötən ilin 16 may tarixində keçirilən Vyana, 20 sentyabrda isə baş tutan Sankt-Peterburq görüşləri bu konteksti əhatə edib.Sensasiya olan Nalbandyanın bunu açıq mətnlə bildirdi və məhz indi - Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı; Prezident İlham Əliyev BMT Baş Assambleyasının iclasında iştirak üçün Nyu-Yorka getdi; Serj Sarkisyan bir qədər gecikmə ilə də olsa Nyu-Yorka yola düşdü; Çox az ehtimal olsa da, prezidentlərin görüşü ola bilər - açıqlamasıdır.

Prezidentlərin Nyu-Yorkda görüşməsi az ehtimal olsa da, nazirlər səviyyəsində müzakirələrin olacağı istisna deyil.

Ötən həftə "Aykakan Jamanak" qəzeti diplomatik mənbələrə istinadən yazırdı ki, İrəvanda qapalı Qarabağ müzakirələri gedir, həmçinin, Sarkisyan Qarabağa 4 günlük səfəri çərçivəsində bu məsələni müzakirə edib. Nalbandyanın son açıqlaması bu informasiyalar fonunda da diqqət çəkir.

Erməni siyasi şərhçi Naira Ayrumyan isə yazır: "Nalbandyanın bəyanatı göstərir ki, Ermənistan danışıqları Qarabağın statusunu möhkəmləndirmək üçün aparmır. Əksinə, biz müharibənin olmaması üçün əraziləri qaytarmaq və statusu güzəştə getməyi müzakirə edirik"
Politoloq Qabil Hüseynli Nalbandyanın bəyanatını və Qarabağ ətrafında baş verənləri Publika.az-a şərh edib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın resepti üzrə hərəkət edir: "Ruslar 5 rayonun geri qaytarılması və bunun müqabilində Qarabağa keçici statusun verilməsini istəyir. Ermənilər də buna razıdır, amma 5 rayonu birdən yox, hissə-hissə boşaltmağı istəyirlər".

Q.Hüseynli əlavə edib ki, danışıqlara stimul verən ABŞ-ın Qarabağ ətrafındakı 7 rayonun dərhal azad edilməsi fikri oldu.

"Bu fikir Rusiyaya təsir etdi və Moskva təşəbbüsün Vaşinqtonun əlinə keçməməsi üçün dərhal fəallaşdı. Bu fəallıq Putinin ətrafındakı politoloqların bəyanatları ilə kifayətlənir. Onlar 5 rayonun qaytarılmasını gündəmə gətirirlər, lakin Qarabağa keçici statusun verilməsi şərti var. Azərbaycan çətin ki, buna razı olsun, çünki bizim ərazi bütövlüyümüz pozulub və bunun bərpa olunması vacibdir. Ancaq Rusiya və bəzi ölkələrdə Qarabağa əlahiddə yanaşma sindorumu var. Halbuki, Dağlıq Qarabağ münaqişəsi də postsovet məkanındakı digər münaqişələrlə - Dnestryanı, Abxaziya - eynidir", - deyə o bildiririb.

Politoloq Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlamasını şərh edərkən qeyd edib ki, müharibə variantı danışıqlardan daha aktualdır: "Danışıqlar dalana dirənib və bu gün müharibə daha aktualdır. Azərbaycan öz ordusunu daim gücəndirir və hazır vəziyyətdə saxlayır. Mütəmadi olaraq cəbhə bölgəsində hərbi təlimlər keçirilir. Güman ki, müharibə variantı ön plana keçib".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2279   Tarix: 19 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib. Bu barədə AZƏRTAC məlumat yayıb

2 may
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

29 aprel
.

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin yeni Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 300-ə yaxın şəxsə şamil olunacaq. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarını

2 may
.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

"Yaxın gələcəkdə Azərbaycan və İran arasında münasibətlər müsbətə doğru dəyişə bilər" - Ekspert

Xəbər verdiyimiz kimi , Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib. Bildirilib ki, görüşlərdə Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakir

3 may
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may